Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet40/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   36   37   38   39   40   41   42   43   ...   157
Bog'liq
2014-2730 (2)

 
 
 
 
Qeyd: Elektron sxemlərdə istifadə olunan elementlərin, o cümlədən 
tranzistorların və digər yarımkeçirici cihazların şərti qrafiki işarələnməsi əlavə 
1-də, ən geniş yayılmış cihazların əsas parametrləri, istismar şərtləri tətbiq 
sahələri, onlar əsasında qurulan bəzi elektron qurğularının sxemlərinin ilkin 
hesabatına nümunələr əlavə 2-də, əlavə 3-də yarımkeçirici elektron cihazlar və 
onlar əsasındakı elektron qurğularının parametrlərinin və qoşulma sxemlərinin 
təhlilinə dair misallar verilmişdir. 


88
FƏSİL 5. HESAB-MƏNTİQ QURĞUSU 
 
5.1. Hesab-məntiq qurğusunun təyinatı və əsas parametrləri
Hesab-məntiq qurğusu (HMQ) informasiyanın emalı zamanı məntiq və 
hesab əməliyyatlarını yerinə yetirən funksional qurğuya deyilir. Bu əməliyyatlar 
uyğun elektron qurğularından istifadə etməklə aparat və yaxud proqram qaydası 
ilə yerinə yetirilə bilər. 
Müasir HMQ - lərin yerinə yetirdikləri əməliyyatların genişliyindən və 
çoxluğundan asılı olmayaraq əsas əməliyyatlara cəbri (hesabi) cəmləmə və 
vurma əməliyyatları aid edilir. Belə ki, HMQ in işinin təhlili göstərir ki, onun 
yerinə yetirdiyi əməliyyatların 50% -i cəbri vurma, 45%-i cəbri cəmləmə təşkil 
edir.
Giriş dəyişənləri üzərində məntiq və hesab əməliyyatlarını yerinə 
yetirmək üçün onları HMQ-na daxil etmək lazımdır. Odur ki, ilkin məlumatları 
və əməliyyatların nəticələrini yadda (müvəqqəti) saxlamaq üçün HMQ –na əlavə 
köməkçi qurğular - registrlər qoşulur. 
Adətən HMQ iki qrup daxiletmə və bir qrup xaricetmə məlumat 
çıxışlarına və köməkçi informasiyanı almaq üçün nəzərdə tutulmuş çıxışlar 
(uclar) qrupu ilə təchiz olunur. Hər iki qrup giriş ucları (giriş portları) 
məlumatları müvəqqəti yadda saxlamaq üçün bufer registrləri ilə təchiz olunur. 
Hər bir bufer registri informasiyanın bir sözünü yadda saxlaya bilir. Sözün 
mərtəbəsi isə registrin tipindən asılı olur. HMQ-nun giriş portlarından biri 
verilənləri bilavasitə verilənlər şinindən, ikincisi isə ya verilənlər şinindən, və 
yaxud akkumulyator adlanan xüsusi registrdən qəbul edir. Bu registrin girişi 
çıxış portu ilə birləşir. Akkumulyator bir sıra hallarda verilənlər şininə qoşulan 
ikinci girişlə təchiz olunur. Odur ki, ümumi halda akkumulyator həm əvvəlki 
əməliyyat zamanı əldə edilən nəticələri, həm də verilənlər şinindən ötürülən 
məlumatları yadda saxlaya bilir. HMQ-nun işi haqqında köməkçi 
informasiyanın alınması üçün nəzərdə tutulan uclar qrupu «vəziyyətlər registri» 
(şərtlər kodu və ya indikator registri) adlanan xüsusi registrə qoşulur. Onun 
dərəcələrində sonuncu əməliyyatın yerinə yetirilməsi nəticələri haqqındakı 
xidməti məlumatları yadda saxlanılır. HMQ-nun xarici registrlərə qoşulması 
sxemi şəkil 5.1–də göstərilmişdir. 
Əməliyyatın tipindən asılı olaraq HMQ verilənlərin bir və ya iki sözü ilə 
işləyə bilər və uyğun olaraq bir və ya iki giriş portundan istifadə oluna bilər. 
Məsələn, cəbri toplama zamanı iki portdan, əks kodun alınması halında isə bir 
portdan istifadə olunur. 


89
Yerinə yetirilən əməliyyatların çeşidi müxtəlif sinif HMQ üçün 
müxtəlifdir. Lakin bir sıra əməliyyatlar bütün sinif HMQ üçün eynidir. Bunlara 
cəbri cəmləməni, cəbri çıxmanı, məntiqi vurmanı, məntiqi cəmləməni, iki 
moduluna görə cəm, inkar, sağa sürüşmə, sola sürüşmə, müsbət artım 
(inkriment), mənfi artım (dekriment) əməliyyatlarını aid etmək olar. Bu 
əməliyyatlar ancaq HMQ-də olan aparat vasitəsilə yerinə yetirilir və elementar 
əməliyyatlar adlanır. Cəbri vurma və bölmə kimi mürəkkəb əməliyyatlar isə 
göstərilmiş elementar əməliyyatların uyğun kombinasiyasından istifadə etməklə 
proqram yolu ilə yerinə yetirilir. 
HMQ, mahiyyətinə görə kombinasiyalı rəqəm qurğuları sinfinə aiddir, 
çünki özünün yaddaş elementi yoxdur. Odur ki, onun çıxış siqnallarının 
qiymətləri ancaq giriş siqnallarının kombinasiyasından asılı olur.
Şəkil 5.1 HMQ-nun xarici registrlərə qoşulması sxemi 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   36   37   38   39   40   41   42   43   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling