Azərbaycan Respublikası Təhsil Nazirliyi


Hesabi cəmləmə və çıxma əməliyyatlarının yerinə yetirilməsi


Download 5.01 Kb.
Pdf ko'rish
bet44/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   40   41   42   43   44   45   46   47   ...   157
Bog'liq
2014-2730 (2)

5.3. Hesabi cəmləmə və çıxma əməliyyatlarının yerinə yetirilməsi 
 
Hesabi cəmləmə və çıxma əməliyyatlarının yerinə yetirilməsi üçün 
struktur sxemin iki dərəcəli ədədlər üçün olan variantı şəkil 5.4-də 
göstərilmişdir. Sxem «2YAXUD» (DD1) elementindən ibarət ümumi idarə 
qovşağından və cəmləmə və çıxma bloklarından ibarətdir. Bu blokların sayı 
toplanan kodların dərəcəsindən asılıdır. Sxem cəmləmə «+» və çıxma «-» kimi
iki idarə girişinə və sözlərin (kodların) daxil edilməsi girişlərinə malikdir. 
Qurğunun çıxışından cəm və yüksək dərəcəyə köçürmə siqnalları götürülür. 
Cəmləyicilər arasında ardıcıl köçürmə prinsipindən istifadə edilir. 
İlkin vəziyyətdə iş rejimlərinin idarə olunması girişlərinə (“+” və “-“) «0» 
siqnalı verilir. Bu zaman DD5, DD9 («2Və») və mürəkkəb məntiqə malik DD3, 
DD6 («2Və») elementlərinin birinci girişlərinə aktiv məntiq siqnalları verilir. 
Nəticədə birdərəcəli cəmləyicinin bütün girişlərində giriş toplananlarının 
kodlarının qiymətlərindən asılı olmayaraq «0» siqnalı olur. Bu zaman bütün 
çıxışlarda da «0» siqnalı olacaqdır. 


95
Şəkil 5.4. İki mərtəbəli kodun cəmləmə-çıxma sxemi 
Fərz edək ki, cəmləmə «+» girişinə «1» siqnalı verilir. Bu halda DD5, 
DD9 («2Və») və mürəkkəb məntiqə malik DD3, DD6 («2-2VƏ - YAXUD») 
qurğularının yuxarı elementlərinin birinci girişlərinə passiv məntiq siqnalları 
(«1» siqnalı) verilir. Mürəkkəb məntiqə malik DD3, DD6 («2-2VƏ - YAXUD») 
qurğularının aşağı elementlərinin birinci girişlərində əvvəlki aktiv məntiq 
siqnalları qalır. Odur ki, DD4 və DD8 cəmləyicilərinin girişlərində, qiymətləri 
toplananların kodları ilə müəyyən edilən siqnallar yaranır. Qurğunun çıxışından 
cəmləmənin nəticəsinə uyğun siqnal və köçürmə siqnalı formalaşır. 
Çıxma girişinə «1» siqnalı verdikdə DD5, DD9 («2Və») elementlərinin 
birinci girişlərinə əvvəlki kimi passiv məntiq siqnalı və cəmləyicilərin «b» 
girişlərinə azalanın düz kod verilir. Yuxarı DD3, DD6 elementlərinin birinci 
girişlərinə aktiv, aşağı DD3, DD6 elementlərinin birinci girişlərində isə passiv 
məntiq siqnalları verilmiş olur. Nəticədə çıxılanın kodu invertor vasitəsilə 
cəmləyicilərin «a» girişlərinə ötürülür, yəni bu girişlərə çıxılanın əlavə kodu 
verilmiş olur. Eyni zamanda DD4 cəmləyicisinin sıfır mərtəbəsinin köçürmə 
girişində «1» siqnalı yaranır. Cəmləyicinin çıxışlarında iki kodun Y-X fərqinə 
uyğun siqnal formalaşır. 
Göründüyü kimi, sxem iki ikilik kodun cəmini və ya fərqini əldə etməyə 
imkan verir. Yerinə yetirilən əməliyyat idarə siqnalının qiymətindən asılı olur. 
Aydındır ki, hər iki idarə girişlərinə eyni zamanda «1» siqnalı verilə bilməz.


96

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   40   41   42   43   44   45   46   47   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling