Azərbaycan Respublikası Təhsil Nazirliyi


Paralel çevirməyə malik ARÇ


Download 5.01 Kb.
Pdf ko'rish
bet60/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   56   57   58   59   60   61   62   63   ...   157
Bog'liq
2014-2730 (2)

7.2.7. Paralel çevirməyə malik ARÇ. Paralel çevirməyə malik ARÇ-nin 
strukturu bilavasitə sayma üsuluna əsaslanmışdır və bu gün üçün ən yüksək 
cəldliyə malikdir. Belə ARÇ-nin struktur sxemi şəkil 7.9.-da göstərilmişdir.
Qurğu 2
n
-1 sayda komporatora malikdir. Onların birləşmiş invers 
girişlərinə giriş siqnalı verilir. Komporatorların qeyri-invers girişlərinə qiymətcə 
U
n

kvantlama səviyyələrinə bərabər olan gərginliklər verilir. Nəticədə, 
komparatorun çıxışlarında N-mərtəbəli paralel vahid kod alınır. Koddakı 
vahidlərin sayı qiyməti U
gir
qiymətindən az olan kvantlama səviyyələrinin 
sayına bərabər olur. Alınmış kod çeviricinin girişinə ötürülür və orada 
mərtəbələrinin sayı b=loq
2
N olan ikilik koda çevrilir. Bu kod “VƏ” məntiq 
elementləri vasitəsilə statik registrə ötürülür və onun çıxışından oxunur. Kod 


125
çeviricisinin kodunun statik registrdə yenidən yazılması üçün “yazma” 
siqnalından istifadə olunur. Bu siqnal sxemə o vaxt verilir ki, komparatorun işə 
düşməsi və ikilik kodun alınması ilə əlaqədar keçid prosesi başa çatmış olsun. 
Kvantlama səviyyələrinə bərabər olan gərginliklər N sayda eyni 
rezistorlardan təşkil edilmiş gərginlik bölücüsündən alınır. Bölücü U
REF
etalon 
gərginlik mənbəyinə qoşulur. 
Bu ARÇ-də çıxış kodunun bütün mərtəbələri eyni zamanda 
formalaşdığından, burada maksimum cəldlik almaq mümkün olur. Onun 
çevirmə müddəti ancaq kod çeviricisinin strukturu və istifadə olunan element 
bazasının cəldliyi ilə müəyyən olunur. 
Şək. 7.9. Paralel çevrilməli ARÇ-nin struktur sxemi 
ARÇ-nin dəqiqliyini artırmaq üçün aparat sərfini artırmaq lazım gəlir, 
məsələn, 8 mərtəbəli ARÇ üçün 255 komparatordan istifadə olunur. 
Çeviricinin cəldliyi ilə onun sxeminin mürəkkəbliyi arasındakı ziddiyyəti 
aradan qaldırmaq üçün kompromis həll ARÇ-nin paralel-ardıcıl sxemindən 
istifadə edilir. Onların iş prinsipi ARÇ-də bir neçə müstəqil strukturun 
ayrılmasına əsaslanmışdır. Məsələn, iki struktur halında, birinci çıxış kodunun 
yüksək dərəcələrini formalaşdırmaqla nisbətən kobud çevirmə aparılır, ikincisi 
isə çıxış kodunun kiçik dərəcələri formalaşdırılır. Onun girişinə giriş gərginliyi 
ilə RAÇ-nin yüksək mərtəbələrinin çıxış kodunu analoq qiymətlərinə çevirən 
gərginliyin fərqi verilir. Çevirmə gərginliyini artırmaq üçün, bu fərq 2
l
dəfə (l-
birinci strukturun çıxışındakı kodun dərəcəsidir) gücləndirilir. Bu həll sxemin 
qəbul oluna bilən mürəkkəbliyi halında ARÇ-nin çıxış dərəcələrinin sayını 10 
...12 - yə qədər artırmağa imkan verir. Belə ARÇ-də çevirmə prosesinin real 
müddəti 10 ...20 nsan olur.


126

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   56   57   58   59   60   61   62   63   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling