Azərbaycan Respublikası Təhsil Nazirliyi


Hesabi vurma əməliyyatının yerinə yetirilməsi


Download 5.01 Kb.
Pdf ko'rish
bet45/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   41   42   43   44   45   46   47   48   ...   157
Bog'liq
2014-2730 (2)

5.4. Hesabi vurma əməliyyatının yerinə yetirilməsi 
 
Cəbri vurma və bölmə əməliyyatlarının elektron maşınında yerinə 
yetirilməsi bir qayda olaraq elementar funksiyaların ardıcıllığından istifadə 
etməyə əsaslanmış proqram yolu ilə həyata keçirilirdi. Son zamanlar inteqral 
mikrosxem texnologiyasının inkişafı ilə əlaqədar olaraq bu əməliyyatların yerinə 
yetirilməsinin aparat vasitələri - xüsusi inteqral sxemlər yaradılmışdır. Bu 
sxemlərdən istifadə olunması elektron hesablama maşınlarının cəldliyini kifayət 
qədər artırır. 
Aparat vasitəsi ilə vurma sxeminin yaradılması vuruqların hissə-hissə 
hasillərinin cəmlənməsi alqoritminə əsaslanmışdır. Məsələn, iki dərəcəli ikilik 
kodun vurulmasına baxaq: 
Matris vurma bloku adlanan iki mərtəbəli kodun vurulması üçün 
qurğunun struktur sxemi şəkil 5.5-də göstərilmişdir.
Şəkil 5.5. İki mərtəbəli kodun matris vurma blokunun struktur sxemi 
Vuruqların dərəcələrinin hissə – hissə vurulması «2Və» funksiyasını 
yerinə yetirən DD1- DD4 məntiq elementlərində həyata keçirilir. Alınmış 
hasilləri DD5 və DD6 cəmləyicilərində cəmləyərək vurmanın nəticəsi alınır.


97
Bu qayda ilə istənilən mərtəbəli giriş kodunun vurulması üçün matris 
vurma blokunu yaratmaq olar. 
İnteqral sxemlər layihələndirilən zaman elə struktur almağa çalışırlar ki, 
eyni tip sxemlərdən istifadə etməklə giriş kodlarının mərtəbələrini artırmaq 
mümkün olsun. Matris vurma bloku bu tələbi ödəyə bilmir. Bu tələbi ödəyə 
bilən strukturu tapmaq üçün iki dörd mərtəbəli kodun vurulması alqoritminə 
baxaq. 
Göründüyü kimi, 4-dərəcəli kodların vurulması alqoritmini yuxarıda 
baxılmış iki mərtəbəli kodların vurulması halına uyğun gələn eyni tipli 4 blokun 
kombinasiyası şəklində təsvir etmək olar. Lakin bu cür təsvir üçün hissə-hissə 
vuruqlar almaqdan başqa ayrılmış hər bir blok üçün əlavə toplama əməliyyatı 
aparmaq lazım gəlir. Məsələn, 4- dərəcəli kodların b
1
a
1
hissə-hissə vuruğuna 
olan hasili zamanı alınmış nəticənin M
2
mərtəbəsinin qiymətini təyin etmək 
üçün b
1
a
0
və b
0
a
1
hissə-hissə vuruqların cəmlənməsi nəticəsində alınmış 
köçürmə siqnalından başqa bu bloka qonşu bloklarda alınmış b
2
a
0
və b
0
a
2
hissə-
hissə vuruqlarını da əlavə etmək lazım gəlir. Bu cür əməliyyatları vurmanın 
digər mərtəbələrinin qiymətlərini tapmaq üçün də yerinə yetirmək lazımdır. 
Odur ki, ümumi halda, nəticəni almaq üçün hər bir blokda M
i
=AB+C+D məntiq 
funksiyasını yerinə yetirmək lazımdır. Burada C və D əlavə qonşu bloklarda 
alınan əlavə toplananlardır. Bu məntiq funksiyasını yerinə yetirmək üçün şəkil 
5.5-də göstərilmiş vurma sxeminə iki əlavə cəmləyici daxil etmək lazımdır. 
Şəkil 5.6-da bu qayda ilə alınmış 2-mərtəbəli matris vurma blokunun sxemi 
göstərilmişdir. 
2- dərəcəli (mərtəbəli) ikilik kodların hasilinin matris bloku vuruq 
kodlarının mərtəbələrini artırmağa imkan verir. Belə bloklar əsasında istənilən 
mərtəbəli ikilik kodların hasilini yerinə yetirmək mümkündür. Şəkil 5.7-də 4- 
dərəcəli kodların vurulması halına baxılmışdır. 


98
Şəkil 5.6. Mərtəbələri artırmağa imkan verən ikilik kodların
matris vurucusunun struktur sxemi 
 
Şəkil 5.7. 4- dərəcəli kodların matris vurucusunun struktur sxemi 


99

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   41   42   43   44   45   46   47   48   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling