Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- FƏSİL 5. HESAB-MƏNTİQ QURĞUSU 5.1. Hesab-məntiq qurğusunun təyinatı və əsas parametrləri
Qeyd: Elektron sxemlərdə istifadə olunan elementlərin, o cümlədən tranzistorların və digər yarımkeçirici cihazların şərti qrafiki işarələnməsi əlavə 1-də, ən geniş yayılmış cihazların əsas parametrləri, istismar şərtləri tətbiq sahələri, onlar əsasında qurulan bəzi elektron qurğularının sxemlərinin ilkin hesabatına nümunələr əlavə 2-də, əlavə 3-də yarımkeçirici elektron cihazlar və onlar əsasındakı elektron qurğularının parametrlərinin və qoşulma sxemlərinin təhlilinə dair misallar verilmişdir. 88 FƏSİL 5. HESAB-MƏNTİQ QURĞUSU 5.1. Hesab-məntiq qurğusunun təyinatı və əsas parametrləri Hesab-məntiq qurğusu (HMQ) informasiyanın emalı zamanı məntiq və hesab əməliyyatlarını yerinə yetirən funksional qurğuya deyilir. Bu əməliyyatlar uyğun elektron qurğularından istifadə etməklə aparat və yaxud proqram qaydası ilə yerinə yetirilə bilər. Müasir HMQ - lərin yerinə yetirdikləri əməliyyatların genişliyindən və çoxluğundan asılı olmayaraq əsas əməliyyatlara cəbri (hesabi) cəmləmə və vurma əməliyyatları aid edilir. Belə ki, HMQ in işinin təhlili göstərir ki, onun yerinə yetirdiyi əməliyyatların 50% -i cəbri vurma, 45%-i cəbri cəmləmə təşkil edir. Giriş dəyişənləri üzərində məntiq və hesab əməliyyatlarını yerinə yetirmək üçün onları HMQ-na daxil etmək lazımdır. Odur ki, ilkin məlumatları və əməliyyatların nəticələrini yadda (müvəqqəti) saxlamaq üçün HMQ –na əlavə köməkçi qurğular - registrlər qoşulur. Adətən HMQ iki qrup daxiletmə və bir qrup xaricetmə məlumat çıxışlarına və köməkçi informasiyanı almaq üçün nəzərdə tutulmuş çıxışlar (uclar) qrupu ilə təchiz olunur. Hər iki qrup giriş ucları (giriş portları) məlumatları müvəqqəti yadda saxlamaq üçün bufer registrləri ilə təchiz olunur. Hər bir bufer registri informasiyanın bir sözünü yadda saxlaya bilir. Sözün mərtəbəsi isə registrin tipindən asılı olur. HMQ-nun giriş portlarından biri verilənləri bilavasitə verilənlər şinindən, ikincisi isə ya verilənlər şinindən, və yaxud akkumulyator adlanan xüsusi registrdən qəbul edir. Bu registrin girişi çıxış portu ilə birləşir. Akkumulyator bir sıra hallarda verilənlər şininə qoşulan ikinci girişlə təchiz olunur. Odur ki, ümumi halda akkumulyator həm əvvəlki əməliyyat zamanı əldə edilən nəticələri, həm də verilənlər şinindən ötürülən məlumatları yadda saxlaya bilir. HMQ-nun işi haqqında köməkçi informasiyanın alınması üçün nəzərdə tutulan uclar qrupu «vəziyyətlər registri» (şərtlər kodu və ya indikator registri) adlanan xüsusi registrə qoşulur. Onun dərəcələrində sonuncu əməliyyatın yerinə yetirilməsi nəticələri haqqındakı xidməti məlumatları yadda saxlanılır. HMQ-nun xarici registrlərə qoşulması sxemi şəkil 5.1–də göstərilmişdir. Əməliyyatın tipindən asılı olaraq HMQ verilənlərin bir və ya iki sözü ilə işləyə bilər və uyğun olaraq bir və ya iki giriş portundan istifadə oluna bilər. Məsələn, cəbri toplama zamanı iki portdan, əks kodun alınması halında isə bir portdan istifadə olunur. 89 Yerinə yetirilən əməliyyatların çeşidi müxtəlif sinif HMQ üçün müxtəlifdir. Lakin bir sıra əməliyyatlar bütün sinif HMQ üçün eynidir. Bunlara cəbri cəmləməni, cəbri çıxmanı, məntiqi vurmanı, məntiqi cəmləməni, iki moduluna görə cəm, inkar, sağa sürüşmə, sola sürüşmə, müsbət artım (inkriment), mənfi artım (dekriment) əməliyyatlarını aid etmək olar. Bu əməliyyatlar ancaq HMQ-də olan aparat vasitəsilə yerinə yetirilir və elementar əməliyyatlar adlanır. Cəbri vurma və bölmə kimi mürəkkəb əməliyyatlar isə göstərilmiş elementar əməliyyatların uyğun kombinasiyasından istifadə etməklə proqram yolu ilə yerinə yetirilir. HMQ, mahiyyətinə görə kombinasiyalı rəqəm qurğuları sinfinə aiddir, çünki özünün yaddaş elementi yoxdur. Odur ki, onun çıxış siqnallarının qiymətləri ancaq giriş siqnallarının kombinasiyasından asılı olur. Şəkil 5.1 HMQ-nun xarici registrlərə qoşulması sxemi Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling