Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- 7.5. 2. Amplituda selektorları.
7.5. İmpuls selektorları
7.5.1. Təyinatı və növləri. Hər hansı bir müxtəlif siqnallar toplusundan verilmiş parametrlərə malik olan impulsları seçə bilən qurğular impuls selektorları (ingiliscə “select” – seçmək) adlanır. Selektorların fəaliyyət şərtləri və onlara tətbiq olunan texniki tələblər olduqca müxtəlifdir. Bəzən daha az təhrifləri təmin etməklə qurğunun çıxışına verilmiş parametrlərə malik olan impulsun verilməsi lazım olur. Ancaq çox hallarda qurğunun verilmiş parametrlərə malik impulslara reaksiyasını almaq 136 tələb olunur, belə ki, reaksiyanın xarakteri ixtiyari ola bilər. Sonuncu halda seleksiya qurğusu kvaziselektor adlanır. İmpuls siqnallarının əsas parametrlərinə (amplituda, uzunluq, dövr və ya təkrarlanma tezliyi) uyğun olaraq amplituda, uzunluğa, dövrə və ya təkrarlanma tezliyinə görə selektorlar mövcuddur. Seleksiya əlaməti kimi impulsun zamana görə vəziyyəti xidmət edə bilər. Verilmiş zaman vəziyyətinə görə impulsun seçilməsini (seleksiyasını) yerinə yetirən selektorlar zaman selektorları adlanırlar. Bu selektorlardan hər biri müxtəlif funksional məsələlər yerinə yetirə bilər: seleksiya olunan parametri verilən qiymətdən kiçik və ya böyük olan impulsları seçmək; seleksiya olunan parametrin qiyməti verilən diapazonda yerləşən, yaxud müəyyən dəqiqlik dərəcəsi hər hansı müəyyən fiksə olunmuş qiymətə uyğun olan impulsun seçilməsi. İmpuls selektorlarının sadalanan xüsusiyyətləri onları müxtəlif növ ARÇ və RAÇ-larda da tətbiq etməyə imkan verir. 7.5. 2. Amplituda selektorları. Amplituda selektorlarında seleksiya olunan parametr qurğunun girişinə daxil olan impulsların amplitudasıdır. Amplituda selektorlarının bir sıra tipik növü var: Amplitudu verilmiş səviyyəni keçən impulslar selektoru. Belə selektor “aşağıdan” məhdudlayıcı prinsipi ilə işləyir. Sadə amplitud selektoru kimi diod məhdudlayıcısı əsasında qurulan qurğunu götürmək olar. Belə amplitud selektorunun sxemi şəkil 7.19-da verilmişdir. Şək.7.19. Amplitudu verilmiş səviyyəni keçən impulslar selektoru Bu sxemdə E 0 qida mənbəyi məhdudlama həddini verir. Qurğunun girişinə amplitudası E 0 – dan kiçik olan impulslar daxil olduqda diod VD bağlı qalır və qurğunun çıxışındakı gərginlik E 0 – a bərabər olur. Giriş siqnalının amplitudası U gir.m , E 0 – dan böyük olduqda diod açılır və siqnalı selektorun çıxışına ötürür. Çıxışda U çıx..m = U gir.m - E 0 amplitudalı impulslar yaranır. Qeyd olunan hal ideal diod olan hala uyğundur. Real halda U çıx..m = U gir.m - E 0 – U VDdüz olur və burada U VDdüz - diodda düşən gərginlikdir. İxtiyari giriş impulsları üçün çıxış siqnalının zamandan asılılığı şəkil 7.20-də göstərilmişdir. 137 Şək. 7.20. Maksimal amplitud selektorunun giriş və çıxış siqnallarının zaman diaqramları. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling