Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bir ölçülü ünvanlanmaya malik YQ
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
6.1. Bir ölçülü ünvanlanmaya malik YQ Eynitipli elementlərdən ibarət massivdə lazım olan yaddaş elementini tapmaq üsulundan asılı olaraq birölçülü (xətti) və ikiölçülü ünvanlanma kimi iki struktur mövcuddur. Birölçülü ünvanlanma strukturuna malik YQ (M=16, matrisin ölçüsü 4x4) şəkil 6.1-də göstərilmişdir. Bu struktur elementar yaddaş elementlərindən (EYE) təşkil edilmiş 4x4 ölçüdə matrisdən, ünvan deşifratorundan və “2VƏ “elementlərində yaradılan giriş və çıxış açarlarından ibarətdir. Hər bir EYE üç uca malikdir: informasiya girişi (İN), informasiya çıxışı (OFF) və işə icazə verən çıxış – kristalın seçilməsi (CS – chip selekt) girişi. Əgər deşifratorun girişinə müəyyən ünvan sözü verilibsə, onun müəyyən çıxışında «1» məntiq siqnalı formalaşır. Bu siqnal matrisin sətirlərindən birində yerləşmiş bütün YE – ni seçir. Qurğunun sonrakı işi idarə siqnalları ilə hansı iş rejiminin seçilməsindən asılıdır. Əgər «oxuma» siqnalı (WR/RD=1) verilibsə, seçilmiş yuvalardakı informasiya “2VƏ” çıxış elementlərinin birinci girişlərinə verilir. Bu açarların ikinci girişlərinə «1» səviyyəli məntiq siqnalı verilir. Seçilmiş YE-dəki informasiya DO0, DO1, DO2, DO3 elementlərinin çıxış uclarına verilir. Əgər girişə «yazma» siqnalı (WR/RD=0) verilibsə, Dİ0, Dİ1, Dİ2, Dİ3 giriş şinindən informasiya «2VƏ» giriş elementləri vasitəsilə YE-nin girişlərinə verilir və burada yazılır. 101 Şəkil 6.1. Bir ölçülü ünvanlanma strukturuna malik OYQ Bu strukturun xüsusiyyəti ondan ibarətdir ki, burada matrisin sətrində yadda saxlanılan informasiyanın yazılması və oxunması eyni zamanda yerinə yetirilir. Odur ki, yadda saxlanılan sözün verilmiş mərtəbələri halında yaddaşın həcminin artırılması ancaq matrisin sətirlərinin sayını artırmaq hesabına yerinə yetirilə bilər. Bu isə deşifratorun çıxışlarının sayının kəskin artmasına, yəni sxem həllinin mürəkkəbləşməsinə səbəb olur. Deşifratorun sadələşdirilməsi isə matrisin düzbucaqlı formada yerinə yetirilməsini tələb edir. Bu əksliliyi aradan qaldırmaq üçün giriş və çıxış açarları kimi demultipleksor və multipleksor sxemlərindən istifadə etmək olar. Bu qurğular YQ ilə əlaqədar olan halda selektor adlandırılır. Bu prinsipi həyata keçirən struktur və 256x4 təşkil olunmaya malik YQ şəkil 6.2-də göstərilmişdir. Bu qurğu 32x32 elementli matrisdən, ünvan deşifratorundan, giriş və çıxış selektorlarından və yazma/oxuma rejimlərini idarə edən elementdən ibarətdir. Hər bir YE üç uca (çıxışa) malikdir: informasiyanın girişi və çıxışı, işə icazə (seçmə) çıxışı. Bu cür həcm informasiya ilə işin idarə edilməsi üçün YQ-nun girişinə 256 müxtəlif ünvan vermək lazımdır, yəni 8-dərəcəli ünvan sözündən istifadə edilməlidir. Onun kiçik mərtəbələri (A4…A0) ünvan deşifratoruna daxil olmaqla matrisdən 32 sayda YE sətrindən birini seçir. Bu zaman, verilmiş iş rejimindən asılı olaraq informasiya seçilmiş sətrin bütün elementləri oxuna (WR/RD=1) və ya yazıla bilər (WR/RD=0). Lazım olan YE-nin seçilməsi uyğun olaraq giriş və yaxud çıxış selektorları ilə həyata keçirilir. Ünvanın yüksək 102 mərtəbələrinin (A7 … A5) qiymətindən asılı olaraq sətirdən lazım olan element seçilir. Şəkil 6.2. Selektorlara malik YQ-nun struktur sxemi Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling