Azərbaycan Respublikası Təhsil Nazirliyi


Trigger qurğularının təyinatı və təsnifatı


Download 5.01 Kb.
Pdf ko'rish
bet36/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   32   33   34   35   36   37   38   39   ...   157
Bog'liq
2014-2730 (2)

4.1. Trigger qurğularının təyinatı və təsnifatı 
Trigger qurğusu növbə ilə vəziyyətini dəyişən iki dayanıqlı vəziyyətə 
malik qurğudur. Vəziyyətlərin dəyişməsi ancaq xarici siqnalların təsiri ilə baş 
verir. Odur ki, triggerdə yazılmış məlumat triggerə növbəti təsir olana qədər 
onda saxlanılır. Sadə trigger iki girişə və iki çıxışa malikdir. Bir qayda olaraq
məlumatı yazmaq üçün triggerin S-girişinə “set”, triggeri ilkin vəziyyətə 
qaytarmaq üçün R-girişinə “reset” siqnalı vermək lazımdır. Triggerin 
çıxışlarından biri düzünə çıxış, digəri isə invers çıxış adlanır. Məlumatın triggerə 
yazılması (köçürülməsi) adətən idarə sxemi vasitəsilə həyata keçirilir. Trigger
idarə sxemi ilə birlikdə trigger sistemini təşkil edir (şəkil 4.3).
Bu struktura görə, trigger məlumatı yadda saxlayan yaddaş qurğusu 
funksiyasını yerinə yrtirir. İdarə sxemi isə X
1
, X
2
, …, X
m
girişlərindən lazım 


80
olan məlumatı triggerin S
ı
və R
ı
girişlərinə ötürür. Bu girişlərə daxil olan 
siqnallar triggeri uyğun vəziyyətə çevirir. Triggerin idarə olunması taktlanan 
(sinxron) və ya asinxron olur. Taktlanan triggerin idarə olunması zamanı trigger 
sistemi əlavə C takt impulsları girişinə malik olur. C girişinə verilən takt 
impulsları idarə sxeminə, məlumatı müəyyən zaman intervalları ilə triggerə 
ötürülməsi imkanını verir. Asinxron idarəetmə zamanı C girişi olmur. 
Şəkil 4.3. Trigger sisteminin strukturu 
Məlumatın kodlanması prinsipinə görə triggerlər statiki və dinamiki 
olurlar. Statiki triggerlərdə dayanıqlı vəziyyətlərdən hər biri cərəyanın 
qiymətinin və potensialın səviyyəsinin fərqlənməsi ilə xarakterizə olunur.
Dinamiki triggerlərdə sxemin vəziyyəti standart amplituda və davametmə 
müddətinə malik çıxış impulslarının olması və onlar arasındakı fasilə ilə 
xarakterizə olunur. 
Triggerlər idarə sxeminin yerinə yetirdiyi məntiq funksiyasından asılı 
olaraq RS-, JK-, D-, T-, DV-, RST- və s. triggerlərə ayrılırlar. 
RS-triggerlər iki məlumat girişinə malik məntiq qurğusudur. Bu 
triggerlər iki «VƏ-YOX» və ya «YAXUD-YOX» məntiq elementlərində 
yaradılır (şəkil 4.4). RS-triggerin iş cədvəli aşağıda verilmişdir. R=S=1 halında 
triggerin çiyinləri arasında yarışma baş verir ki, bu da çıxışların vəziyyətlərinin 
təsadüfi dəyişməsinə səbəb olur. Bu qeyri-müəyyənlik nəticəsində R=S=1 
siqnalları qadağan edilir. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   32   33   34   35   36   37   38   39   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling