Azərbaycan Respublikası Təhsil Nazirliyi


MP-li sistemlərin magistral-modullu arxitekturası


Download 5.01 Kb.
Pdf ko'rish
bet76/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   72   73   74   75   76   77   78   79   ...   157
Bog'liq
2014-2730 (2)

9.1.2. MP-li sistemlərin magistral-modullu arxitekturası.
Mikroprosessor sistemində (MPS) verilmiş proqramın yerinə yetirilmə 
prosesi təşkil olunur, və bu zaman ən müxtəlif məsələlər verilmiş MP-yə xas 
olan əmrlərin (onun əmrlər sisteminə daxil olan) ardıcıllığının yerinə yetirilməsi 
yolu ilə həll edilir. Emaledici elementi MP olan hesablayıcı, nəzarət-ölçmə, 
yaxud idarəetmə sistemləri MPS-lərə aiddirlər. 
Praktiki olaraq, MPS-in strukturu həmişə magistral-modullu olur. Belə 
strukturda, öz aralarında zamana görə ayrılma rejimində növbə ilə informasiya 
mübadiləsi aparan müxtəlif modulların (blokların) qoşulduğu magistrallar 
(şinlər) qrupu olur.
“Şinlər” termini, sayı şinlərin dərəcəsi ilə təyin olunan dövrələr (xətlər) 
toplusuna aid edilir (deyilir). 
Tipik üç şinli MPS ünvan (ÜŞ), verilənlər (VŞ) və idarəetmə şininə (İŞ) 
malik olur. İngilis dilində bu şinlər AB (Address Bus), DB (Data Bus) və CB 
(Control Bus) adlanırlar.
Şək.9.2-də MP-li, multipleksli ünvan/verilənlər (məsələn, K1821BM85A 
MP-li) şininə malik olan mikroprosessor sisteminin strukturu verilmişdir. A
15-6 
xətləri ünvan şinləridir, onlardan sistemə 16 dərəcəli ünvanın böyük baytı 
ötürülür. Bu şinə EN icazə girişi üzrə daim açıq olan, xarici dövrələrlə əmələ 
gətirilən yükə işi təmin edən İR82 bufer registrində qurulan formalaşdırıcı 
qoşulmuşdur. Adətən MP-nin öz çıxışlarının məxsusi yük qabiliyyəti kifayət 
etmir. AD
7-0
multipleklənir. İlk əvvəl Əsas əlaməti ALE (Address Latch Enable) 
siqnalının olması olan bu baytı İR82 registrinə yükləyən ünvanın kiçik baytını 
ötürür.
Registrin yüklənməsindən sonra ALE siqnalı götürülür, və registrin 
məzmunu prosessorun növbəti iş dövründə yenidən yüklənməsinə qədər 
dəyişməz qalır. Belə A
15-0
ünvanına malik olan 16-dərəcəli ünvan şini 
formalaşdırılır. Bu ünvan ROM və RAM sabit və operativ yaddaş bloklarında 
istifadə olunur. Verilənlərin daxiledilməsi və çıxarılması (xaricedilməsi) 
portlarının ünvanlanması səkkiz dərəcəli ünvan tələb edir, hansı ki, hər tip üçün 
256-dan çox olmayan portlarla işləmək imkanına uyğundur. Portların ünvanını 
ünvan şininin istənilən yarısından götürmək olar (misal üçün götürülmüş MP-də 
hər iki ünvan yarımşinlərinin halları portların ünvanlanması təkrarlanır).
Ünvanın kiçik baytını ötürdükdən sonra AD
7-0
şini verilənlərin 
ötürülməsinə keçirilir. Bu ötürülmələr ikiistiqamətlidirlər, istiqamət T(Transit) 


165
siqnalından asılı olaraq BD verilənlər buferi ilə verilir. RD (REad) siqnalının 
aktiv halında verilənlər sağdan sola, passiv halında isə əks istiqamətdə ötürülür. 
Verilənlər şininə MPS-in bütün modullarının çıxışları qoşulur. 
9.2. Mikroprosessor Sistemi (MPS). 
X

və X

çıxışları MP-nin daxilində yerləşmiş takt generatorunun tezliyini 
quraşdıran kvars rezonatorunun, yaxud başqa konturların qoşulması üçün 
nəzərdə tutulub. Sistemin taktlanması kvarsın, yaxud digər konturun rezonans 
tezliyinin yarısına bərabər tezlikdə yerinə yetirilir, çünki generator, tezliyi 2-yə 
bölən və çıxışı MPS-in bütün modullarına taktlama siqnalı verən triggerə 
qoşulub. RESİN girişi (ucu) MP-ni ilkin vəziyyətinə gətirən asinxron atma 
(dəyişdirmə, çevirmə) girişidir. L siqnalı aktiv olur, atılma (dəyişdirmə) K 
açarının qapanması ilə yerinə yetirilir və U
cc
qida gərginliyi qoşulan kimi baş 
verir. Bu halda RC dövrəsinin hesabına RESİN girişində gərginlik tədricən artır, 
qidalanma qoşulduqdan sonra müəyyən zaman müddətində aşağı olur (hədd 
qiymətindən aşağı), bu da RESİN siqnalının verilməsi ilə eyni qiymətlidir. 
Proqramı yerinə yetirərkən, MP əmrləri bir-birinin ardınca yerinə yetirir. 
Əmr yerinə yetirilən əməliyyatı müəyyənləşdirir və onda iştirak edən operandlar 
haqqında məlumata malik olur. Əmr qəbul edildikdən sonra onun şifrinin 
açılması yerini yetirilir və gedişində MP zəruri verilənləri yaddaşdan, yaxud 
xarici qurğulardan alır. Yaddaş özəyi və xarici qurğular (portlar) ünvanlar 
adlanan, proqramda işarə olunan nömrələrə malik olur. Biristiqamətli ünvan şini 
üzrə MP mübadilə aparılacağı obyekti təyin edən ünvan göndərir, verilənlər (iki 
istiqamətli) şini üzrə sistemin modulları (blokları) ilə verilənlərin mübadiləsini 
aparır, idarəetmə şini üzrə idarə informasiyasının mübadiləsi gedir.


166
SYQ (ROM) fiksə olunmuş proqramı və verilənləri yadda saxlayır, 
enerjidən asılı olmayan qurğudur və qidalanma söndürüldükdə informasiya 
itmir. 
OYQ (RAM) operativ verilənləri (dəyişən proqramları, hesablamaların 
nəticələrini və s.) yadda saxlayır, enerjidən asılı qurğudur və qidalanma 
söndürüldükdə informasiya itir. Qidalanma qoşulduqdan sonra sistemin iş 
qabiliyyətli vəziyyətə gətirilməsi üçün OYQ-ni (RAM) zəruri informasiya ilə 
yükləmək lazımdır.
Daxiletmə-çıxarma qurğuları, yaxud xarici qurğuları (XQ) – verilənlərin 
xaricdən MP-yə, yaxud yaddaşa, ya da MP-dən, yaxud yaddaşdan xarici mühitə 
ötürmək üçün texniki qurğulardır. XQ-nin qoşulması üçün onların siqnallarını, 
sözlərinin formatlarını, ötürmə sürətini və b. həmin MP ilə tanına bilən standart 
şəkilə gətirmək lazımdır. Bu qoşulmalar və uyğunlaşdırma adapterlər 
(daxiletmə-çıxarma interfeysləri) adlanan xüsusi bloklarla yerinə yetirilir. Qeyd 
etmək lazımdır ki, sistemin modulları arasında mübadilə proseslərini unifikasiya 
etmək (vahid şəklə gətirmək) üçün nəzərdə tutulmuş aparat və proqram 
qurğularının toplusuna interfeys deyilir.
Sxemdə (şək.9.2) sistemin modulları böyüdülmüş göstərilmişdir. Adətən 
sistemin daxilinə göstərilmiş bloklardan başqa adapterlərdən mürəkkəb olan 
xarici qurğular – kontrollerlər də daxil olur. Onların sırasına ilk növbədə, 
kəsilmələr və yaddaşa birbaşa daxil olma kontrollerləri və s. aiddirlər. 
Həmçinin, klaviatura, displey, disk yaddaşı və s. üçün nəzərdə tutulmuş 
kontrollerlər mövcuddur. 
Kəsilmələr kontrollerləri xarici qurğulardan gələn sorğulara xidmət üçün, 
yerinə yetirilən proqramın kəsilməsi (müvəqqəti dayanması) rejimində xarici 
qurğularla mübadiləni təmin edir. 
Yaddaşa birbaşa daxil ola bilən kontrollerlər MP-nin iştirakı olmadan 
xarici qurğularla yaddaş arasında birbaşa əlaqə rejimini yaratmağa qulluq edir. 
MP tərəfindən mübadilənin idarə olunması zamanı xarici qurğular və yaddaş 
arasında verilənlərin ötürülməsi iki mərhələdə baş verir - əvvəlcə verilənlər 
mikroprosessora qəbul edilir, sonra isə qəbulediciyə (alıcıya) verilir. Yaddaşa 
birbaşa daxil olma rejimində MP sistemin şinlərindən ayrılır və onların idarə 
olunmasını birbaşa daxil ola bilən kontrollerə ötürür, verilənlərin ötürülməsi isə 
bir mərhələdə - birbaşa mənbədən qəbulediciyə (alıcıya) ötürülməsi ilə yerinə 
yetirilir. 
MPS-in 
tərkibinə çox vaxt zaman intervalları ilə bağlı olan əməliyyatları 
yerinə yetirmək üçün lazım olan müxtəlif siqnallar (intervallar, impulslar 
ardıcıllığı və s.) formalaşdıran proqramlaşdırıla bilən taymerlər də daxil olur. 


167

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   72   73   74   75   76   77   78   79   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling