Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet32/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   28   29   30   31   32   33   34   35   ...   157
Bog'liq
2014-2730 (2)

3.3.2. Kod çeviriciləri. Rəqəm texnikasında informasiyanın müxtəlif 
kodlanma növləri tətbiq edilir. EHM-də əməliyyatların yerinə yetirilməsi zamanı 
düz, əks, əlavə, ikilik-onluq və s. müxtəlif ikilik kodlardan istifadə edilir. 
İnformasiyanın əlaqə xətti ilə ötürülməsi zamanı, məsələn xətaların yaranması 
ehtimalını azaldan və yaxud xətaları aradan qaldıran kodlardan da istifadə edilir. 
Belə kodlara nümunə olaraq 5-dən 2 prinsipində qurulan kodları (5 simvoldan 2 
simvola həmişə vahid qiyməti verilir), tək və ya cütü yoxlayan kodları, 
Xemminq kodunu aid etmək olar. 
Bununla əlaqədar olaraq rəqəm informasiya sistemlərində informasiyanın 
bir koddan digərinə çevrilməsi məsələsi ortaya çıxır. Bu cür məsələlər aparat 
səviyyəsində kod çeviriciləri tipli kombinasiyalı qurğulardan istifadə edilir. 
Beləliklə, kod çeviricisi informasiyanın kodlanması növünü dəyişən 
kombinasiyalı qurğuya deyilir. 
Şəkil 3.5. “1-dən 4-ə” demultipleksorun funksional sxemi 
 
Bütün kombinasiyalı qurğular kimi, kod çeviriciləri də qurğunun girişinə 
verilən və çıxışından götürülən kodların uyğunluğunu göstərən işçi cədvəllə 
xarakterizə olunur. Ümumi halda, bu cədvəlin giriş və çıxışındakı kodların 
mərtəbələrinin sayı müxtəlif ola bilər. Əsas odur ki, cədvəl müxtəlif kodların 
birqiymətli olaraq uyğunluğunu təmin etsin. Belə cədvəl konkret bir kod 


73
çeviricisinin məntiqi strukturunun sintezi üçün əsas olur. Kod çeviricilərinin 
funksional sxemlərdə qrafiki şərti işarəsi şəkil 3.6 -də göstərilmişdir. 
Şəkil 3.6. Kod çeviricisinin şərti qrafiki işarəsi. 
İMS şəklində buraxılan kod çeviricilərinə nümunə kimi informasiyanı 
ikilik koddan ikilik-onluq koda çevirən çeviriciləri göstərmək olar. Bu kod 
çeviricilərinin xüsusi halı kimi şifrator və deşifratorları göstərmək olar.

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   28   29   30   31   32   33   34   35   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling