Azərbaycan Respublikası Təhsil Nazirliyi


İkiölçülü ünvana malik YQ


Download 5.01 Kb.
Pdf ko'rish
bet48/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   44   45   46   47   48   49   50   51   ...   157
Bog'liq
2014-2730 (2)

6.2. İkiölçülü ünvana malik YQ 
Məlumatın yazılması/oxunması bitlər üzrə həyata keçirildikdə, ikiölçülü 
ünvanlanmaya malik yaddaş strukturundan istifadə edilir. Bu struktur YE 
matrisindən, statik ünvan registrindən, sətir və sütun deşifratorundan, yazma və 
oxuma gücləndiricisindən, giriş və çıxış bufer triggerlərindən ibarətdir. Burada 
matrisin YE bir yox, iki işləməyə icazə çıxışına (CS1 və CS2) malik olur. Bu 
halda p
1
və p
2
informasiya ucları əks istiqamətdə işləmə (ilkin vəziyyətə 
qayıtma) qabiliyyətinə malikdir, yəni informasiyanı həm yazmaq, həm də 
oxumaq imkanını verir. 
YE- ləri matrisinin idarə dövrəsi üç iş rejimindən birini həyata keçirməyə 
imkan verir: 

yadda saxlama, bu halda YE inteqral mikrosxemin giriş və çıxışdan 
ayrılıb; 

oxuma, bu halda uyğun ünvan üçün seçilmiş informasiya YE-dən 
inteqral mikrosxemin çıxışına verilir; 

yazma, bu halda informasiya inteqral mikrosxemin girişindən 
göstərilən ünvana (matrisdə) yazılır. 


103
Matrisin hər bir YE müəyyən ünvan malikdir və onun axtarışı uyğun sətir 
və sütunun nömrəsini göstərməklə yerinə yetirilir. Nömrələr deşifratorların 
çıxışlarında formalaşdırılır. YE-nin ünvanı ikilik ədəd şəklində ünvan şini 
vasitəsilə ünvan registrində qəbul edilir. Ünvan registrin mərtəbələrinin sayı bir 
mənalı olaraq inteqral mikrosxemin yaddaşının həcmi ilə əlaqədardır. Sətir və 
sütunların sayı, adətən tam 2 üstlü ədədə bərabər götürülür. Yaddaşın ümumi 
həcmi sətir və sütunların hasilinə bərabər olur. 
Ünvan registrinin mərtəbələri iki qrupa bölünür: bunlardan biri sətrin 
ikilik ünvanını (RA), digəri isə sütunun ikilik ünvanını (CA) təyin edir. Hər qrup 
uyğun deşifratora verilir. Deşifratorların çıxış siqnalları axtarılan YE-ni seçir. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   44   45   46   47   48   49   50   51   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling