Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- İki pilləli triggerlər
Sinxron RS-triggerlər sadə RS-triggerin girişinə iki «VƏ» və yaxud
«VƏ-YOX» məntiq elementləri qoşulmaqla əldə edilir (şəkil 4.5). Giriş siqnalları «VƏ-YOX» elementlərindən girişində (C-clock) sinxronlaşdırıcı impulsların təsiri müddətlərində keçirlər. Odur ki, triggerin vəziyyəti ancaq sinxronlaşdırıcı impulsların təsiri zamanı dəyişə bilər. Statik idarə olunan trigger (a) sinxronlaşdırıcı gərginliyin səviyyəsi ilə sinxronlaşdırılır. Bir sinxroimpulsun təsiri zamanı trigger vəziyyətini onun R və S girişlərindəki siqnal dəyişdikdə dəyişir. 81 Dinamiki idarə olunan triggerin vəziyyəti sinxroimpulsun artması (ön cəbhəsi) müddətində dəyişir. İmpulsun təsiri müddətində (zirvəsi) vəziyyət dəyişmir. Şəkil 4.4. «Və yox» və «Və ya - yox» məntiq elementlərində sadə RS – triggerin sxemi a) b) Şəkil 4.5. Sinxron RS-triggerin funksional sxemi D-trigger ancaq bir D (delay-gecikmə) məlumat girişinə malikdir və D məntiq siqnalını yadda saxlamaq üçün istifadə edilir. Trigger öz vəziyyətini sinxroimpuls təsir etdikdə dəyişir. Belə triggeri sinxron RS-triggeri və bir «YOX» elementi vasitəsilə yaratmaq olar (şəkil 4.6). Şəkildə VƏ-YOX məntiq elementləri əsasında olan RS-trigger vasitəsilə yaradılmış D-triggerin sxemi və onun həqiqilik cədvəli verilmişdir. Şəkil 4.6. D-triggerin qoşulma sxemi və həqiqilik cədvəli C D Q t+1 0 0 Q t 1 0 0 1 0 1 0 1 1 1 1 0 82 İki pilləli triggerlər aparan-aparılan struktur üzrə yerinə yetirilir. Bu triggerlər bəzən MS-triggerlər də adlanır (M-master, S-slave). Belə trigger iki sinxron RS-trigger üzərində yaradılır (şəkil 4.7). Şəkil 4.7. İki pilləli triggerin qoşulma sxemi Burada T1 aparan, T2 isə aparılan triggerlərdir. T2 triggeri aparan triggerin vəziyyətini yadda saxlamaq üçündür. T1 və T2 triggerlərinə təsir edən sinxroimpulslar əks fazada verildiyindən T2-nin vəziyyətinin dəyişməsi T1- ə nəzərən müəyyən gecikmə ilə baş verir. Bu gecikmə hesabına yadda saxlama prosesi giriş siqnalının təsirindən təcrid olunur və digər məntiq funksiyalarının yerinə yetirilməsinə şərait yaranır. İki pilləli triggerlərə DV, JK, T- triggerlərini aid etmək olar. DV- trigger D- trigger kimi məntiq siqnalını yadda saxlamaq üçündür. DV-trigger V- icazə girişinə malikdir və V=1 halında trigger D- girişi üzrə idarə olunur. V=0 qadağa siqnalında D- girişindəki siqnaldan asılı olmayaraq trigger öz vəziyyətini dəyişmir (şəkil 4.8). Şəkil 4.8. DV – triggerin qoşulma sxemi Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling