Azərbaycan Respublikası Təhsil Nazirliyi
İkitaktlı inteqrallama ilə olan ARÇ-lər
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- 7.2.6. Ardıcıl saylı ARÇ.
7.2.5. İkitaktlı inteqrallama ilə olan ARÇ-lər. Bu tip digərlərindən
dəqiqliyi və elementlərinin temperatur stabilliyi ilə fərqlənir. Qurulma prinsipi ona əsaslanıb ki, ilk əvvəl fiksə olunmuş T zaman müddəti ərzində U gir giriş siqnalı analoq inteqratorla inteqrallanır. İnteqratorun çıxışında gərginliyin qiyməti aşağıdakı qiymət qədər dəyişəcək ∆U i.gir = TU gir /RC. (7.10) Bundan sonra inteqratorun girişinə U gir –dən başqa işarəli, eyni zamanda modulca böyük olan dayaq gərginliyi qoşulur və inteqrallama o vaxta qədər aparılır ki, inteqratorun çıxışı ilkin vəziyyətə qayıtsın, yəni sıfır olsun ∆U i.gir - tU day /RC = 0 (7.11) Nəticədə t = TU gir /U day , (7.12) burada T-ni N dərəcəli sayğacla sayılan f takt tezlikli impulsların sayılması ilə vermək olar: T = 2 x /f t (7.13) Təyin edilən t zaman müddətini, çıxışındakı kod aşağıdakı kimi verilən, eyni sayğacda həmin takt tezlikli impulsları saymaqla ölçmək olar: M = f t t (7.14) Bunu nəzərə alaraq, alarıq M = 2 x U gir /U day . (7.15) Bu onu göstərir ki, sayğacdakı M kodu yalnız U gir və U day –dan asılıdır. RC və takt tezliyinin verilmə tezliyi rol oynamır. Ona görə də takt impulsları generatoru və inteqrator sadə sxemlər üzrə qurula bilər. 7.2.6. Ardıcıl saylı ARÇ. Ardıcıl say üsuluna əsaslanan ARÇ-nin strukturu şəkil 7.8,a - da göstərilmişdir. Qurğu takt impulsları generatorundan, 123 “VƏ” məntiq elementindən, sayğacdan, rəqəm-analoq çeviricisindən, komporatordan ibarətdir. Qurğunun iş prinsipi aşağıdakı kimidir. “1” məntiq siqnalı ilə sayğac ilkin vəziyyətə gətirilir. Onun çıxış siqnalı sıfırdır. Odur ki, U gir 0 olarsa, komparatorun çıxışında “1” siqnalı olur və takt impulsu “VƏ” elementi DD1 vasitəsilə sayğacın C girişinə daxil olur. Lakin R = 0 olduğundan, sayğacın çıxış kodu X=0 olur. Çevrilmə prosesi R – girişindən aktiv məntiq siqnal götürüldükdən sonra başlayır. Bu halda hər takt impulsunun təsiri ilə sayğac “inkrement” (“VƏ”) əməliyyatını yerinə yetirir. Onun çıxış kodu artmağa başlayır. Bu proses rəqəm- anloq çeviricisinin çıxış gərginliyi U gir qiymətini keçənə qədər davam edir. Bu gərginliklər bərabərləşən halda komporator uşə düşür və çıxışında “0” siqnalı formalaşdırır. Nəticədə “VƏ” elementinin çıxışında da “0” siqnalı formalaşır və sayğacın çıxış kodunun artması kəsilir. Bu zaman sayğacın çıxış kodunun qiyməti U gir gərginliyinə düz mütənasib və sxemdə istifadə olunan rəqəm-analoq çeviricisinin həlletmə qabiliyyətinə (cəldliyinə) tərs mütənasibdir, yəni U çıx = U gir / olur. Rəqəm-analoq çeviricisinin çıxış gərginliyi pilləli formada olduğundan N çıx gərginliyini U gir gərginliyindən çox olan birinci səviyyənin U N nömrəsinə uyğun gələn yaxın tam ədədə qədər yuvarlaqlaşdırmaq lazımdır. Çevirmə dövrünü təkrarlamaq üçün yeni işəsalma impulsu ilə sayğacı sıfır vəziyyətinə gətirmək lazımdır. Baxdığımız ARÇ-də çevirmə müddəti çıxış koduna və takt impulslarının təkrarlanma perioduna düz mütənasibdir: T çev. = T i N çıx = T i U gir / . Baxılan iş rejimi tsiklik (dövrü) rejim adlanır, çünki hər dəfə işəsalma impulsu sayğacı sıfır vəziyyətinə çevirir və say hər dəfə sıfırdan başlayır. Əgər ARÇ-də reversiv sayğacdan istifadə etsək, dövrü olmayan iş rejimini təmin edə bilərik. Bu halda sayğacın çıxışında daimi giriş gərginliyinin cari qiymətinə mütənasib olan kod alınır. Bu rejimə uyğun ARÇ-nin struktur sxemi şəkil 7.8,b –də göstərilmişdir. Burada sxemə əlavə olaraq invertor və “VƏ” məntiq elementi daxil edilir. İlk anda sayğac sıfırlanmışdır. RAÇ-nin çıxış gərginliyi U ORN = 0 və sayğacın “+1” girişinə takt impulsları ardıcıllığı daxil olur. Sayğacın R girişindən aktiv məntiq səviyyəyə uyğun siqnal götürüldükdə onun çıxış kodu artmağa başlayır. Bu zaman RAÇ-iın çıxış gərginliyi də artır. Bu proses U ORN U gir alınan (t 1 anı) qədər davam edir. DA komporatorunun işə düşməsi ilə DD1 elementinin (“VƏ” 124 elementi) çıxışında sayğacın “+1” girişi üçün passiv olan siqnal formalaşır. Eyni zamanda invertor DD4 çıxışında “1” siqnalı formalaşdırır. Nəticədə sayğacın “- 1” girişinə takt impulsları daxil ola bilir. Bu halda sayğac dekrement əməliyyatını yerinə yetirir və onun çıxış kodu azalmağa başlayır. Bu zaman RAÇ-nin çıxış gərginliyi də azalır. U gir U ORN bərabərsizliyi pozulan anda DA komporatorunun növbəti çevrilməsi baş verir və sayğac çıxış kodunu artırmağa başlayır. a) b) Şəkil 7.8. a) tsiklik və b) qeyri-tsiklik ardıcıl saylı ARÇ-nin struktur sxemləri. Göründüyü kimi, işəsalma impulsunun təsir etdiyi andan, U gir U ORN bərabərsizliyinin pozulan anına qədər hər iki çevirici eyni cür işləyir. Bərabərsizlik pozulan andan sonra dövrü olmayan ARÇ daimi olaraq giriş gərginliyinin dəyişməsini izləyir. Bu isə çevirmə müddətini kifayət qədər qısaldır. Bu sxemlərin mənfi cəhəti U gir U ORN bərabərsizliyi pozulan ana qədər, yəni sayğacın çıxış kodunun giriş gərginliyinə ekvivalent olan qiymətinə çatana qədərki zaman intervalının olmasıdır. Bundan başqa, gərginliyi artırmaq üçün sayğacın və RAÇ-nin dərəcələrini azaltmaq lazım gəlir. Belə strukturlara malik ARÇ – onların İS texnologiyası ilə yaradılmasında istifadə olunmurlar. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling