Azərbaycan Respublikası Təhsil Nazirliyi
Mikroprosessorların təsnifatı
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- Təyinatına görə
- Hazırlanma texnologiyasına görə
8.2. Mikroprosessorların təsnifatı
Mikroprosessor mikroelektronika texnologiyası ilə hazırlanmış proqramla idarə olunan qurğudur və rəqəm məlumatların emalı üçün nəzərdə tutulmuşdur. MP həm inteqral sxemlərə, həm də hesablama texnikasına xas olan parametrlərlə xarakterizə olunur. MP inteqral mikrosxem kimi inteqral texnologiyaya xas olan cəldlik, güc sərfi, qida gərginliyinin səviyyələri, inteqrasiya dərəcəsi, etibarlılığı, dəyəri, temperatur diapazonu və s. kimi parametrlərlə xarakterizə olunur. MP hesablama qurğusu kimi təyinatı, dərəcəsi, arxitekturasının tipi, idarə üsulu, emal olunan informasiyanın növü, stek yaddaşının növü, daxili registrlərin sayı, birbaşa ünvanlanan yaddaşın həcmi, kəsilmə səviyyələrinin sayı və s. kimi parametrlərlə xarakterizə olunur. Təyinatına görə MP universal və xüsusiləşdirilmiş növlərə ayrılırlar. Xüsusiləşdirilmiş MP universal MP –dən fərqli olaraq, tətbiq sahəsi ilə əlaqədar bir sıra mühüm parametrlərinə görə optimallaşdırılır. Məsələn, K145 seriyasından olan MP məişət texnikasında tətbiq edilir. Onların əsasında sadə, ucuz, az güc sərf edən, yüksək maneədavamlılığına və etibarlılığa malik mikrokontrollerlər yaradılır. Bu parametrlər kütləvi istifadə hallarında daha əhəmiyyətli olurlar. Universal MP müəyyən bir sahə üçün nəzərdə tutulmur. Onların əsasında mürəkkəb hesablama qurğularından tutmuş müxtəlif texnoloji proseslərin avtomatlaşdırılmış sadə lokal sistemlərə qədər qurğular yaradılır. Hazırlanma texnologiyasına görə MP mikro və makro proqramlaşdırılan MP-lərə bölünürlər. İstənilən tip MP-də əmrlərin yerinə yetirilməsi mikro əməliyyatlar şəklində həyata keçirilir. Mikroəmrlər idarə qurğusundan MP-nin 143 qovşaqlarına daxil olan siqnalların təsiri altında yerinə yetirilir. İdarə siqnallarının formalaşdırılması üsulundan asılı olaraq iki idarə üsulu mövcuddur. Sxem və ya “sərt” adlanan birinci üsulda idarə siqnalları idarə qurğusunda formalaşdırılır. Burada dəyişmələr mümkün deyil. Odur ki, bu üsul konkret bip əmrlər sistemini yerinə yetirirlər. “Sərt” idarəyə malik MP-lər makroproqramlaşdırılan MP-lərə aid edilir. İkinci üsul mikroproqram idarə sistemidir. Mikroproqramlaşan MP-lərdə DYQ-da hər bir əmrə uyğun mikroproqram nəzərdə tutulur. Hər bir mikroproqram müəyyən mikroəməliyyatları yerinə yetirilməsini təmin edən mikroəmrlərin yığımından ibarət olur. Odur ki, müəyyən əmri yerinə yetirmək üçün əmrlərin DYQ-dan müəyyən mikroproqramı çağırmaq lazım gəlir. Yeni əmrlərin yazılması lazım olan hallarda əmrlər DYQ-na uyğun mikroproqramı yazmaq lazım gəlir. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling