Azərbaycan Respublikası Təhsil Nazirliyi


FƏSİL 4. ARDICIL TİPLİ RƏQƏM QURĞULARI


Download 5.01 Kb.
Pdf ko'rish
bet35/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   31   32   33   34   35   36   37   38   ...   157
Bog'liq
2014-2730 (2)

FƏSİL 4. ARDICIL TİPLİ RƏQƏM QURĞULARI 
Ardıcıl rəqəm qurğularında yaddaş elementlərindən istifadə edilir. Ardıcıl 
rəqəm qurğularının strukturu bir neçə yaddaş elementlərindən (YE) və idarəedici 
kombinasiyalı sxemlərdən (KS) təşkil edilir (şək. 4.1). 
Şəkil 4.1. Ardıcıl rəqəm qurğusunun struktur sxemi 
Kombinasiyalı sxem yaddaş elementlərinin bir vəziyyətdən digər 
vəziyyətə çevrilməsini idarə edən F
idarə
siqnallarını hasil edir. Sxemin girişinə 
xarici Y siqnalları və yaddaş elementlərinin çıxışlarından Q siqnalları daxil olur. 
Yaddaş elementlərinin çıxışları ardıcıl rəqəm qurğularının çıxışları rolunu 
oynayırlar. Bir yaddaş elementi, onu idarə edən kombinasiyalı sxem hissəsi ilə 
birlikdə ardıcıl rəqəm qurğusunun bir dərəcəsini təşkil edir, yəni ikilik kodun bir 
dərəcəsinin çevrilməsini və yadda saxlanmasını təmin edir. Bəzi ardıcıl rəqəm 
qurğularında kombinasiyalı sxemi ayrı-ayrı dərəcələrə ayırmaq mümkün olmur. 
Ardıcıl rəqəm qurğularının vəziyyəti qurğunu təşkil edən bütün yaddaş 
elementlərinin vəziyyətləri yığımı ilə, yəni Q
0
, Q
1
, …, Q
m-1
qiymətləri ilə 
müəyyən edilir. Qurğunun Q
n
vəziyyətindən Q
n+1
vəziyyətinə keçməsi uyğun 
idarəedici Y siqnallarının təsiri ilə baş verir. Qurğuda olan əks rabitə hesabına 
Q
n+1
qiyməti həm xarici Y siqnallarından, həm də əvvəldən malik olduğu Q
n
qiymətindən asılıdır: 
Q
n+1
=f(Y,Q
n
). 
Ardıcıl rəqəm qurğularının rəqəm avtomatları adlandırılan Xaffman 
modelində istənilən rəqəm avtomatı ümumi halda iki sistem yığımı şəklində 
təsvir olunur. Birinci sistem yaddaş (trigger) elementlərindən təşkil olunur 
(trigger sistemi) və qurğunun əvvəlki vəziyyəti haqqındakı informasiyanı yadda 
saxlayır. İkinci sistem kombinasiya sxemindən təşkil olunur (kombinasiyalı 


79
sistem), giriş siqnallarının və qurğunun vəziyyəti haqqındakı informasiyanın
çıxış siqnallarına və avtomatın vəziyyətini dəyişmək üçün lazım olan siqnala 
çevrilməsinə xidmət edir. Rəqəm avtomatının struktur sxemi (Xaffman modeli) 
şəkil 4.2-də göstərilmişdir. Rəqəm avtomatının işi 4 qrup müxtəlif siqnallarla 
təsvir olunur: X – giriş təsirinin kod sözü; Z – çıxış siqnalının kod sözü; Y – 
avtomatın vəziyyətinin lazım olan qayda ilə (ardıcıllıqla) dəyişməsini təmin 
edən kod sözü; Q – avtomatın vəziyyətini xarakterizə edən kod sözü. 
Rəqəm avtomatının normal işləməsi üçün daha bir siqnal – 
sinxronlaşdırıcı siqnal C lazımdır. Bu siqnal trigger altsisteminin triggerlərinin 
müəyyən taktla çevrilməsini təmin edir və qurğunun iş alqoritmi ilə əlaqədar 
olur. 
Şəkil 4.2. Rəqəm avtomatının struktur sxemi. 
Ardıcıl rəqəm qurğularına registrləri, sayğacları, təsadüfi ədədlər və 
yaxud mürəkkəb sistemə malik impulslar ardıcıllığı hasil edən generatorları aid 
etmək olar. Bu qurğuların əsas elementlərindən biri yaddaş elementidir. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   31   32   33   34   35   36   37   38   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling