Azərbaycan Respublikası Təhsil Nazirliyi


Qeyd: Elektron sxemlərdə istifadə olunan elementlərin şərti qrafiki  işarələnməsi əlavə 1


Download 5.01 Kb.
Pdf ko'rish
bet75/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   71   72   73   74   75   76   77   78   ...   157
Bog'liq
2014-2730 (2)

Qeyd: Elektron sxemlərdə istifadə olunan elementlərin şərti qrafiki 
işarələnməsi əlavə 1-də, ən geniş yayılmış cihazların o cümlədən, inteqral 
mikrosxemlərin əsas parametrləri, istismar şərtləri tətbiq sahələri, onlar əsasında 
qurulan bəzi qurğuların sxemlərinin hesabatına nümunələr əlavə 2-də, 
yarımkeçirici elektron cihazlarının, onlar əsasındakı qurğuların parametrlərinin 
və qoşulma sxemlərinin təhlilinə dair misallar əlavə 3-də verilmişdir. Eyni 
zamanda əlavələrdə geniş tətbiq olunan rəqəm mikrosxemlərinin markaları və 
qoşulma sxemlərinə nümunələr, ilkin siqnalların gücləndirilməsi, müqayisə 
olunması, ARÇ və RAÇ-larda çevrilməsini təmin edən analoq 
mikrosxemlərinin, ilk növbədə əməliyyat gücləndiriciləri və komporatorların da 
geniş yayılmış növlərinin təsnifatı, parametrləri və praktiki sxemləri verilmişdir. 


160
9. MİKROPROSESSORLU SİSTEMLƏRİN
TEXNİKİ VASİTƏLƏRİ
 
9.1. Mikroprosessorlu sistemlərin arxitekturası 
 
9.1.1. MP-li sistemlərin ümumiləşmiş arxitekturası.
Mikroprosessor (MP) rəqəm məlumatlarını emal edən qurğudur və daimi 
yaddaş qurğusu ilə təchiz oluna bilər. Daimi yaddaş qurğusu bir qayda olaraq 
proqramlaşdırma üçün istifadə edilir. 
İlk MP – lər bir yarımkeçirici kristaldan ibarət idilər. Lakin onların tətbiqi 
göstərdi ki, avtonom işləyə bilən hesablayıcı və ya idarəedici sistemlərin 
yaradılması üçün MP - yə bir sıra rəqəm İS – lər əlavə etmək lazım gəlir. Belə 
İS – lərə yaddaş sxemini, giriş/çıxış qurğusunu, proqram təminatı daxil etmək 
üçün qurğu və s. aid edilə bilər. 
MP üçün İS – lər mikroelektronika ilə hesablama texnikasının qarşılıqlı 
inkişafı nəticəsində yaranmışdır. Kristal üzərindəki elementlərin sıxlığının 
artması və rəqəm strukturların yüksək cəldliyi hesablama texnikası vasitələrinin 
yeni nəslinin yaranmasına səbəb olmuşdur. İndi EHM element bazasını böyük 
funksional mürəkkəbliyə malik sxemlər təşkil edir. Belə BİS – lərə ilk növbədə
mərkəzi prosessor elementi aid edilə bilər. Daimi və operativ yaddaş sxemlərini, 
idarə, çevirmə və uzlaşdırma sxemlərini və s. belə BİS – lərə aid etmək olar. 
Arxitektura və strukturuna görə MP “böyük” EHM – nın prosessoruna 
uyğundur. “Mikroprosessor” sözü prosessorun bir və ya bir neçə İS – də 
yaradıldığına işarədir. MP – lər müasir mikro – EHM – nın əsas funksional 
hissəsidir. 
MP – lər funksional imkanlarından asılı olaraq universal və xüsusi MP – 
lərə bölünürlər. 
Universal MP – lər dedikdə, mərkəzi prosessorun funksiyalarını və 
xüsusiyyətlərini özündə birləşdirən MP – lər başa düşülür. Bu MP – lər adətən 
proqramla idarə olunur. 
Xüsusi MP – lər dedikdə isə, konkret bir məsələni həll edən, müəyyən 
parametrə görə optimallaşdırılmış, tətbiq sahəsi məhdud olan MP – lər başa 
düşülür. Belə MP – lərin işləməsi proqramla yox, funksional sxemlə həyata 
keçirilir. 
MP – nin arxitekturası dedikdə, onun daxili təşkilinin prinsipi, ayrı – ayrı 
qurğuların konkret məntiqi strukturu, əmrlər yığımı və aparat hissəsi ilə proqram 
hissəsi arasındakı qarşılıqlı əlaqə başa düşülür. 
İstehsal olunan universal MP – ləri konstruktiv əlamətə görə iki növə 
ayırmaq olar. 


161

sözün uzunluğu fiksə olunan və müəyyən əmrlər sisteminə malik 
birkristallı MP – lər; 

sözün dərəcəsi artırıla bilən və mikroproqramla idarə olunan 
çoxkristallı MP – lər. 
Bir kristallı MP – lər (o cümlədən də çoxkristallı MP – lər) hesab – 
məntiq qurğusundan (HMQ), idarəedici qurğudan və daxili registrlər blokundan 
təşkil olunur (şək.9.1). 
Hesab–məntiq qurğusu MP – nin özəyidir və sürətli köçürmə sxeminə 
malik ikilik cəmləyicidən, sürüşdürücü registrdən və operandları müvəqqəti 
yadda saxlayan registrlərdən təşkil edilmişdir. Bu qurğu adətən əmrlərin köməyi 
ilə bir neçə sadə əməliyyatları – toplama, sürüşdürmə, göndərmə, məntiqi 
toplama, çıxma, məntiqi vurma, 2 moduluna görə toplama və s. əməliyyatları 
yerinə yetirir. 
Registr ikilik məlumatı müvəqqəti yadda saxlayan elektron qurğudur. O, 
triggerlər üzərində yaradılır. Triggerlərin ümumi sayı registrin dərəcəsini 
müəyyən edir. Registrin hər bir triggeri ikilik sayın bir dərəcəsini daxil etmək, 
yadda saxlamaq və xaric etmək üçün istifadə edilir. Registrin dərəcəsi onda 
yadda saxlanılan sözün uzunluğuna uyğun olur. 
Məlumatı daxil etmək, yadda saxlamaq və xaric etmək üçün istifadə 
edilən registrlər toplayıcı registrlər adlanır. Sürüşdürücü registr bu 
funksiyalardan əlavə ikilik sayı sola və yaxud sağa, bəzən hər iki tərəfə 
sürüşdürür. 
Şəkil 9.1. Mikroprosessorun ümumiləşdirilmiş struktur sxemi 


162
İdarə qurğusu HMQ-nin və daxili registrlərin işinə rəhbərlik edir. Bu 
qurğu əməliyyatın koduna uyğun olaraq, MP – nin bloklarının idarə siqnallarını 
formalaşdırır. Əmrin ünvan hissəsi idarə siqnalı ilə birlikdə yaddaş qurğusunun 
müəyyən yuvalarından məlumatları oxumaq üçün istifadə edilir. İdarə 
qurğusunun siqnalları vasitəsilə yeni növbəti əmr seçilir. 
Daxili registrlər bloku hesab - məntiq qurğusunun imkanlarını 
genişləndirir və MP – nin daxili yaddaş funksiyasını yerinə yetirir. Bu blok əmr 
və məlumatları müvəqqəti yadda saxlayır. Bu blok ümumi təyinatlı registrlərdən 
(RON) və xüsusi registrlərdən təşkil edilir. Bu registrlərə registr – 
akkumulyator, bufer ünvan registri, bufer məlumatlar registri, əmrlər sayğacı, 
stek registri, əlamətlər registri və s. aid edilir. 
Ümumi təyinatlı registrlər MP – nin hesablama imkanlarını müəyyən edir. 
Onların sayı 4 – dən 64 - ə qədər ola bilər. Onların əsas funksiyası emal 
olunacaq məlumatları, yəni operandları yadda saxlamaqdır. Onlar, bununla 
bərabər, xüsusi regstrlərin funksiyalarını da yerinə yetirirlər. Bütün bu 
registrlərin işinə proqramçı müdaxilə edə bilmir və onlara ifrat operativ yaddaş 
qurğusu kimi baxılır. 
Registr–akkumulyator (toplayıcı) HMQ –nin yerinə yetirdiyi hesab və 
məntiq əməliyyatlarının aralıq nəticələrini və operandları müvəqqəti yadda 
saxlamaq üçün istifadə edilir. Registrin dərəcəsi məlumat sözünün dərəcəsinə 
bərabər olur. Adətən bütün məlumatların MP – yə daxil edilməsi və ondan xaric 
edilməsi akkumulyator vasitəsilə yerinə yetirir. 
Bufer ünvan registri xüsusi registrdir və icra edilən əmrin ünvan hissəsini 
qəbul edir və yadda saxlayır. Başqa sözlə, xarici yaddaşda və ya başqa registrdə 
yadda saxlanılan sözün ünvanı ünvan şininə verilən ana qədər bu registrdə 
saxlanılır. Ünvanların mümkün sayı bu registrin dərəcəsi ilə müəyyən edilir. 
Bufer məlumat registri yaddaşdan seçilən məlumat sözü məlumat şininə 
ötürənə qədər müvəqqəti yadda saxlamaq üçündür. Registrin dərəcəsi məlumat 
sözünün baytlarının sayı ilə müəyyən edilir. 
Əmrlər sayğacı yerinə yetirilən əmrin baytları yerləşmiş yaddaş 
yuvalarının ünvanlarını özündə saxlayan sayğacdır. Proqramın əmrləri adətən 
yaddaşın ardıcıl yerləşmiş yuvalarında qeyd edilirlər. Bir baytlıq əmrlər üçün 
hər sonrakı yuvanın ünvanını göstərən ədəd əvvəlki yuvanın ünvanını göstərən 
ədəddən bir vahid böyük olur. Odur ki, növbəti yuvaya keçmək üçün əmrlər 
sayğacında qeyd edilmiş ədəd bir vahid artırılır və bu ədəd növbəti əmrin ünvanı 
olur. Əvvəlki əmrə qayıtmaq lazım gəldikdə isə sayğacın məzmunu bir vahid 
azaldılır. 


163
Əmrlər registri ünvanı əmrlər sayğacında qeyd edilmiş növbəti əmrin 
kodunu qəbul edir və yadda saxlayır. İdarə blokunun siqnalının köməyi ilə ona 
registrdə yadda saxlanılan məlumat ötürülür. 
Stek registri stekə və stek göstəricisinə ayrılır. Stek sözü “ask” ingilis 
sözündən yaranmışdır və ştabel (nizamla yığılmış) kimi tərcümə edilir. MP – də 
stek ünvanları yadda saxlayan (altproqramlara müraciət zamanı geriqayıtma 
əmrləri halında) və ya daxili registrlərin vəziyyətlərini yadda saxlayan (kəsilmə-
lərin emalı zamanı) registrlər yığımından ibarətdir. Bu yığım elə təşkil edilir ki, 
ünvan və ya məlumat sözü “axırıncı daxil olan birinci xaric olur” prinsipi ilə 
seçilə bilsin. Stekə növbəti sözün yazılması zamanı onda yerləşmiş sözlər stekdə 
bir registr aşağı yerini dəyişir. Söz stekdən xaric edildikdə, onda qalmış sözlər 
bir registr yuxarı sürüşür. Stek ancaq MP – nin daxili registrlərində yerinə 
yetirilə bilər. Stek, həmçinin xarici operativ YQ – nun onun üçün ayrılmış 
zonasında yerləşə bilər. 
Stek göstəricisi – stek zirvəsi adlanan axırıncı yuvanın (özəyin) ünvanını 
yadda saxlayan registrdir. Registrdə qeyd edilmiş ədəd stekin zirvəsinin harada 
olduğunu göstərir. Stekə növbəti informasiya sözü yazıldığı zaman stek 
göstəricisindəki ədəd artır və əksinə, söz oxunarsa bu ədəd azalır. Bəzən sözün 
oxunması zamanı stek göstəricisində yadda saxlanılan ədədin dəyişməz halında 
istənilən yuvanın məzmunu pozulmur. 
Əlamətlər registri bayraqlar adlanan triggerlər yığımına deyilir. Hesab – 
məntiq qurğusunun yerinə yetirdiyi əməliyyatın nəticəsindən asılı olaraq, hər bir 
trigger “0” və ya “1” vəziyyətinə çevrilir. Registrin məzmununu müəyyən edən 
bayraq bitləri “sıfır nəticə”, “nəticənin işarəsi”, “dolma” və s. şərti əlamətlərə 
görə siqnallar hasil edir. Prosessorun vəziyyətini xarakterizə edən bu siqnallar 
hesablamanın sonrakı yolunun (qaydasının) seçilməsi üçün əsas amildir. 
Ümumi funksional əlamətlərə görə birgələşdirilmiş məlumat ötürmə 
xətləri qrupu şin adlanır. MP – də üç növdə şinlərdən – verilənlər, ünvan və 
idarə şinlərindən istifadə edilir. 
Verilənlər şini iki istiqamətli şindir. Bu şin vasitəsilə məlumat MP – yə və 
yaxud MP – dən verilə bilər. Hər iki istiqamətdə eyni zamanda ötürmə mümkün 
deyil. Bu proses zamana görə ayrılır və bu məqsədlə zaman 
multipleksorlarından istifadə edilir. 
Ünvan şini vasitəsilə məlumat ancaq bir istiqamətdə - MP – dən yaddaş 
modullarına və ya giriş – çıxış qurğusuna ötürülür. Əgər bu şin 16 xətdən 
(A
0
...A
15
) ibarət olarsa, onun vasitəsilə 2
16
= 65536 sayda müxtəlif ikilik 
kombinasiyalar – ünvanlar təşkil etmək olar. Bunlardan hər biri müəyyən yaddaş 
elementinə və ya giriş – çıxış qurğusuna uyğun gəlir. 


164
İdarə şini MP – nin daxili qurğularını və sistemin bütün modullarının 
işinin sinxronlaşdırılması, qarşılıqlı təsirini təmin edən siqnalları ötürmək 
üçündür. İdarə şininin xətlərinin bir hissəsi MP – dən çıxan siqnalları, digər 
hissəsi isə MP – yə daxil olan siqnalları ötürmək üçündür. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   71   72   73   74   75   76   77   78   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling