Azərbaycan Respublikası Təhsil Nazirliyi
FƏSİL 4. ARDICIL TİPLİ RƏQƏM QURĞULARI
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
FƏSİL 4. ARDICIL TİPLİ RƏQƏM QURĞULARI
Ardıcıl rəqəm qurğularında yaddaş elementlərindən istifadə edilir. Ardıcıl rəqəm qurğularının strukturu bir neçə yaddaş elementlərindən (YE) və idarəedici kombinasiyalı sxemlərdən (KS) təşkil edilir (şək. 4.1). Şəkil 4.1. Ardıcıl rəqəm qurğusunun struktur sxemi Kombinasiyalı sxem yaddaş elementlərinin bir vəziyyətdən digər vəziyyətə çevrilməsini idarə edən F idarə siqnallarını hasil edir. Sxemin girişinə xarici Y siqnalları və yaddaş elementlərinin çıxışlarından Q siqnalları daxil olur. Yaddaş elementlərinin çıxışları ardıcıl rəqəm qurğularının çıxışları rolunu oynayırlar. Bir yaddaş elementi, onu idarə edən kombinasiyalı sxem hissəsi ilə birlikdə ardıcıl rəqəm qurğusunun bir dərəcəsini təşkil edir, yəni ikilik kodun bir dərəcəsinin çevrilməsini və yadda saxlanmasını təmin edir. Bəzi ardıcıl rəqəm qurğularında kombinasiyalı sxemi ayrı-ayrı dərəcələrə ayırmaq mümkün olmur. Ardıcıl rəqəm qurğularının vəziyyəti qurğunu təşkil edən bütün yaddaş elementlərinin vəziyyətləri yığımı ilə, yəni Q 0 , Q 1 , …, Q m-1 qiymətləri ilə müəyyən edilir. Qurğunun Q n vəziyyətindən Q n+1 vəziyyətinə keçməsi uyğun idarəedici Y siqnallarının təsiri ilə baş verir. Qurğuda olan əks rabitə hesabına Q n+1 qiyməti həm xarici Y siqnallarından, həm də əvvəldən malik olduğu Q n qiymətindən asılıdır: Q n+1 =f(Y,Q n ). Ardıcıl rəqəm qurğularının rəqəm avtomatları adlandırılan Xaffman modelində istənilən rəqəm avtomatı ümumi halda iki sistem yığımı şəklində təsvir olunur. Birinci sistem yaddaş (trigger) elementlərindən təşkil olunur (trigger sistemi) və qurğunun əvvəlki vəziyyəti haqqındakı informasiyanı yadda saxlayır. İkinci sistem kombinasiya sxemindən təşkil olunur (kombinasiyalı 79 sistem), giriş siqnallarının və qurğunun vəziyyəti haqqındakı informasiyanın çıxış siqnallarına və avtomatın vəziyyətini dəyişmək üçün lazım olan siqnala çevrilməsinə xidmət edir. Rəqəm avtomatının struktur sxemi (Xaffman modeli) şəkil 4.2-də göstərilmişdir. Rəqəm avtomatının işi 4 qrup müxtəlif siqnallarla təsvir olunur: X – giriş təsirinin kod sözü; Z – çıxış siqnalının kod sözü; Y – avtomatın vəziyyətinin lazım olan qayda ilə (ardıcıllıqla) dəyişməsini təmin edən kod sözü; Q – avtomatın vəziyyətini xarakterizə edən kod sözü. Rəqəm avtomatının normal işləməsi üçün daha bir siqnal – sinxronlaşdırıcı siqnal C lazımdır. Bu siqnal trigger altsisteminin triggerlərinin müəyyən taktla çevrilməsini təmin edir və qurğunun iş alqoritmi ilə əlaqədar olur. Şəkil 4.2. Rəqəm avtomatının struktur sxemi. Ardıcıl rəqəm qurğularına registrləri, sayğacları, təsadüfi ədədlər və yaxud mürəkkəb sistemə malik impulslar ardıcıllığı hasil edən generatorları aid etmək olar. Bu qurğuların əsas elementlərindən biri yaddaş elementidir. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling