Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet38/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   34   35   36   37   38   39   40   41   ...   157
Bog'liq
2014-2730 (2)

 
JK-trigger RS-trigger kimi J və K girişlərinə malikdir. J-girişi düz 
çıxışda “1” vəziyyətini, K-girişi isə “0” vəziyyətini almaq üçündür. Bu trig-
gerdə RS-triggerə xas olan R=S=1 (J=K=1) halındakı qeyri-müəyyənlik aradan 
götürülür. “VƏ-YOX” elementlərində yaradılan JK-triggerin sxemi şəkil 4.9 -də 
göstərilmişdir. 
Belə trigger aparan-aparılan prinsipində qoşulmuş iki sinxron RS-
triggerdən ibarətdir. T1 triggerində üç girişli “VƏ-YOX” elementləri qoşulur. 
Bu elementlərin birinci girişlərinə sinxronlaşdırıcı impulslar, ikinci girişlərinə J 
və K idarə siqnalları, üçüncü girişlərinə isə idarəedici əks əlaqə siqnalları verilir. 
JK-trigger J=K=1 halından başqa digər hallarda RS-trigger kimi işləyir. J=K=1 
halında isə giriş “VƏ-YOX” elementləri açıqdırlar və növbəti sinxroimpuls o 


83
elementdən keçir ki, onun üçüncü girişinə triggerin çıxışından “1” siqnalı 
verilmiş olsun. Bu halda trigger öz vəziyyətini əksinə dəyişir. 
Şəkil 4.9. “Və – yox” elementlərində JK – triggerin funksional sxemi 
T-trigger adətən hesab triggeri adlanır və öz vəziyyətini hər dəfə 
sinxroimpuls təsir etdikdə dəyişir. Belə trigger J=K=1 halında JK-triggeri 
üzərində yaradılır. T-trigger impuls sayğacının elementi və tezlik bölücüsü kimi 
istifadə edilir. 
 
4.2.Registrlər 
 
Registr ikilik kodu qeyd etmək, yadda saxlamaq və onu lazım olan sayda 
dərəcələr (mərtəbələr) üzrə sürüşdürmək üçün olan funksional qurğudür. Registr 
eyni tipli yaddaş elementlərindən və idarəedici kombinasiyalı sxemdən təşkil 
olunur. Yaddaş elementinin hər birində ikilik kodun ancaq bir mərtəbəsini yadda 
saxlamaq olar. Odur ki, yaddaş elementi uyğun kombinasiyalı idarə sxemi ilə 
birlikdə registrin mərtəbəsi adlanır. 
Çoxmərtəbəli kod registrə paralel və ardıcıl daxil edilə bilər. Birinci halda 
kod registrin bütün mərtəbələrinə eyni zamanda yazılır. İkinci halda isə yazılma 
mərtəbələr üzrə ardıcıl olaraq yerinə yetirilir. Məlumat kodlarının daxil və xaric 
edilmə üsulundan asılı olaraq paralel, ardıcıl və kombinə edilmiş registrlər 
mövcuddur. 
Paralel registrlərdə kodun daxil və xaric edilməsi paralel olaraq həyata 
keçirilir. Belə registrlər yaddaş funksiyasını yerinə yetirir və adətən D-tipli 
triggerlərdə yaradılır (şəki 4.10). 
Kodun registrə daxil edilməsi C1 girişinə sinxronlaşdırıcı impuls 
verildikdə həyata keçirir. Registrin triggerləri bu zaman X
1
, X
2
,…,X
n
giriş 
siqnalının uyğun mərtəbələrini yadda saxlayırlar. Yadda saxlanılan kodun xaric 
edilməsi (oxunması) onun məzmununun dəyişməməsi şərti ilə dəfələrlə yerinə 
yetirilə bilər. Bundan ötrü hər dəfə C2 girişinə «oxuma» impulsları verilməlidir. 


84
Şəkil 4.10 Paralel registrin funksional sxemi 
Kod ardıcıl registrlərdə mərtəbələr üzrə ardıcıl olaraq daxil edilir (şəkil 
4.11). Bu registrlər bəzən sürüşdürücü registrlər də adlanır. Birinci 
sinxronlaşdırıcı impuls daxil edilən kodun ən kiçik X
1
dərəcəsini registrin birinci 
dərəcəsinə yazır.
Şəkil 4.11. Ardıcıl registrin struktur sxemi 
Növbəti sinxroimpuls kodun ən kiçik dərəcəsini registrin ikinci dərəcəsinə 
sürüşdürür, birinci dərəcəsinə isə kodun ikinci X
2
dərəcəsini yazır. Eyni ilə 
üçüncü sinxroimpuls kodun X
1
dərəcəsini registrin üçüncü dərəcəsinə, X
2
dərəcəsini registrin ikinci dərəcəsinə sürüşdürür, birinci dərəcəsinə isə kodun 
üçüncü X
3
dərəcəsini yazır. Beləliklə, növbəti sinxroimpuls yazılmış giriş 
kodunu ardıcıl olaraq bir dərəcə sürüşdürür. Əgər registr n dərəcədən ibarətdirsə, 
onun doldurulması üçün n sayda sinxroimpuls tələb olunur. Registrə daxil 
edilmiş n-dərəcəli kodun xaric edilməsi (oxunması) dərəcələr üzrə sonrakı 
sinxroimpulslar vasitəsilə həyata keçirilir. 
Sürüşdürücü registrlər adətən gərginlik dəyişmələri ilə sinxronlaşdırılan 
ikipilləli DV və ya RS –triggerlər üzərində yaradılır. Bu triggerlərdə məlumatın 
birinci pillədən ikinci pilləyə köçürülməsi müəyyən gecikmə ilə baş verir. Bu 
gecikmə, məlumatın registrin sonrakı dərəcəsinə sürüşdürülməsi zamanı yadda 
saxlanmasını təmin edir. 
Sürüşdürücü registrlər içərisində sürüşmə istiqaməti idarə olunan reversiv 
sürüşdürücü registrlər xüsusi yer tuturlar. Bu cür registrlərdə əlavə məntiq 
elementləri vasitəsilə xarici idarə siqnalı ilə dərəcələrin birləşdirilməsi ardıcıllığı 
inversiya olunur. Reversiv registrlərin tətbiq sahələri vurma və bölmə 


85
sxemləridir. Belə ki, ikilik ədədin bir mərtəbə sürüşdürülməsi istiqamətindən 
asılı olaraq bu ədədin ikiyə vurulması və ya bölünməsi baş verir. 
Kombinə olunmuş registrlərdə paralel və ardıcıl registrlərin imkan-
larından istifadə edilir. Məlumat ardıcıl daxil edilən və paralel xaric edilən 
registrlər və əksinə, məlumat paralel daxil edilən və ardıcıl xaric edilən registrlər 
kombinə olunmuş registrlərə aid edilə bilərlər. Belə registrlərdən birinin sxemi 
şəkil 4.12-də göstərilmişdir. 
Əgər M girişinə «0» siqnalı verilmiş olarsa, DD1 və DD2 elementləri 
açıq, DD3 isə bağlı olurlar. Bu vəziyyətdə registr sürüşdürücü registr kimi 
işləyir. Daxil edilən kod X girişinə verilir. Əgər M girişinə «1» siqnalı verilmiş 
olarsa DD1 bağlı, DD2, DD3 elementləri açıq olurlar. Bu halda registr paralel 
registrə çevrilir. Daxil edilən kodun müvafiq mərtəbələri uyğun olaraq X1 və X2 
girişlərinə verilir. Xaric edilən kod Q1 və Q2 çıxışlarında alınır. 
Şək.4.12. Kombinəedilmiş registr 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   34   35   36   37   38   39   40   41   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling