Azərbaycan Respublikası Təhsil Nazirliyi


8.8.2. Elektrik intiqalının idarə sistemi


Download 5.01 Kb.
Pdf ko'rish
bet74/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   70   71   72   73   74   75   76   77   ...   157
Bog'liq
2014-2730 (2)

 


157
8.8.2. Elektrik intiqalının idarə sistemi. 
Elektrik intiqalının mikrokontroller əsasında yaradılan idarə sisteminin 
strukturu şəkil 8.8 – də göstərilmişdir. Bu sistem adi qapalı nəzarət sisteminə 
yaxındır. Sistemə çıxış parametri valın fırlanma sürəti olan elektrik 
mühərrikindən (EM) ibarət idarə obyekti; mühərrikin girişində idarəedici 
gərginlik yaradan tiristor çeviricisi (TÇ); fırlanma sürətini fırlanmanın dairəvi 
tezliyinə çevirən ilkin çevirici (İSTÇ); fırlanma tezliyini rəqəm koduna çevirən 
ikinci çevirici (TRÇ) və fırlanma tezliyi haqqında giriş informasiyanı işləyən və 
tiristorun açılma bucağını idarə edən MP daxildir. MK –nın strukturu şəkil 8.5-
də göstərilən struktura analojidir və OYQ, DYQ, YPDYQ və operator pultundan 
ibarətdir. 
Şəkil 8.8. Elektrik intiqalının idarə sisteminin strukturu 
İdarə obyekti ilə əlaqə üçün MK platasında paralel adapterin iki korpusu 
və proqramlaşdırılan taymerin korpusu yerləşdirilmişdir Paralel adapterin BİS-i 
üç proqramla idarə olunan 8 - dərəcəli porta malikdir. Hər bir port vasitəsilə 
ötürmənin istiqamətini proqram köməyi ilə dəyişdirmək mümkündür. 
Proqramlaşdırılan taymerin BİS-i davametmə müddəti proqramla idarə olunan 
idarəedici impuls formalaşdırmaq üçün istifadə edilir.
Tiristor çeviricisi elektrik mühərrikinin girişində idarəedici gərginliyin 
formalaşdırılması üçün nəzərdə tutulmuşdur.
Tezlik-kod çeviricisi tezliyi 8-dərəcəli rəqəm indikatoru ilə ölçmək üçün 
nəzərdə tutulan sxemdən ibarətdir. Siqnal ilkin çeviricidən elektron açarının 
girişinə daxil olur. Onun ikinci girişinə etalon tezlik formalaşdırıcısından tezliyi 
7 Hs olan düzbucaqlı impulslar verilir. Bunun nəticəsində ilkin çeviricinin 
impuls siqnalları açardan ancaq tezliyi 4 Hs olan impulsların davametmə 
müddətində keçirlər. Bu müddətdə keçən impulsların sayı nəzarət olunan 
siqnalın (100...1000Hs) tezliyindən asılıdır. Açardan keçən impulslar ikilik-


158
onluq sayğacla sayılır və 8 indikatorda işıqlanır. Sayğacın çıxışındakı kod 
paralel olaraq Mk-nın girişinə verilir və paralel adapterin KA kanalı vasitəsi ilə 
MP-nin akkumulyatoruna daxil edilir. Növbəti ölçmə aparmaq üçün sayğacların 
ilkin vəziyyətə qaytarılması proqram yolu ilə adapterin KC kanalının C
1
mərtəbəsindən sayğacların C
0
girişlərinə idarəedici siqnal hesabına təmin edilir.
İlkin çevirici mühərrikin valının fırlanma sürətini tezliyi uyğun olaraq 
dəyişən elektrik siqnalına çevirmək üçün nəzərdə tutulmuşdur. Çevirici dəyişən 
cərəyan gücləndiricisinə malik maqnitoelektrik qurğu şəklində hazırlanmışdır 
(şəkil 8.9). Mühərrikin valına bərkidilmiş dişli disk fırlandıqda dişlə L sarğısı 
arasındakı boşluğun dəyişməsindən asılı olaraq sarğıda dəyişən e.h.q. yaradır. 
Bu e.h.q. çeviriciyə daxil edilmiş (çeviricidə quraşdırılmış) gücləndirici 
tərəfindən gücləndirilir. Onun çıxış impulslarının tezliyi dişli diskin fırlanma 
tezliyinə və buna uyğun olaraq mühərrikin valının fırlanma sürətinə mütənasib 
olur. Sarğıda yarana dəyişən e.h.q. C1 ayırıcı kondensator vasitəsi ilə VT1 
tranzistorunun bazasına verilir. R1-R4 rezistorları tranzistorun iş rejimini təmin 
etmək üçündür. Seçilmiş 1san ölçmə müddətində diskin dişlərinin 60 sayında 
nəticə taxometrin rəqəm tablosunda dövr/dəqiqə şəklində göstərilir. 
Bu sistemdə idarə alqoritmi kimi K ötürmə əmsalı ilə sadə mütənasib 
idarədən istifadə edilir. Ötürmə əmsalının qiyməti universal kontrollerin yaddaş 
yuvasında yadda saxlanılır və proqram üzrə dəyişdirilə bilər. 
Mühərriki idarə etmək üçün məlumatın MK-dan çıxarılması interval 
taymerinin birinci kanalı və tiristorlu güc gücləndiricisinin idarə sxemi vasitəsi 
ilə həyata keçirilir. İdarə siqnalının MK-nın yaddaş yuvasında saxlanılan 
qiyməti haqqındakı məlumat gözləyən multivibrator rejimində proqramlaşdırılan 
taymerin sayğacında yazılır. İdarə sxemi mühərrikin idarəolunma gərginliyini 
0...230 V diapazonunda dəyişməyə imkan verir. 
Şəkil 8.9. İlkin çeviricinin prinsipial elektrik sxemi 


159
Sistemin bütün hissələrinin qarşılıqlı təsiri və uzlaşdırılması proqram 
təminatı yüklənmiş İS ilə həyata keçirilir. İdarə sözlərini (siqnalları) paralel 
adapterə və interval taymerinə köçürdükdən sonra taymerin sayğacının ünvanı 
üzrə mühərrikin başlanğıc fırlanma sürətinin verilməsi həyata keçirilir. Bu 
qiymət əvvəlcədən MK-nın yaddaşında saxlanılırdı. Mühərriki işə salmaq üçün 
lazım olan müddət altproqram kimi istifadə olunan gecikmə proqramı ilə 
formalaşdırılır. Gecikmənin müddətinin qiyməti MP-nin registrində lazım olan 
sayı yazmaqla təmin edilir. Mühərrikin fırlanma tezliyi haqqında informasiyanın 
daxil edilməsi tezlik ölçənin “işəsalma” siqnalı ilə MP-nin akkumulyatorundan 
idarəedici kodun adapterin KC kanalına verilməsi, tezliyin koda çevrilməsinə 
olan gecikmənin həyata keçirilməsi və informasiya kodunun KA kanalı üzrə 
MP-nin B registrinə daxil edilməsi yolu ilə həyata keçirilir. Qeyri-bərabərliyin 
qiyməti və işarəsi təyin edildikdən sonra idarəedici təsirin yeni qiyməti 
hesablanır və proses təkrarlanır. Yeni qiymət MK-nın yaddaşına yazılır. 
Bu sistemin sərt məntiqə malik sistemlərdən üstün cəhəti istənilən iş 
rejimlərinin proqramlaşdırıla bilməsindədir.

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   70   71   72   73   74   75   76   77   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling