Azərbaycan Respublikası Təhsil Nazirliyi


Proqramlaşdırılan xarakteristikalara malik məntiq qurğuları


Download 5.01 Kb.
Pdf ko'rish
bet53/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   49   50   51   52   53   54   55   56   ...   157
Bog'liq
2014-2730 (2)

    Bu sahifa navigatsiya:
  • Qeyd
6.10. Proqramlaşdırılan xarakteristikalara malik məntiq qurğuları 
Daha üstün xarakteristikalara malik xüsusi inteqral mikrosxemlərin 
yaradılması onların universallığını aşağı salır, nomenklaturanı genişləndirir, 
istehsal həcmini isə azaldır və məhsulun bahalaşmasına gətirib çıxarır. Xüsusi 
və universal İS arasındakı bu fərqli cəhəti aradan qaldırmaq üçün elə BİS 
yaradılır ki, onların işləmə alqoritmi rəqəm qurğuları layihəçilərinin istəyi ilə 
dəyişdirilə bilsin, yəni xarakteristikaları proqramlaşdırılan İS yaradılır. Burada 
yenidən proqramlaşdırma dedikdə, İS-in daxili strukturunun dəyişməsi imkanı 
başa düşülür, tələb olunan məntiq funksiyasının həyata keçirilməsi İS-in 
strukturunun aparat səviyyəsində 
dəyişdirilməsi ilə 
təmin edilir. 
Proqramlaşdırma nəticəsində tələb olunan xüsusiyyətləri almaq üçün İS-in 
strukturunda bərpa olunan və ya bərpa oluna bilməyən dəyişikliklər edilir. 
Belə İS-in yaradılması zamanı vahid fotoşablon komplekti istifadə olunur, 
yəni universallıq dərəcəsi kəskin artırılır. Bu cür İS-in tələb olunan alqoritmə 
görə sazlanması işi bilavasitə rəqəm qurğusu istehsalçısı tərəfindən yerinə 
yetirilir. 
İS-in strukturunda dəyişikliklər aparmaq üçün onun tərkibinə əlavə 
elementlər, çıxışlar, informasiya dövrələri və s. daxil etmək lazım gəlir. 
Proqramlaşdırılan sadə məntiq İS kimi multipleksorlardan istifadə oluna 
bilər. Multipleksordan universal məntiq elementi kimi istifadə olunmasının 
mahiyyəti onun ünvan girişlərinin informasiya girişləri kimi istifadə 
edilməsindədir. Bu girişlərə almaq istədiyimiz funksiyanın arqumentləri verilir. 
Multipleksorun informasiya girişləri isə sazlayıcı rolunu oynayır. Bu zaman 
sazlayıcı girişlərdə ya məntiq sabitləri (konstantları), ya da müəyyən köməkçi 
funksiyalar formalaşdırıla bilər. Multipleksorda iki və üç giriş dəyişənləri üçün 
cəbri məntiq funksiyalarının həyata keçirilməsi nümunələri şəkil 6.9-da 
göstərilmişdir. Şəkil 6.9,a-da iki giriş dəyişənlərinə malik cəbri məntiq 
funksiyasının, şəkil 6.9, b,c-də isə üç giriş dəyişənlərinə malik cəbri məntiq 
funksiyalarının multipleksorda həyata keçirilməsi göstərilmişdir. 


111
a) b) c) 
Şəkil 6.9. Cəbri məntiq funksiyalarını yerinə yetirən 
multipleksorun qoşulma sxemləri 
Qeyd: Elektron sxemlərdə istifadə olunan elementlərin, o cümlədən 
tranzistorların, mikrosxemlərin və digər yarımkeçirici cihazların şərti qrafiki 
işarələnməsi əlavə 1-də, ən geniş yayılmış cihazların əsas parametrləri, istismar 
şərtləri tətbiq sahələri, onlar əsasında qurulan bəzi elektron qurğularının 
sxemlərinin ilkin hesabatına nümunələr əlavə 2-də, əlavə 3-də yarımkeçirici 
elektron cihazlar və onlar əsasındakı elektron qurğularının parametrlərinin və 
qoşulma sxemlərinin təhlilinə dair misallar verilmişdir. 


112

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   49   50   51   52   53   54   55   56   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling