Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet39/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   35   36   37   38   39   40   41   42   ...   157
Bog'liq
2014-2730 (2)

4.3. Sayğaclar 
Vəziyyəti girişinə daxil olan impulsların sayı ilə müəyyən edilən qurğuya 
sayğac deyilir. Sayğaclar cəmləyici, çıxıcı və reversiv olurlar. Girişə bir impuls 
daxil olduqda çıxışdakı ədəd bir vahid artarsa, belə sayğac toplayan sayğac 
adlanır. Girişə bir impuls daxil olduqda çıxışdakı ədəd bir vahid azalarsa, belə 
sayğac çıxıcı sayğac adlanır. Reversiv sayğac həm cəmləyici, həm də çıxıcı 
sayğaclar kimi işləyir. 
Sayğaclar da registr kimi mərtəbələrə bölünür. Sayğacın saya bildiyi ən 
böyük ədəd sayma modulu K
c
<2
n
adlanır. Burada n-sayğacın mərtəbələrinin 
sayıdır. Sayğacı ilkin vəziyyətə (k+1)-ci impuls qaytarır. Adətən sayğaclar ilkin 
vəziyyəti təmin edən əlavə R girişinə və lazım olan başlanğıc ədədi təmin edən 
əlavə S girişinə malik olurlar. Sayğaclar strukturuna görə ardıcıl, paralel və 
reversiv olurlar. 


86
Sadə ardıcıl sayğac T-triggerlərdən təşkil edilir. Bu məqsədlə adətən 
J=K=1 halına uyğun gələn universal JK –triggerlərdən istifadə edilir. Belə 
trigger öz vəziyyətini T-girişinə müsbət impuls daxil olduqda, yəni giriş siqnalın 
«0» vəziyyətindən «1» vəziyyətinə keçdiyi zaman dəyişir. Məlumdur ki, ikilik 
say sistemində ədədlərin cəmlənməsi zamanı ədədin l- ci mərtəbəsi (

-1)- ci 
mərtəbə «1» vəziyyətindən «0» vəziyyətinə keçdiyi zaman dəyişir. Odur ki, 
toplayan sayğacda triggerlərin T-girişləri əvvəlki triggerlərin invers çıxışlarına 
Q
qoşulmalıdırlar. Bu halda böyük mərtəbənin triggerinin vəziyyəti əvvəlki 
triggerin vəziyyəti «1» vəziyyətindən «0» vəziyyətinə keçdikdə dəyişir. Çıxıcı 
sayğac halında isə triggerlərin girişləri əvvəlki triggerlərin düz çıxışlarına Q 
qoşulur (şəkil 4.13). 
Ardıcıl sayğacda sonrakı trigger əvvəlki triggerin çıxış siqnalı ilə idarə 
olunur. Hər bir triggerin işə düşməsi üçün müəyyən vaxt tələb olunduğundan, 
sonrakı triggerin işə düşmə anı əvvəlki triggerin işə düşmə anından geri qalır. 
Çoxmərtəbəli sayğaclarda sonuncu triggerin işə düşmə anı kifayət qədər 
gecikmiş olur. Bu isə say impulslarının təkrarlanma dövrünün buraxıla bilən 
minimum qiymətini məhdudlaşdırır. 
Şəkil 4.13. Ardıcıl sayğacın struktur sxemi 
Paralel sayğaclar bu çatışmazlıqlardan azaddırlar. Paralel sayğaclar 
gərginlik düşküsü ilə sinxronlaşdırılan RS-, JK-, D-triggerlərdə yaradılır. JK-
triggerlərdə yaradılan toplayan paralel sayğacın sxemi şəkil 4.14. -də 
göstərilmişdir.
Say impulsları bütün triggerlərin sinxronlaşdırıcı C girişlərinə verilir. 
Bütün triggerlərin eyni bir takt ərzində işə düşməsinin qarşısını almaq üçün 
sonrakı triggerlərin J və K girişlərinə əvvəlki triggerlərdən idarə siqnalları 
verilir. Sayğacın birinci triggeri hər bir say impulsunun təsirindən öz vəziyyətini 
dəyişdirir. İkinci trigger Q1=1 halında girişə daxil olan say impulslarının 
təsirindən işə düşür. Üçüncü trigger Q1=Q2=1 halında, dördüncü trigger isə 
Q1=Q2=Q3=1 halında girişə daxil olan say impulslarının təsirindən işə düşür. 
Sayğacı ilkin vəziyyətə (0000) qaytarmaq üçün triggerlərin R girişlərinə «1» 
siqnalı verilir. 


87
Şəkil 4.14. Paralel sayğacın qoşulma sxemi 
Paralel çıxıcı sayğacda, toplayan sayğacdan fərqli olaraq, sonrakı 
triggerlərin idarə siqnalları əvvəlki triggerlərin invers çıxışlarından götürülür. 
Sayğacı ilkin vəziyyətə (1111) qaytarılması isə triggerlərin
S
girişlərinə verilən 
siqnalla təmin edilir.

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   35   36   37   38   39   40   41   42   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling