Azərbaycan Respublikası Təhsil Nazirliyi


Bir ölçülü ünvanlanmaya malik YQ


Download 5.01 Kb.
Pdf ko'rish
bet47/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   43   44   45   46   47   48   49   50   ...   157
Bog'liq
2014-2730 (2)

 
6.1. Bir ölçülü ünvanlanmaya malik YQ 
Eynitipli elementlərdən ibarət massivdə lazım olan yaddaş elementini 
tapmaq üsulundan asılı olaraq birölçülü (xətti) və ikiölçülü ünvanlanma kimi iki 
struktur mövcuddur. 
Birölçülü ünvanlanma strukturuna malik YQ (M=16, matrisin ölçüsü 4x4) 
şəkil 6.1-də göstərilmişdir. 
Bu struktur elementar yaddaş elementlərindən (EYE) təşkil edilmiş 4x4 
ölçüdə matrisdən, ünvan deşifratorundan və “2VƏ “elementlərində yaradılan 
giriş və çıxış açarlarından ibarətdir. Hər bir EYE üç uca malikdir: informasiya 
girişi (İN), informasiya çıxışı (OFF) və işə icazə verən çıxış – kristalın seçilməsi 
(CS – chip selekt) girişi. 
Əgər deşifratorun girişinə müəyyən ünvan sözü verilibsə, onun müəyyən 
çıxışında «1» məntiq siqnalı formalaşır. Bu siqnal matrisin sətirlərindən birində 
yerləşmiş bütün YE – ni seçir. Qurğunun sonrakı işi idarə siqnalları ilə hansı iş 
rejiminin seçilməsindən asılıdır. Əgər «oxuma» siqnalı (WR/RD=1) verilibsə, 
seçilmiş yuvalardakı informasiya “2VƏ” çıxış elementlərinin birinci girişlərinə 
verilir. Bu açarların ikinci girişlərinə «1» səviyyəli məntiq siqnalı verilir. 
Seçilmiş YE-dəki informasiya DO0, DO1, DO2, DO3 elementlərinin çıxış 
uclarına verilir. 
Əgər girişə «yazma» siqnalı (WR/RD=0) verilibsə, Dİ0, Dİ1, Dİ2, Dİ3 
giriş şinindən informasiya «2VƏ» giriş elementləri vasitəsilə YE-nin girişlərinə 
verilir və burada yazılır. 


101
Şəkil 6.1. Bir ölçülü ünvanlanma strukturuna malik OYQ 
Bu strukturun xüsusiyyəti ondan ibarətdir ki, burada matrisin sətrində 
yadda saxlanılan informasiyanın yazılması və oxunması eyni zamanda yerinə 
yetirilir. Odur ki, yadda saxlanılan sözün verilmiş mərtəbələri halında yaddaşın 
həcminin artırılması ancaq matrisin sətirlərinin sayını artırmaq hesabına yerinə 
yetirilə bilər. Bu isə deşifratorun çıxışlarının sayının kəskin artmasına, yəni 
sxem həllinin mürəkkəbləşməsinə səbəb olur. Deşifratorun sadələşdirilməsi isə 
matrisin düzbucaqlı formada yerinə yetirilməsini tələb edir. Bu əksliliyi aradan 
qaldırmaq üçün giriş və çıxış açarları kimi demultipleksor və multipleksor
sxemlərindən istifadə etmək olar. Bu qurğular YQ ilə əlaqədar olan halda 
selektor adlandırılır. 
Bu prinsipi həyata keçirən struktur və 256x4 təşkil olunmaya malik YQ 
şəkil 6.2-də göstərilmişdir. Bu qurğu 32x32 elementli matrisdən, ünvan 
deşifratorundan, giriş və çıxış selektorlarından və yazma/oxuma rejimlərini idarə 
edən elementdən ibarətdir. Hər bir YE üç uca (çıxışa) malikdir: informasiyanın 
girişi və çıxışı, işə icazə (seçmə) çıxışı. 
Bu cür həcm informasiya ilə işin idarə edilməsi üçün YQ-nun girişinə 256 
müxtəlif ünvan vermək lazımdır, yəni 8-dərəcəli ünvan sözündən istifadə 
edilməlidir. Onun kiçik mərtəbələri (A4…A0) ünvan deşifratoruna daxil 
olmaqla matrisdən 32 sayda YE sətrindən birini seçir. Bu zaman, verilmiş iş 
rejimindən asılı olaraq informasiya seçilmiş sətrin bütün elementləri oxuna 
(WR/RD=1) və ya yazıla bilər (WR/RD=0). Lazım olan YE-nin seçilməsi uyğun 
olaraq giriş və yaxud çıxış selektorları ilə həyata keçirilir. Ünvanın yüksək 


102
mərtəbələrinin (A7 … A5) qiymətindən asılı olaraq sətirdən lazım olan element 
seçilir. 
Şəkil 6.2. Selektorlara malik YQ-nun struktur sxemi 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   43   44   45   46   47   48   49   50   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling