Azərbaycan Respublikası Təhsil Nazirliyi


Çoxkristallı yaddaşın təşkili


Download 5.01 Kb.
Pdf ko'rish
bet84/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   80   81   82   83   84   85   86   87   ...   157
Bog'liq
2014-2730 (2)

Çoxkristallı yaddaşın təşkili. Yaddaşın həcmini və sözün dərəcəsini
artırmaq üçün yaddaş elementlərini həm «üfiqi», həm də «şaquli» istiqamətlərdə 
artırmaq lazım gəlir.
«Üfiqi» istiqamətdə artırma müəyyən söz sayında yaddaşın lazım olan 
dərəcəsini almağa imkan verir. Şaquli istiqamətdə artırma isə müəyyən dərəcə 
halında yaddaşın tələb olunan həcmini almağa imkan verir. Məsələn, 1024x1 və 
256x8 təşkilinə malik olan BİS OYQ-nun həcmini 1024x8 sözdən ibarət olan 
operativ yaddaşa qədər artırılmasının şəkil 9.11-də göstərilən iki variantı vardır.
Verilənlərin mübadiləsinin növləri. Prosessorun verilənlərin yazılması 
və oxunması əməliyyatlarını yerinə yetirməsi proqramlı-idarəedilən mübadilə
kəsilməli və yaddaşa birbaşa daxil olma rejimlərində keçə bilər. 
Birinci halda mübadilənin əsas təşəbbüsçüsü proqramdır. Həmişə 
mübadiləyə hazır olan qurğu ilə qarşılıqlı əlaqə və ya qurğunun hazır olmasını 


181
gözləməklə. Sonuncu halda qurğunun vəziyyəti haqda xəbər verən siqnallar 
hasil edilir. Prosessor bu siqnalları analiz edir və qurğu hazır olduqda bu 
qurğuya xidmət etmə proqramını yerinə yetirir. Belə mübadilə böyük zaman 
itkiləri ilə müşayiət oluna bilər. Mübadilə aparılan xarici qurğuların cəld 
işləməsi (sürəti) çox hallarda prosessorun sürəti ilə müqayisədə olduqca kiçikdir. 
Qurğunun hazır olmasını gözləyərək, prosessor bir faydalı iş görmür, lakin hər 
tsikldə xarici qurğunun vəziyyətinin yoxlanılması ilə məşğuldur və böyük 
zaman intervalları müddətində boş dayanır.
 
Şək.9.11. BİS OYQ-nun həcminin artırılması sxemləri
Kəsilmələr üzrə mübadilə zamanı gözləmə aradan qalxır, çünki mübadilə 
təşəbbüsü xarici qurğudan (XQ-dən) baş verir. XQ özü hazır olduqda prosessora 
işarə siqnalı verir, onu əsas proqramının kəsilməsi və mübadilənin xidmət 
olunması haqda sorğulayır. Prosessor cari əmrin yerinə yetirilməsini başa 
çatdırır və kəsilmələrin xidmət olunması altproqramlarına keçir. Uzun gözləmə 
intervallarının olmaması bu rejimdə MPS-in məhsuldarlığını xeyli artırır. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   80   81   82   83   84   85   86   87   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling