Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet51/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   47   48   49   50   51   52   53   54   ...   157
Bog'liq
2014-2730 (2)

 
6.6. Daimi yaddaş qurğuları 
Daimi yaddaş qurğuları (DYQ) onda saxlanılan informasiyanı qurğunun 
bütün işləmə dövründə yadda saxlayır. Bu informasiya qida gərginliyi yox 
olduqda da itmir. Odur ki, DYQ-da ancaq informasiyanın oxunması rejimi 
mümkündür. Oxunma zaman informasiya silinmir, itmir. İnformasiya DYQ-da 
ünvan və məlumat şinləri arasında birləşmənin olması və ya olmaması şəklində 
təqdim edilir. Ünvan və məlumat şinləri arasında birləşmənin təşkili növündən 
və üsulundan asılı olaraq DYQ üç yarımsinifə ayrılırlar: maskalı, 
proqramlaşdırılan (yandırılan) və yenidən proqramlaşdırıla bilən. 
DYQ-da informasiya çoxmərtəbəli söz şəklində saxlandığından, onların 
strukturu birölçülü ünvanlanma prinsipində yaradılır. DYQ-da saxlanılan 
informasiya sözünün mərtəbəsi lazım olan sözün dərəcəsindən böyük olarsa, bu 
halda matrisin çıxışında çıxış sözünün əlavə selektorundan istifadə edilir. 
6.7. Maskalı DYQ 
İnformasiya maskalı DYQ-da, bilavasitə onun hazırlanması (istehsalı) 
zamanı maska prinsipi ilə yazılır. Sxem elementləri və birləşmələr foto-şablonlar 
(maskalar) vasitəsilə yarımkeçirici kristal üzərində ardıcıl olaraq yaradılır. Bu 
tip DYQ sadə və müntəzəm struktura malik olur. Onlar böyük həcmdə 
informasiya saxlamaq imkanına malikdirlər. Şəkil 6.5-də YE matrisinin bir 
fraqmenti göstərilmişdir.
Şəkil 6.5. Maskalı DYQ –da EYE-lər matrisinin bir fraqmenti 
 
 
Bu sxemdə birləşdirici tranzistor tam yerinə yetirilibsə, ünvan şinində 
(ÜŞ) gərginliyin aktiv səviyyəsi yaranan zaman bu tranzistor işə düşür və çıxış 


107
şinində məntiq «0» siqnalını formalaşdırır. Hazırlanma prosesində əgər uyğun 
tranzistorun bir hissəsi yoxdursa (yaradılmayıbsa), ünvan şinində çıxış şininin 
qapanması üzündən gərginlik yaranması müşahidə olunmur və bu şində məntiq 
«1» gərginliyi qalır. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   47   48   49   50   51   52   53   54   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling