Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet37/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   33   34   35   36   37   38   39   40   ...   157
Bog'liq
2014-2730 (2)

Sinxron RS-triggerlər sadə RS-triggerin girişinə iki «VƏ» və yaxud 
«VƏ-YOX» məntiq elementləri qoşulmaqla əldə edilir (şəkil 4.5). Giriş 
siqnalları «VƏ-YOX» elementlərindən girişində (C-clock) sinxronlaşdırıcı 
impulsların təsiri müddətlərində keçirlər. Odur ki, triggerin vəziyyəti ancaq 
sinxronlaşdırıcı impulsların təsiri zamanı dəyişə bilər. 
Statik idarə olunan trigger (a) sinxronlaşdırıcı gərginliyin səviyyəsi ilə 
sinxronlaşdırılır. Bir sinxroimpulsun təsiri zamanı trigger vəziyyətini onun R və 
S girişlərindəki siqnal dəyişdikdə dəyişir. 


81
Dinamiki idarə olunan triggerin vəziyyəti sinxroimpulsun artması (ön 
cəbhəsi) müddətində dəyişir. İmpulsun təsiri müddətində (zirvəsi) vəziyyət 
dəyişmir.
Şəkil 4.4. «Və yox» və «Və ya - yox» məntiq elementlərində
sadə RS – triggerin sxemi 
 
 
a) b) 
Şəkil 4.5. Sinxron RS-triggerin funksional sxemi 
D-trigger ancaq bir D (delay-gecikmə) məlumat girişinə malikdir və D 
məntiq siqnalını yadda saxlamaq üçün istifadə edilir. Trigger öz vəziyyətini 
sinxroimpuls təsir etdikdə dəyişir. Belə triggeri sinxron RS-triggeri və bir 
«YOX» elementi vasitəsilə yaratmaq olar (şəkil 4.6). Şəkildə VƏ-YOX məntiq 
elementləri əsasında olan RS-trigger vasitəsilə yaradılmış D-triggerin sxemi və 
onun həqiqilik cədvəli verilmişdir. 
Şəkil 4.6. D-triggerin qoşulma sxemi və
həqiqilik cədvəli 
C D 
Q
t+1 
0 0 Q
t
1 0 0 1 
0 1 0 1 
1 1 1 0 


82
İki pilləli triggerlər aparan-aparılan struktur üzrə yerinə yetirilir. Bu 
triggerlər bəzən MS-triggerlər də adlanır (M-master, S-slave). Belə trigger iki 
sinxron RS-trigger üzərində yaradılır (şəkil 4.7).
Şəkil 4.7. İki pilləli triggerin qoşulma sxemi 
Burada T1 aparan, T2 isə aparılan triggerlərdir. T2 triggeri aparan 
triggerin vəziyyətini yadda saxlamaq üçündür. T1 və T2 triggerlərinə təsir edən 
sinxroimpulslar əks fazada verildiyindən T2-nin vəziyyətinin dəyişməsi T1- ə 
nəzərən müəyyən gecikmə ilə baş verir. Bu gecikmə hesabına yadda saxlama 
prosesi giriş siqnalının təsirindən təcrid olunur və digər məntiq funksiyalarının 
yerinə yetirilməsinə şərait yaranır. İki pilləli triggerlərə DV, JK, T- triggerlərini 
aid etmək olar. 
DV- trigger D- trigger kimi məntiq siqnalını yadda saxlamaq üçündür. 
DV-trigger V- icazə girişinə malikdir və V=1 halında trigger D- girişi üzrə idarə 
olunur. V=0 qadağa siqnalında D- girişindəki siqnaldan asılı olmayaraq trigger 
öz vəziyyətini dəyişmir (şəkil 4.8). 
Şəkil 4.8. DV – triggerin qoşulma sxemi 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   33   34   35   36   37   38   39   40   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling