Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
4.3. Sayğaclar
Vəziyyəti girişinə daxil olan impulsların sayı ilə müəyyən edilən qurğuya sayğac deyilir. Sayğaclar cəmləyici, çıxıcı və reversiv olurlar. Girişə bir impuls daxil olduqda çıxışdakı ədəd bir vahid artarsa, belə sayğac toplayan sayğac adlanır. Girişə bir impuls daxil olduqda çıxışdakı ədəd bir vahid azalarsa, belə sayğac çıxıcı sayğac adlanır. Reversiv sayğac həm cəmləyici, həm də çıxıcı sayğaclar kimi işləyir. Sayğaclar da registr kimi mərtəbələrə bölünür. Sayğacın saya bildiyi ən böyük ədəd sayma modulu K c <2 n adlanır. Burada n-sayğacın mərtəbələrinin sayıdır. Sayğacı ilkin vəziyyətə (k+1)-ci impuls qaytarır. Adətən sayğaclar ilkin vəziyyəti təmin edən əlavə R girişinə və lazım olan başlanğıc ədədi təmin edən əlavə S girişinə malik olurlar. Sayğaclar strukturuna görə ardıcıl, paralel və reversiv olurlar. 86 Sadə ardıcıl sayğac T-triggerlərdən təşkil edilir. Bu məqsədlə adətən J=K=1 halına uyğun gələn universal JK –triggerlərdən istifadə edilir. Belə trigger öz vəziyyətini T-girişinə müsbət impuls daxil olduqda, yəni giriş siqnalın «0» vəziyyətindən «1» vəziyyətinə keçdiyi zaman dəyişir. Məlumdur ki, ikilik say sistemində ədədlərin cəmlənməsi zamanı ədədin l- ci mərtəbəsi ( -1)- ci mərtəbə «1» vəziyyətindən «0» vəziyyətinə keçdiyi zaman dəyişir. Odur ki, toplayan sayğacda triggerlərin T-girişləri əvvəlki triggerlərin invers çıxışlarına Q qoşulmalıdırlar. Bu halda böyük mərtəbənin triggerinin vəziyyəti əvvəlki triggerin vəziyyəti «1» vəziyyətindən «0» vəziyyətinə keçdikdə dəyişir. Çıxıcı sayğac halında isə triggerlərin girişləri əvvəlki triggerlərin düz çıxışlarına Q qoşulur (şəkil 4.13). Ardıcıl sayğacda sonrakı trigger əvvəlki triggerin çıxış siqnalı ilə idarə olunur. Hər bir triggerin işə düşməsi üçün müəyyən vaxt tələb olunduğundan, sonrakı triggerin işə düşmə anı əvvəlki triggerin işə düşmə anından geri qalır. Çoxmərtəbəli sayğaclarda sonuncu triggerin işə düşmə anı kifayət qədər gecikmiş olur. Bu isə say impulslarının təkrarlanma dövrünün buraxıla bilən minimum qiymətini məhdudlaşdırır. Şəkil 4.13. Ardıcıl sayğacın struktur sxemi Paralel sayğaclar bu çatışmazlıqlardan azaddırlar. Paralel sayğaclar gərginlik düşküsü ilə sinxronlaşdırılan RS-, JK-, D-triggerlərdə yaradılır. JK- triggerlərdə yaradılan toplayan paralel sayğacın sxemi şəkil 4.14. -də göstərilmişdir. Say impulsları bütün triggerlərin sinxronlaşdırıcı C girişlərinə verilir. Bütün triggerlərin eyni bir takt ərzində işə düşməsinin qarşısını almaq üçün sonrakı triggerlərin J və K girişlərinə əvvəlki triggerlərdən idarə siqnalları verilir. Sayğacın birinci triggeri hər bir say impulsunun təsirindən öz vəziyyətini dəyişdirir. İkinci trigger Q1=1 halında girişə daxil olan say impulslarının təsirindən işə düşür. Üçüncü trigger Q1=Q2=1 halında, dördüncü trigger isə Q1=Q2=Q3=1 halında girişə daxil olan say impulslarının təsirindən işə düşür. Sayğacı ilkin vəziyyətə (0000) qaytarmaq üçün triggerlərin R girişlərinə «1» siqnalı verilir. 87 Şəkil 4.14. Paralel sayğacın qoşulma sxemi Paralel çıxıcı sayğacda, toplayan sayğacdan fərqli olaraq, sonrakı triggerlərin idarə siqnalları əvvəlki triggerlərin invers çıxışlarından götürülür. Sayğacı ilkin vəziyyətə (1111) qaytarılması isə triggerlərin S girişlərinə verilən siqnalla təmin edilir. 2> Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling