Azərbaycan Respublikası Təhsil Nazirliyi


Dərəcəyə görə bərabərləşdirən (tarazlaşdıran) ARÇ


Download 5.01 Kb.
Pdf ko'rish
bet58/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   54   55   56   57   58   59   60   61   ...   157
Bog'liq
2014-2730 (2)

7.2.3. Dərəcəyə görə bərabərləşdirən (tarazlaşdıran) ARÇ. Adətən bu 
tip ARÇ-lər gərginlik – rəqəm kodu çeviricisi əsasında qurulur. Dərəcəyə görə 
bərabərləşdirmə (tarazlaşdırma) ARÇ-sinin struktur sxemini şək.7.6-da verilmiş 
kimi təsvir etmək olar. Onun tərkibinə takt impulsları generatoru (TİG), 
müqayisə qurğusu (MQ), idarəetmə qurğusu (İQ) və kod-nümunə gərginlik 
çeviricisi rolunu oynayan rəqəm – analoq çeviricisi (RAÇ) daxildir. Ölçülən 
gərginlik u

müəyyən qanun üzrə, məsələn, ikilik say sisteminin dərəcələrinə 
uyğun şəkildə tərtib olunmuş u
n1
u
n2
... u
nn
nümunə gərginlikləri ilə müqayisə 
olunur. Bu gərginliklər müqayisə qurğusuna (MQ), kod-nümunə gərginlik 
çeviricisindən idarəetmə qurğusunun əmrlərinə uyğun olaraq daxil olur. Kod-


121
nümunə gərginlik çeviricisi rolunu oynayan rəqəm – analoq çeviricisinin (RAÇ) 
vəzifəsi girişinə daxil olmuş rəqəm koduna uyğun analoq gərginliyi hasil 
etməkdən ibarətdir.
Şək.7.6. Dərəcəyə görə bərabərləşdirən ARÇ-nin struktur sxemi 
 
 
7.2.4. Eninə impuls modulyatorlu ARÇ-lər. Tərkibində EİM (eninə 
impuls modulyatoru) istifadə olunan nisbətən sadə quruluşlu ARÇ - lər olub 
kifayət qədər dəqiqliyə malik ola bilərlər. EİM –çevirici istifadə olunan ARÇ-
lər sadə ölçmə sistemlərində giriş dövrəsi ilə mikroprosessor bloku arasında 
əlaqə yaratmaq üçün istifadə olunur. Belə ARÇ-nin ümumi struktur sxemi şəkil 
7.7-da verilmişdir.
EİM-in işə salınması və məntiq elementinin (ME) çıxışındakı impulsların 
sayılmasını birbaşa mikroprosessor (MP) yerinə yetirir. EİM-in çıxışındakı 
impulsun uzunluğu U
gir
-ə mütənasib olduğundan ME-nin çıxışından MP-nin 
girişinə düşən impulsların sayı da U
gir
-ə mütənasibdir. Zəruri hallarda sxemdə 
ME və MP arasında impuls sayğacı quraşdırıla bilər və daxili generator nəzərdə 
tutula bilər. 
Şək.7.7. EİM – çevirici istifadə olunan ARÇ.
Bu sxem sinxroimpulsların tezliyinin dreyfinə həssasdır və onu sistemin 
özündə kvars generatoru olduqda istifadə etmək sərfəli olur. Maksimal çevirmə 
müddəti məlum olduğundan EİM-li ARÇ-lər çoxkanallı sistemlərdə çox effektli 


122
istifadə oluna bilər. EİM- çeviricinin işə hazırlanması üçün çevirmə ilə eyni 
həddə olan müəyyən vaxt tələb olunur. Ona görə də hər kanalda öz EİM-in 
istifadə etmək lazım olur, bu isə analoq kommutatorunun sxemdən çıxarılmasına 
imkan verir. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   54   55   56   57   58   59   60   61   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling