Azərbaycan Respublikası Təhsil Nazirliyi


Mikroprosessorlu sistemlərdə yaddaşın təşkili və informasiyanın


Download 5.01 Kb.
Pdf ko'rish
bet80/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   76   77   78   79   80   81   82   83   ...   157
Bog'liq
2014-2730 (2)

9.3. Mikroprosessorlu sistemlərdə yaddaşın təşkili və informasiyanın 
ötürülməsi prinsipləri 
 
9.3.1. MP-də stek yaddaşı. 
Bir çox MP –də proqram əmrlərini və əməliyyat kodlarını, ünvanları 
yadda saxlamaq üçün xarici (YQ) və daxili (ÜTR) yaddaş qurğularından istifadə 
edilir. Bunlara müraciət ünvan prinsipində olur. Bunlarla yanaşı MP-də maqazin 
yaddaşından - stekdən istifadə etməklə işləmək imkanı nəzərdə tutulur. Maqazin 
yaddaşından istifadə etdikdə müraciət zamanı ünvanın göstərilməsinə ehtiyac 
qalmır. 
Maqazin yaddaşının təşkili şəkil 9.8-də göstərilmişdir. Yaddaş matrisinin 
yuvalarından birinin seçilməsi ünvan deşifratoru (ÜDş) vasitəsilə stek göstəricisi 
(SG) adlanan reversiv ünvan sayğacında yerləşən ünvan üzrə həyata keçirilir. 
Ünvanın başlanğıc qiyməti SG-nin A girişinə daxil olur. İş prosesində SG-nin 
vəziyyəti dəyişir. Belə ki, SG-nin məzmunu hər dəfə yazma zamanı 1 vahid 
artır, oxuma zamanı isə 1 vahid azalır. Yazma və oxuma rejimlərinin idarə 
olunması yerli idarə bloku (YİB) vasitəsilə həyata keçirilir. 
İnformasiyanın yazılması zamanı giriş X informasiya sözü söz registrinə 
(SR) daxil olur və bu anda SG-də qeyd edilmiş (qərarlaşmış) ünvan üzrə 
yaddaşın matrisində yazılır. İnformasiya yazıldıqdan sonra çox qısa müddət 
ərzində SG-nin məzmunu 1 vahid azalır və beləliklə, növbəti yazılışa hazırlıq 
görülür (şəkil 9.8,b). SG-i həmişə növbəti giriş sözünün yazılması üçün boş
yuvanı göstərir. 
Oxuma zamanı YİB əvvəlcə SG-nin məzmununu 1 vahid artıran siqnal, 
sonra isə yaddaş matrisindən informasiyanı oxumaq siqnalını hasil edir. 
Nəticədə stekin çıxış dövrələrində sonuncu yazılmış X sözü yaranır (şəkil 9.8,c). 
Stekə ardıcıl olaraq X
1
, X
2
, X
3
, sözləri yazılmışsa, birinci oxunma zamanı X
3
sözü, ikinci oxunma zamanı X
2
sözü, üçüncü oxunma zamanı isə X
1
sözü 
oxunur. Stekin iş prinsipi «sonuncu yazılan birinci oxunur» qaydasına uyğun 
olur. Kodda stekə yazma və siekdən oxuma əmrləri olmadığından ünvan sahəsi 


175
bu əmrlərin dərəcələri qədər azalmış olur və buna uyğun olaraq əmrlərin yerinə 
yetirilmə müddətləri də azalmış olur.
Şəkil 9.8. Stek yaddaşının təşkili strukturu. 
MP-də 2 növ stekdən – daxil edilmiş və avtonom steklərdən istifadə edilir. 
Daxil edilmiş stek bütünlüklə MP-nin kristalında yerləşdirilir, yəni MP yaddaş 
matrisinə, stek göstərijisinə, ünvan deşifratoruna, söz registrinə və yerli idarə 
blokuna malik olur. Bu halda yaddaş tutumu (stekin dərinliyi) 16-32 bitdən çox 
olmur. Bu tip stekə malik MP-də sistemin xarici təsirlərə olan reaksiyasını 
azaltmaq üçün, adətən, proqram sayğacının məzmununu stekə yazan və 
kəsilmələrin emalı qurtardıqdan sonra onun bərpa edən anaparat vasitələri 
nəzərdə tutulur. 
Avtonom stekin fərqi, yaddaş matrisi kimi MP-ra nəzərən xarici OYQ 
istifadə edilməsindədir. Kristalda, bilavasitə dərəcəsi ünvan şininin dərəcəsinə 
bərabər olan stek göstəricisi yerləşdirilir. Odur ki, stekin dərinliyi yaddaşın 
ünvanlanan həcminə bərabər ola bilər. OYQ-dan istifadə edilməsi stekə müraciət 
vaxtını və stekin dərinliyini kifayət qədər artırır. İşləmə cəldliyini kompensasiya 
etmək üçün avtonom stekə malik bir sıra MP-də kəsilmələr zamanı proqram 
sayğacının, akkumlyatorun, vəziyyətlər registrinin və s qurğuların 
məzmunlarının yazılmasının və bərpasının aparat vasitəsi nəzərdə tutulur.
Steklə iş üçün MP-nin əmrlər sistemində stekə yazma, stekdən oxuma, 
SG-nin məzmununu 1 vahid artırmaq, SG-nin məzmununu 1 vahid azaltmaq
SG-nin məzmununu registrə (yaddaşa) göndərmək, registrin (yaddaşın) 
məzmununu SG0nə göndərmək kimi əmrlər nəzərdə tutulur.

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   76   77   78   79   80   81   82   83   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling