Azərbaycan Respublikası Təhsil Nazirliyi
İkiölçülü ünvana malik YQ
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
6.2. İkiölçülü ünvana malik YQ
Məlumatın yazılması/oxunması bitlər üzrə həyata keçirildikdə, ikiölçülü ünvanlanmaya malik yaddaş strukturundan istifadə edilir. Bu struktur YE matrisindən, statik ünvan registrindən, sətir və sütun deşifratorundan, yazma və oxuma gücləndiricisindən, giriş və çıxış bufer triggerlərindən ibarətdir. Burada matrisin YE bir yox, iki işləməyə icazə çıxışına (CS1 və CS2) malik olur. Bu halda p 1 və p 2 informasiya ucları əks istiqamətdə işləmə (ilkin vəziyyətə qayıtma) qabiliyyətinə malikdir, yəni informasiyanı həm yazmaq, həm də oxumaq imkanını verir. YE- ləri matrisinin idarə dövrəsi üç iş rejimindən birini həyata keçirməyə imkan verir: - yadda saxlama, bu halda YE inteqral mikrosxemin giriş və çıxışdan ayrılıb; - oxuma, bu halda uyğun ünvan üçün seçilmiş informasiya YE-dən inteqral mikrosxemin çıxışına verilir; - yazma, bu halda informasiya inteqral mikrosxemin girişindən göstərilən ünvana (matrisdə) yazılır. 103 Matrisin hər bir YE müəyyən ünvan malikdir və onun axtarışı uyğun sətir və sütunun nömrəsini göstərməklə yerinə yetirilir. Nömrələr deşifratorların çıxışlarında formalaşdırılır. YE-nin ünvanı ikilik ədəd şəklində ünvan şini vasitəsilə ünvan registrində qəbul edilir. Ünvan registrin mərtəbələrinin sayı bir mənalı olaraq inteqral mikrosxemin yaddaşının həcmi ilə əlaqədardır. Sətir və sütunların sayı, adətən tam 2 üstlü ədədə bərabər götürülür. Yaddaşın ümumi həcmi sətir və sütunların hasilinə bərabər olur. Ünvan registrinin mərtəbələri iki qrupa bölünür: bunlardan biri sətrin ikilik ünvanını (RA), digəri isə sütunun ikilik ünvanını (CA) təyin edir. Hər qrup uyğun deşifratora verilir. Deşifratorların çıxış siqnalları axtarılan YE-ni seçir. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling