Azərbaycan Respublikası Təhsil Nazirliyi


MİKROPROSESSORLAR, TƏYİNATI, TƏSNİFATI VƏ TEXNİKİ


Download 5.01 Kb.
Pdf ko'rish
bet66/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   62   63   64   65   66   67   68   69   ...   157
Bog'liq
2014-2730 (2)

8. MİKROPROSESSORLAR, TƏYİNATI, TƏSNİFATI VƏ TEXNİKİ 
SİSTEMLƏRİN QURĞULARI İLƏ ONLARIN QARŞILIQLI ƏLAQƏSİ
 
8.1. Mikroprosessorlar haqqında ümumi məlumat 
Mikroprosessor (MP) bir və ya bir neçə böyük inteqral sxemlərdə 
yaradılan rəqəm qurğusu olub, verilənlərin (siqnalların), yaddaşda saxlanılan 
proqrama uyğun olaraq, emalı üzrə müxtəlif əməliyyatların yerinə yetirilməsi 
imkanına malik olan qurğudur. MP daimi (DYQ) və operativ (OYQ) yaddaş 
qurğusu ilə və onun işini və xarici qurğularla əlaqəsini təmin edən başqa inteqral 
sxemləri ilə birlikdə MP yığımını və ya komplektini (dəstini) təşkil edir. Bu 
yığım əsasında mikroelektron hesablama maşını (EHM) tipli MP hesablama 
qurğusu yaratmaq olar. 
Müasir texniki sistemlərdə mikroprosessor əsaslı rəqəm qurğuları geniş 
tətbiq tapmışdır. Bu ilk növbədə çoxsaylı funksiyalara malik olan ucuz və 
miniatür ölçülü mikroprosessorların yaradılması ilə əlaqədardır. 
Mikroprosessor (MP) proqramla idarə olunan ifrat böyük inteqral sxem 
(İBİS) olub, rəqəm məlumatlarının emalı üçün nəzərdə tutulmuşdur. Müasir 
MP-nin 4x4x0,2 mm ölçüsündə olan yarımkeçirici kristalı on minlərlə və daha 
çox (milyonlarla) tranzistorlardan ibarət olub, EHM-ın prosessoruna xas olan 
bütün funksiyaları yerinə yetirmək imkanına malikdir. MP-nin tətbiqinin böyük 
səmərəliliyi avtomatikanın lokal qurğu və sistemlərində, ölçü, idarə və nəzarət 
sistemlərində və s. sahələrdə əldə edilir. Bu sahələrdə verilənlərin rəqəm emalı 
vasitələrinin tətbiqi MP yaradılana qədər iqtisadi cəhətdən səmərəsiz idi. 
Hazırda MP-n qiymətinin aşağı olması, ölçülərinin və tələb olunan gücün aşağı 
olması, yüksək etibarlılığı, yüksək çevikliyi onların verilənlərin emalının digər 
vasitələrinə nəzərən üstünlüyünü təmin edir. Texnoloji proseslərə nəzarətin və 
təsərrüfatın müxtəlif sahələrində idarəetmənin həyata keçirilməsi üçün nəzərdə 
tutulan mikrokontrollerlərin yaradılmasında MP qurğuları əvəzolunmazdır.
Son inkişaf illərində mikroprosessorların əsas parametrləri kəskin 
dəyişmişdir. Müasir MP-in layihələndirilməsi prosesində əsas diqqət onların 
cəldliyinin, HMQ-nun dərəcəsinin artırılmasına və mikroprosessorların 
arxitekturasının mükəmməlləşdirilməsinə yönəldilmişdir. Müasir 32-dərəcəli 
MP saniyədə 5 milyona qədər əməliyyat yerinə yetirir. Saniyədə 20 milyona 
qədər əməliyyat yerinə yetirən yüksək məhsuldarlıqlı MP-lərin istehsalı üçün 
hazırlıq işləri görülür. MP-lərin tətbiqi sahələri hüdudsuzdur. Onların kütləvi 
tətbiqi sahələrindən biri xalq istehlakı mallarıdır. MP-lərin yüksək etibarlılıq və 
qiymətlərin daim ucuzlaşması kimi faktorlar məişət cihazlarının idarə 
olunmasının avtomatlaşdırılması sistemləri üçün element bazası kimi MP-lərin 


140
seçilməsində həlledici amillər olur. Məişət cihazlarına böyük xərc tələb etmədən 
yeni funksiyaların həvalə edilməsi də MP vasitəsi ilə daha asan olur. 
MP-lərin tətbiqinin daha səmərəliliyi onların istənilən vaxt qoşula bilməsi 
variantında istifadə olunmasındadır. MP-nin bu variantda istifadə olunması 
ondan idarə məsələlərində lazım olan məntiqi cəldlik tələb olunur. MP-lərin 
mükəmməlləşdirilməsi məhz bu istiqamətdə aparılır. Bu növ MP-lərin geniş 
yayılmış ilk seriyası keçmiş SSR ittifaqında hazırlanmış K580 tipli 
mikroprosessorlar və onların xarici analoqlarıdır. Belə MP-lər üzərində 
avtomatik idarəetmə məsələlərinin, demək olar 90% -dən çoxu həll oluna bilər. 
Qoşula bilən MP-lər müasir dəzgahlarda, avadanlıqlarda və cihazlarda texnoloji 
proseslərin proqramla idarə olunmasının mürəkkəb problemlərini həll etməyə 
kömək edir, onların texniki-iqtisadi xarakteristikalarını yaxşılaşdırır, onların 
“intellektliyini” daha da artırır. Hazırda qoşula bilən MP-lərlə işləyə bilən 
müxtəlif növ məişət avadanlıqları (paltar yuyan maşınlar-avtomatlar, İYT 
sobaları, televizorlar, videomaqnitofonlar və s.) və sənayenin müxtəlif 
sahələrində istifadə olunan avtomatlaşdırılmış cihazlar, maşınlar və avadanlıqlar 
parkı durmadan genişlənir. Nəqliyyat obyektlərinin avadanlıqlarında, o 
cümlədən aviasiya texnikasında, istər yerdə, istərsə də uçuş aparatlarında 
quraşdırılan avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi geniş yer tapır.
Müasir videodiskdə 10
10
bayt məlumatı yazmaq və yadda saxlamaq olar. 
Videodisklərdən ibarət kitabxananı saxlamaq və kompüterin köməyi ilə bu 
kitabxanadan istənilən məlumatı saniyədən də az vaxtda əldə etmək olar. Bu cür 
məsələlərin həlli üçün yüksək cəldliyə və kifayət qədər böyük ünvan yaddaşına 
malik MP tələb edilir. Məsələn, VAX 9000 markalı MP-də bir tsiklin müddəti 
16 nsan, operativ yaddaşın minimal həcmi 256 Mbayt, genişlənmə imkanı 2 
Qbayta qədər təşkil edir. 
MP-nin indiki inkişaf sürəti qarşıya yeni məsələlər qoyur. İnformasiya 
vasitələrindən geniş istifadə edilməsi şəraitində yeni nəsil insanların, müasir 
mütəxəssislərin hazırlanması tələb olunur. 
Son illər müxtəlif təyinatlı və müxtəlif mürəkkəbliyə malik olan plastik 
ödəniş kartlarından, soyuducu, televizor, avtomobildən tutmuş təyyarələrin, 
raketlərin, gəmilərin idarə olunma sistemlərinin kütləvi istehsalı və tətbiqi 
müşahidə olunur. Bu ilk növbədə mikroprosessor texnikasının inkişafı, yeni tip 
prosessorların istehsalının texnoloji bazasının yaradılması hesabına mümkün 
olmuşdur. İntel firmasının yaratdığı ilk dörd dərəcəli sadə kalkulyator kristalı 
yeni nəsil cihazların yaradılmasının əsasını qoymuşdur. Aparıcı elektronika 
firmalarının kəskin apardığı rəqabət yeni tip mikroprosessorların işlənib 
hazırlanmasına, onların funksional imkanlarının genişləndirilməsinə, 
məhsuldarlığın sürətlə artırılmasına və s. azaldılmasına gətirib çıxarmışdır. 


141
Uzun illik inkişaf prosesindən sonra mikroprosessorların funksional-
struktur xüsusiyyətlərinə və tətbiq sahələrinə görə inteqrasiyası baş vermişdir. 
Hal-hazırda mikroprosessorların aşağıdakı sinifləri mövcuddur: 
- CISC 
arxitekturalı universal mikroprosessorlar
- RISC 
arxitekturalı universal mikroprosessorlar; 

Xüsusi mikroprosessorlar (siqnal və s.); 
- Mikrokontrollerlər. 
CISC arxitekturalı (Complicated Instruction Set Computer – mürəkkəb 
əmrlər yığımına malik olan kompüter) universal mikroprosessorlar bir qayda 
olaraq fərdi kompüterlərdə və serverlərdə tətbiq olunurlar. Bu sahədə liderlik 
istehsal olunan kompüterlərin 80%-ni təmin edən İntel firmasına məxsusdur.
RISC arxitekturalı (Reduced Instruction Set Computer – bəsit (azaldılmış)
əmrlər yığımına malik olan kompüter) universal mikroprosessorlar əsasən, işçi 
stansiyalarda və güclü serverlərdə tətbiq olunurlar. Bu sahədə aparıcı yeri Sun 
Microsystems firmasının istehsalı olan SPARC və MIPS Computer Systems 
firmasının istehsalı olan Rx000 mikroprosessorları aparıcı yer tutur . Son illər 
isə müxtəlif növ aparutarada IBM, Motorola, Apple Computers firmalarının 
müştərək istehsalı olan PowerPC, həmçinin, Intel, Hewlett-Packard, Digital 
Equipment firmalarının müştərək istehsalı olan RISC arxitekturalı
mikroprosessorları geniş tətbiq olunur.
Xüsusiləşdirilmiş mikroprosessorlar sinfində əsas yeri hal-hazırda Texas 
Instruments, Analog Devices, Motorola və NEC firmalarının istehsal etdiyi DSP 
(Digital Signal Processor – siqnalların rəqəmli emalı prosessoru) 
mikroprosessorları tutur. DSP-dən əlavə olaraq kommunikasiya sistemlərində 
informasiyanın ötürülməsi üçün qrafiki informasiyanın emalını təmin edən 
kontrollerlər də buraxılır. 
Mikroprosessor texnikasının ən kütləvi istehsal olunan təmsilçisi 
mikrokontrollerlərdir. Bir kristal üzərində yüksək məhsuldarlıqlı prosessor, 
yaddaş və periferiya (mərkəzi olmayan = xarici) qurğularının yığımı inteqrasiya 
olunmuş mikrokontrollerlər minimal sərflərlə geniş çeşidli müxtəlif obyektlərin 
və proseslərin idarə olunması sistemləri yaratmağa imkan verir. 
Mikrokontrollerlərin idarəetmə və informasiyanın emalı sistemlərində 
istifadə olunması olduqca az qiymətlə yüksək effektivlik göstəriciləri təmin edir 
ki, nəticədə keyfiyyətli və ucuz sistemlərin yaradılmasında mikrokontrollerlərə 
alternativ olan element yoxdur. Bir çox hallarda idarə etmə sisteminin qurulması 
üçün tək bir mikrokontrollerin istifadə olunması kifayət edir. Böyük giriş 
verilənləri selinin paralel emalı tələb olunan halda PMİS (proqramlaşdırılan 
məntiqi inteqral sxem) tətbiq oluna bilər. 


142
Mikrokontrollerlərin 
əsas təsnifat 
əlamətləri mikroprosessorun 
dərəcəsidir. 4-, 8-, 16-, 32- dərəcəli mikrokontrollerlər mövcuddur. İstifadə 
olunan mikrokontrollerin dərəcəsi obyektin idarə olunması üçün tələb olunan 
dəqiqliklə müəyyən olunur. Ən kütləvi buraxılan və daha çox tətbiq sahəsinə 
malik olan 8 – dərəcəli mikrokontrollerlərdir. Çünki 8-dərəcəli 
mikrokontrollerlər 16- və 32- dərəcəlilərdən ucuzdurlar.
Rusiya məkanında istehsal olunan K1816 və K1830 seriyalı mikro-
kontrollerlər MCS51 tipli, K1868BM1,2 isə TMS320C10,25 tipli mikro-
kontrollerlərinin analoqları olub idarəetmə sistemlərində geniş tətbiq olunurlar.
MP-lərin şübhə olunmaz üstünlüklərinə baxmayaraq onların texniki 
layihələrdə tətbiqi hələlik kifayət qədər deyildir. Layihəçilər tərəfindən MP-
lərdən kifayət qədər istifadə olunmaması əsasən bu sahədə MP yaradıcıları ilə 
istifadəçilər arasında bilik fərqlərinin böyük olmasındadır. Bu baryeri məhz 
yeni nəsil mühəndislər aradan qaldıra bilərlər.

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   62   63   64   65   66   67   68   69   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling