Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet42/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   38   39   40   41   42   43   44   45   ...   157
Bog'liq
2014-2730 (2)

5.2.2. Cəmləyicilərin təsnifatı. Cəmləyicilərin təsnifatı müxtəlif 
əlamətlər üzrə aparıla bilər. Bunlardan daha əhəmiyyətlilərinə baxaq. 
Cəmləyicilər çıxışlarının sayına görə yarımcəmləyicilərə, birdərəcəli 
cəmləyicilərə, çoxmərtəbəli cəmləyicilərə ayrılırlar. 
Yarımcəmləyicilər iki dərəcəli kodları cəmləmək üçündür və iki girişə və 
iki çıxışa malik olurlar. Giriş toplananları siqnallarından cəm siqnalını və yuxarı 
dərəcəyə köçürmə siqnalını formalaşdırır. 


92
Birdərəcəli cəmləyicilər iki dərəcəli kodları cəmləmək üçündür və üç 
girişə və iki çıxışa malik olurlar. Bu qurğu giriş toplananları və kiçik dərəcədən 
olan köçürmə siqnallarından cəm siqnalı və yuxarı dərəcəyə köçürmə siqnalı 
formalaşdırır. 
Çoxdərəcəli cəmləyicilər iki çoxdərəcəli kodları cəmləmək üçündür. 
Əgər cəmləmənin nəticəsi, dərəcəsi toplananların kodlarının dərəcələri ilə üst-
üstə düşməyən kodlarla verilə bilməzsə, bu halda cəmləyicinin çıxışında cəm 
kodunu və köçürmə siqnalını formalaşdırır. 
Çoxdərəcəli cəmləyicilər ardıcıl və paralel tipli olurlar. Ardıcıl 
cəmləyicilərdə cəmləmə əməliyyatı kiçik dərəcədən başlayaraq ardıcıl olaraq 
dərəcə-dərəcə yerinə yetirilir. Paralel cəmləyicilərdə giriş kodlarının 
dərəcələrinin hamısı eyni zamanda cəmlənir.
Kombinasiyalı cəmləyicilər öz yaddaşları olmayan cəmləyicilərdir. 
Toplayan cəmləyicilər öz daxili yaddaşına malik olurlar və orada yerinə yetirilən 
əməliyyatların nəticələri toplanır. Bu zaman hər növbəti toplanan yaddaşda olan 
qiymətə əlavə olunur. 
Taktlanma qaydasına görə cəmləyicilər sinxron və asinxron olurlar. 
Sinxron cəmləyicilərdə iki kodun hesab cəmlənməsi əməliyyatının yerinə 
yetirilməsi müddəti kodların özlərindən asılı olmurlar və həmişə sabit qalırlar. 
Asinxron cəmləyicilərdə əməliyyatının yerinə yetirilməsi müddəti toplananların 
növündən asılı olurlar. Odur ki, cəmləmə əməliyyatı başa çatdıqda əməliyyatın 
başa çatması haqqında xüsusi siqnal hasil etmək lazım gəlir. 
İstifadə olunan say sistemlərindən asılı olaraq, cəmləyicilər ikilik, ikilik – 
onluq və s. növlərə ayrılırlar. Burada ikilik cəmləyicilərə baxılır. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   38   39   40   41   42   43   44   45   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling