Azərbaycan Respublikası Təhsil Nazirliyi
Hesabi cəmləmə və çıxma əməliyyatlarının yerinə yetirilməsi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
5.3. Hesabi cəmləmə və çıxma əməliyyatlarının yerinə yetirilməsi
Hesabi cəmləmə və çıxma əməliyyatlarının yerinə yetirilməsi üçün struktur sxemin iki dərəcəli ədədlər üçün olan variantı şəkil 5.4-də göstərilmişdir. Sxem «2YAXUD» (DD1) elementindən ibarət ümumi idarə qovşağından və cəmləmə və çıxma bloklarından ibarətdir. Bu blokların sayı toplanan kodların dərəcəsindən asılıdır. Sxem cəmləmə «+» və çıxma «-» kimi iki idarə girişinə və sözlərin (kodların) daxil edilməsi girişlərinə malikdir. Qurğunun çıxışından cəm və yüksək dərəcəyə köçürmə siqnalları götürülür. Cəmləyicilər arasında ardıcıl köçürmə prinsipindən istifadə edilir. İlkin vəziyyətdə iş rejimlərinin idarə olunması girişlərinə (“+” və “-“) «0» siqnalı verilir. Bu zaman DD5, DD9 («2Və») və mürəkkəb məntiqə malik DD3, DD6 («2Və») elementlərinin birinci girişlərinə aktiv məntiq siqnalları verilir. Nəticədə birdərəcəli cəmləyicinin bütün girişlərində giriş toplananlarının kodlarının qiymətlərindən asılı olmayaraq «0» siqnalı olur. Bu zaman bütün çıxışlarda da «0» siqnalı olacaqdır. 95 Şəkil 5.4. İki mərtəbəli kodun cəmləmə-çıxma sxemi Fərz edək ki, cəmləmə «+» girişinə «1» siqnalı verilir. Bu halda DD5, DD9 («2Və») və mürəkkəb məntiqə malik DD3, DD6 («2-2VƏ - YAXUD») qurğularının yuxarı elementlərinin birinci girişlərinə passiv məntiq siqnalları («1» siqnalı) verilir. Mürəkkəb məntiqə malik DD3, DD6 («2-2VƏ - YAXUD») qurğularının aşağı elementlərinin birinci girişlərində əvvəlki aktiv məntiq siqnalları qalır. Odur ki, DD4 və DD8 cəmləyicilərinin girişlərində, qiymətləri toplananların kodları ilə müəyyən edilən siqnallar yaranır. Qurğunun çıxışından cəmləmənin nəticəsinə uyğun siqnal və köçürmə siqnalı formalaşır. Çıxma girişinə «1» siqnalı verdikdə DD5, DD9 («2Və») elementlərinin birinci girişlərinə əvvəlki kimi passiv məntiq siqnalı və cəmləyicilərin «b» girişlərinə azalanın düz kod verilir. Yuxarı DD3, DD6 elementlərinin birinci girişlərinə aktiv, aşağı DD3, DD6 elementlərinin birinci girişlərində isə passiv məntiq siqnalları verilmiş olur. Nəticədə çıxılanın kodu invertor vasitəsilə cəmləyicilərin «a» girişlərinə ötürülür, yəni bu girişlərə çıxılanın əlavə kodu verilmiş olur. Eyni zamanda DD4 cəmləyicisinin sıfır mərtəbəsinin köçürmə girişində «1» siqnalı yaranır. Cəmləyicinin çıxışlarında iki kodun Y-X fərqinə uyğun siqnal formalaşır. Göründüyü kimi, sxem iki ikilik kodun cəmini və ya fərqini əldə etməyə imkan verir. Yerinə yetirilən əməliyyat idarə siqnalının qiymətindən asılı olur. Aydındır ki, hər iki idarə girişlərinə eyni zamanda «1» siqnalı verilə bilməz. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling