Azərbaycan Respublikası Təhsil Nazirliyi
Hesabi vurma əməliyyatının yerinə yetirilməsi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
5.4. Hesabi vurma əməliyyatının yerinə yetirilməsi
Cəbri vurma və bölmə əməliyyatlarının elektron maşınında yerinə yetirilməsi bir qayda olaraq elementar funksiyaların ardıcıllığından istifadə etməyə əsaslanmış proqram yolu ilə həyata keçirilirdi. Son zamanlar inteqral mikrosxem texnologiyasının inkişafı ilə əlaqədar olaraq bu əməliyyatların yerinə yetirilməsinin aparat vasitələri - xüsusi inteqral sxemlər yaradılmışdır. Bu sxemlərdən istifadə olunması elektron hesablama maşınlarının cəldliyini kifayət qədər artırır. Aparat vasitəsi ilə vurma sxeminin yaradılması vuruqların hissə-hissə hasillərinin cəmlənməsi alqoritminə əsaslanmışdır. Məsələn, iki dərəcəli ikilik kodun vurulmasına baxaq: Matris vurma bloku adlanan iki mərtəbəli kodun vurulması üçün qurğunun struktur sxemi şəkil 5.5-də göstərilmişdir. Şəkil 5.5. İki mərtəbəli kodun matris vurma blokunun struktur sxemi Vuruqların dərəcələrinin hissə – hissə vurulması «2Və» funksiyasını yerinə yetirən DD1- DD4 məntiq elementlərində həyata keçirilir. Alınmış hasilləri DD5 və DD6 cəmləyicilərində cəmləyərək vurmanın nəticəsi alınır. 97 Bu qayda ilə istənilən mərtəbəli giriş kodunun vurulması üçün matris vurma blokunu yaratmaq olar. İnteqral sxemlər layihələndirilən zaman elə struktur almağa çalışırlar ki, eyni tip sxemlərdən istifadə etməklə giriş kodlarının mərtəbələrini artırmaq mümkün olsun. Matris vurma bloku bu tələbi ödəyə bilmir. Bu tələbi ödəyə bilən strukturu tapmaq üçün iki dörd mərtəbəli kodun vurulması alqoritminə baxaq. Göründüyü kimi, 4-dərəcəli kodların vurulması alqoritmini yuxarıda baxılmış iki mərtəbəli kodların vurulması halına uyğun gələn eyni tipli 4 blokun kombinasiyası şəklində təsvir etmək olar. Lakin bu cür təsvir üçün hissə-hissə vuruqlar almaqdan başqa ayrılmış hər bir blok üçün əlavə toplama əməliyyatı aparmaq lazım gəlir. Məsələn, 4- dərəcəli kodların b 1 a 1 hissə-hissə vuruğuna olan hasili zamanı alınmış nəticənin M 2 mərtəbəsinin qiymətini təyin etmək üçün b 1 a 0 və b 0 a 1 hissə-hissə vuruqların cəmlənməsi nəticəsində alınmış köçürmə siqnalından başqa bu bloka qonşu bloklarda alınmış b 2 a 0 və b 0 a 2 hissə- hissə vuruqlarını da əlavə etmək lazım gəlir. Bu cür əməliyyatları vurmanın digər mərtəbələrinin qiymətlərini tapmaq üçün də yerinə yetirmək lazımdır. Odur ki, ümumi halda, nəticəni almaq üçün hər bir blokda M i =AB+C+D məntiq funksiyasını yerinə yetirmək lazımdır. Burada C və D əlavə qonşu bloklarda alınan əlavə toplananlardır. Bu məntiq funksiyasını yerinə yetirmək üçün şəkil 5.5-də göstərilmiş vurma sxeminə iki əlavə cəmləyici daxil etmək lazımdır. Şəkil 5.6-da bu qayda ilə alınmış 2-mərtəbəli matris vurma blokunun sxemi göstərilmişdir. 2- dərəcəli (mərtəbəli) ikilik kodların hasilinin matris bloku vuruq kodlarının mərtəbələrini artırmağa imkan verir. Belə bloklar əsasında istənilən mərtəbəli ikilik kodların hasilini yerinə yetirmək mümkündür. Şəkil 5.7-də 4- dərəcəli kodların vurulması halına baxılmışdır. 98 Şəkil 5.6. Mərtəbələri artırmağa imkan verən ikilik kodların matris vurucusunun struktur sxemi Şəkil 5.7. 4- dərəcəli kodların matris vurucusunun struktur sxemi |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling