Azərbaycan Respublikası Təhsil Nazirliyi


Mikroprosessorlu sistemlərdə informasiyanın emalı prosesinin


Download 5.01 Kb.
Pdf ko'rish
bet78/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   74   75   76   77   78   79   80   81   ...   157
Bog'liq
2014-2730 (2)

 
9.2. Mikroprosessorlu sistemlərdə informasiyanın emalı prosesinin 
təşkili 
9.2.1. İnformasiya emalının təşkilinin struktur sxemi. İdarə qurğusu iki 
əsas funksiyanı yerinə yetirməlidir: əməliyyatların yerinə yetirilməsinin 
idarəolunması və proqramın əmrlərini lazım olan ardıcıllıqla seçmək, onları 
deşifrasiya etmək və əmrlərin yerləşmə sahələrini emal etmək.


169
Əmrlərin yerinə yetirilməsinin idarə olunmasının təşkilinə iki yanaşma 
mövcuddur. Birinci yanaşmada bütün n sayda idarə girişləri Y
i
ayrıca n-dərəcəli 
şində birləşirlər və informasiyanın emalı (ötürülməsi) üçün alqoritmin hər bir 
addımında n-dərəcəli vektor (mikroəmr) vermək lazım gəlir. Bu vektorun hər 
biri - dərəcənin 1 və ya 0 qiyməti uyğun olaraq i idarə siqnalının yaranmasını və 
ya olmamasını təmin etməlidir. Bu üsul istənilən alqoritmi asanlıqla həyata 
keçirir, çünki hər addımda Y
i
siqnallarının ancaq az bir hissəsi 1 qiymətinə 
malik olurlar və odur ki, n-dərəcənin az bir hissəsi istifadə olunur. Sistemin 
arxitekturasını və təyinatını analiz edərək eyni zamanda yaranmayan siqnallar 
qrupunu seçmək olar və belə hər qrupda idarəedici siqnalları formalaşdırmaq 
üçün deşifrasiya qurğusundan istifadə etmək olar.
İdarəetmənin təşkilinin bu üsulu mikroproqramlı idarəetmə adlanır. 
Əməliyyatların yerinə yetirilməsinin idarə qurğusunun (ƏYYİQ) bu tipinə malik 
MP-nin struktur sxemi şəkil 9.4,a-da göstərilmişidir.
ƏYYİQ-nun tərkibinə idarəedici YQ, mikroəmrlər deşifratoru, idarə 
sxemi daxildir. İdarəedici YQ-da hər bir əməliyyat üçün mikroproqram adlanan 
mikroəmr (MƏ) yığımı yadda saxlanılır. Bu əmrlərin seçilməsi ardıcıllığı və 
yerinə yetirilməsi MP-nin emal hissəsində informasiyanın əmr koduna uyğun 
çevrilməsini təmin edir. Əməliyyatın koduna uyğun olaraq idarəedici YQ-dan bu 
əməliyyatın yerinə yetirilməsi mikroproqramının birinci mikroəmri seçilir və 
MƏ deşifratoruna və idarə sxeminə daxil olur. MƏ deşifratoru MƏ-nın 
əməliyyat hissəsinin kodunu deşifrasiya edir və MP-nin əməliyyat blokuna
daxil 
olan idarəedici siqnalları hasil edir. MƏ-nin yerinə yetirilməsinin idarə sxemi 
MƏ-nin ünvan hissəsinin koduna görə və şərtlər əlamətinə görə növbəti MƏ-nin 
ünvanını formalaşdırır. Beləliklə, nəzərdə tutulan əməliyyatı yerinə yetirmək 
üçün mikroproqramın bütün MƏ-i bu qayda ilə seçilir və yerinə yetirilir. 
MƏ-in idarəedici YQ-da saxlanması MP-nin əmrlər sistemində asanlıqla 
dəyişiklik aparmağa imkan verir. Belə ki, yeni əməliyyatın daxil edilməsi üçün 
YQ-da əməliyyatın yerinə yetirilməsi mikroproqramını yazmaq kifayətdir. Bu 
mikroproqram idarə üsulunun üstün cəhətidir. Lakin hər taktda YQ-na müraciət 
etmək lazım gəldiyindən ƏYYİQ-nun işləmə tezliyini məhdudlaşdırır. 
İkinci yanaşmada bütün idarə girişləri ayrıca idarə blokunda cəmləşdirilir. 
Blok, daxil olan əmrləri deşifrasiya edir və ona uyğun olaraq, lazım olan 
siqnallar ardıcıllığını hasil edir. İdarəetmənin təşkilinin bu üsulu sxem və ya sərt 
idarəetmə adlandırılır. Bu təşkil üsuluna malik MP-nin struktur sxemi şəkil 
9.4,b-də göstərilmişdir. 
Burada əmrlər deşifratoru qurğusu və idarə sxemi əməliyyatın kodunu 
deşifrasiya etməkdən əlavə əməliyyatı yerinə yetirmək üçün lazım olan bir neçə 
takt ərzində idarəedici siqnallar hasil edir (mikroproqram idarəetmədə isə ancaq 


170
bir takt tələb olunur). İdarəedici siqnalların seçilməsi ardıcıllığı şərtlərin 
əlamətlərindən asılı olduğundan, bu blok ƏYYİQ-da kifayət qədər mürəkkəb 
olur. Yeni əməliyyatın daxil edilməsi və ya köhnə əməliyyatın dəyişdirilməsi 
sxemin dəyişməsini tələb edir. Strukturun sərt və mürəkkəb olması bu üsulun 
çatışmayan cəhətidir. Yüksək cəldlik isə əsas üstünlüyüdür. 
Şəkil 9.4. İnformasiyanın emalının təşkilinin struktur sxemi: 
a) mikroproqramlı idarəetmə, b) sərt idarəetmə 
Nümunə kimi iki əmrin yerinə yetirilməsi prosedurasına baxaq (şək.9.5-ə 
bax). 
ÜTR –ə daxil olan R1 registrinin məzmununu ÜTRiin digər R2 registrinə 
yazmalı. 
MP-nin konkret arxitekturası əmrin yerinə yetirilməsi üçün lazım olan 
taktları müəyyən edir: 
Takt 1: ÜTR blokunda R1 registrini seçməli (R1 registrin ünvan kodunun 
A
0
– A
3
ünvan girişlərinə verilməsi), R1-in məzmununun B şininə oxunması 
(Y
17
=0 - oxuma), B şinindən informasiyanın qəbul edilməsi və BR-ə ötürülməsi 
(Y
10
=1); 
Takt 2: BR-in məzmununun HMQ vasitəsilə nəticə registrinə (NR) 
(Y
1
=Y
2
=Y
3
=Y
4
=1, Y
5
=1, Y
7
=1) ötürülməsi, ÜTR blokunda R2 registrinin 
seçilməsi (R2 registrin ünvan kodunun A
0
– A
3
ünvan girişlərinə verilməsi), NR-
nin məzmununun R2 registrinə yazılması (Y
17
=1).
Bir takt təşkil edən bütün əməliyyatlar eyni zamanda yerinə yetirilir. Əgər 
hər bir takt bir takt impulsuna uyğun gələrsə, aydındır ki, birinci taktdan sonra 
lazım olan söz BR registrində, ikinci taktdan sonra isə R2 registrində olacaqdır. 
R1 və R2 registrlərinin məzmunlarını cəmləməli və nəticəni R2 registrinə 
köçürməli: 


171
takt1: ÜTR blokunda R1 registrini seçməli (R1 registrinin ünvan kodunu 
A
0
– A
3
ünvan girişlərinə verməli), R1-in məzmununun B şininə oxunması 
(Y
17
=0), BR-də bu informasiyanın qəbul edilməsi (Y
10
=1); 
takt2: ÜTR blokunda R2 registrini seçməli (R2 registrinin ünvan kodunu 
A
0
– A
3
ünvan girişlərinə verməli), R2-in məzmununun B şininə oxunması 
(Y
17
=0), R
sür
-də bu informasiyanın qəbul edilməsi (Y
12
=0, Y
13
=0); 
takt 3: BR-in məzmununun HMQ-da BR və R
sür
registrlərinin 
məzmunlarını cəmləməli (Y
1
=0, Y
2
=0, Y
3
=0, Y
4
=1, Y
5
=0), nəticənin nətijə 
registrində (NR) qəbulu (Y
7
=1), ÜTR blokunda R2 regitsrinin seçilməsi (R2 
registrin ünvan kodunun A
0
– A
3
ünvan girişlərinə verilməsi), NR-nin 
məzmununun R2 registrinə yazılması (Y
17
=1).
Şəkil 9.5. MP-nin struktur sxemi 
MP, əmrləri lazım olan ardıcıllıqla seçmək, onların deşifrasiyası, əmrlər 
sahəsinin məzmunundan asılı olaraq bir sıra əməliyyatların yerinə yetirilməsi və 
əməliyyat kodunun ƏYYİQ-na ötürülməsi funksiyalarını yerinə yetirməlidir. 
Bundan ötrü xüsusi vasitələr nəzərdə tutulmalıdır. Bu vasitələrə əmrlərin cari 
ünvanlarını yadda saxlamaq üçün proqram sayğacını (PS), YQ-dan daxil olan 
əmrləri qəbul etmək və yadda saxlamaq üçün əmrlər registri (ƏR), operandların 
ünvanlarını və PS-nın məzmununu MP-un ünvan şininə vermək üçün sxem, 
verilənlərin xarici şinindən əmrlərin və verilənlərin ƏR-nə qəbulu sxemi, əmrlər 
deşifratoru və əmrlərin yerinə yetirilməsinə hazırlığın idarəolunması sxemi aid 
edilə bilər. 
Göstərilən qovşaqları özündə birləşdirən MP-nin strukturu şəkil 9.5-də 
göstərilmişdir. MP iki verilənlər şininə –A və B şinlərinə malikdir.


172
Əmrlərin yerinə yetirilməsi ünvanları PS-da saxlanılır. Əmr PS-dan ünvan 
şininin yüklənmə qabiliyyətini artırmaq üçün istifadə olunan bufer ünvanı (BÜ) 
vasitəsilə əmrlər YQ-nun ünvan girişlərinə daxil olur. Əmrlər YQ-dan Y
1
siqnalına görə seçilən əmr verilənlər buferi (VB) vasitəsilə ƏR-ə daxil olur. 
Əmrin kodu əmrlər deşifratoru (ƏDş) ilə deşifrasiya olunur, əmrin ayrı-ayrı 
sahələri (oblastı) analiz edilir və əməliyyat kodu ƏYYİQ-ya ötürülür. ƏYYİQ-
su əməliyyatın koduna uyğun olaraq Y
i
idarəedici siqnallar ardıcıllığı hasil edir.
Əgər əməliyyatın yerinə yetirilməsi zamanı ÜTR-ə müraciət etmək lazım 
gələrsə, bu halda ƏDş ÜTR-in A
0
– A
3
ünvan girişlərində registrin ünvanını 
verir. Əgər əməliyyatın yerinə yetirilməsi xarici YQ-na müraciətlə 
əlaqədardırsa, onda uyğun ünvan ÜB vasitəsilə ünvan şininə daxil olur. 
Əməliyyatın yerinə yetirilməsi prosesində PS-nın məzmunu dəyişir və növbəti 
əmrin seçilməsinə hazırlıq görülür. Əməliyyatın nəticəsi ÜTR-də saxlanılır və 
ya VB vasitəsilə MP-a nəzərən xarici qurğulara ötürülür. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   74   75   76   77   78   79   80   81   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling