Azərbaycan Respublikası Təhsil Nazirliyi
Mikroprosessorlu kontrollerin strukturu
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
8.6. Mikroprosessorlu kontrollerin strukturu
Kontrollerlər mürəkkəb texniki qurğu olub rəqəm məlumatların emalı üçün nəzərdə tutulmuşdur. Adətən kontrollerlər, mikroprosessor sisteminin tələb olunan funksiyalarını daha yaxşı təmin edən mikroprosessor əsasında qurulur. Mikroelektronika qurğuları əsasında qurulduğundan çox vaxt bu qurğunu mikrokontroller adlandırırlar (MK). MK-nın tipik strukturu şəkil 8.5 –də göstərilmişdir. 150 Şəkil 8.5. Mikrokontrollerin strukturu. Kontroller iki əsas hissədən - nüvə və daxiletmə/xaricetmə modulundan ibarətdir. Kontrollerin nüvəsini MP, sistem kontrolleri (SK) və yaddaş qurğusu təşkil edir. Kontrollerin strukturunda MP əsas rolu oynayır. MP sistemin xarici qurğularından daxil olan məlumatların - verilənlərin hesab və məntiq emalını həyata keçirir və sistem kontrolleri ilə birlikdə MS-nin bütün qurğuları arasında informasiya axınını / mübadiləsini idarə edir. MP-nin idarə obyektləri ilə əlaqəsi OƏQ və sistem şinləri vasitəsi ilə həyata keçirilir. Sistem şinləri verilənlər şininə (VŞ), ünvan şininə (ÜŞ) və idarə şininə (İŞ) ayrılırlar. OƏQ - nun verilənlər şininə qoşulması sistemin daxiletmə/xaricetmə portları vasitəsilə həyata keçirilir. Portlar adətən sistemin interfeysinin tərkibinə daxil olur. İnterfeys dedikdə, MP ilə hesablama qurğusu arasında informasiya mübadiləsini təmin edən proqram və aparat vasitələri yığımı başa düşülür. İdarə obyektinin vəziyyəti haqqındakı informasiya OƏQ və verilənlər şini vasitəsi ilə MP-yə ötürülür. İdarə siqnalları da bu şinlə MP-dən idarə obyektinə ötürülür. Bu hesaba MK-nın verilənlər şini iki istiqamətli olur. Bu şinin dərəcəsi adətən MP-nin hesab-məntiq qurğusunun dərəcəsinə uyğun gəlir və nəzərdə tutulan ikilik ədədlərin diapazonunu təyin edir. Sistemin hesablama qurğusuna müraciəti hər bir hesablama qurğusuna verilmiş ünvan vasitəsilə həyata keçirilir. Hesablama qurğusunun (HQ) ünvanı rəqəm ikilik koddan ibarətdir və MP-dan HQ-na ötürülür. HQ-nun ünvanı bir istiqamətli ünvan şini vasitəsilə ötürülür. ÜŞ-nin dərəcəsi müxtəlif MP-ə malik sistemlərdə 8, 16, 32 ikilik dərəcə təşkil edir. Dərəcə çox olduqca kodlaşdırılan ünvanların sayı da çox olur. Məsələn, n-dərəcəli ÜŞ-i üçün sistemin ünvan oblastının həcmi V=2 n olur. 16-dərəcəli ÜŞ-i üçün ünvan zonasının həcmi V = 2 16 = 2 6 2 10 = 64 1024=64K olur. 151 İdarə şini (İŞ) sistem idarə siqnallarının MP-dən HQ-na və əks istiqamətdə ötürmək üçündür. İŞ-i elə qurulmuşdur ki, onun hər bir naqili üzrə idarə siqnalı ancaq bir istiqamətdə ötürülür. MP və HQ arasında lazım olan əməliyyatları təmin edən sistem idarə siqnallarının formalaşdırılması sistem kontrollerində, MP-nin bir sıra idarə siqnallarından istifadə olunması hesabına, həyata keçirilir. Ona görə də, SK-ni sistemin ilkin idarə qurğusu və ya ilkin avtomatı hesab etmək olar. İlkin avtomatın əsas vəzifəsi MK-nın bütün qurğuları arasında düzgün qarşılıqlı əlaqəni təmin etməkdir. Proqramları və verilənləri yadda saxlamaq üçün MK-nın nüvəsi operativ (OYQ), daimi (DYQ) və proqramlaşdırıla bilən (PYQ) yaddaş qurğularına malik olur. DYQ ancaq idarə proqramlarını yadda saxlamaq üçün istifadə olunur. Xüsusi sazlama vasitələrində yaradılan və sazlanan bu proqramlar zavod şəraitində DYQ-na köçürülür və istifadəçi bu proqramları dəyişə bilməz. PYQ DYQ-dan onunla fərqlənir ki, burada istifadəçi onun məzmununu dəyişə bilər, yeni proqram yaza bilər. OYQ əsas idarə proqramını yerinə yetirmək üçün lazım olan verilənləri yadda saxlamaq üçün istifadə olunur. Yaddaşın yuvalarına (özəklərinə) müraciət ünvan üzrə həyata keçirilir. Ünvanlar ünvan şininə MP- nin əmrlər sayğacı ilə ötürülür. ÜŞ-nin dərəcələrinin bir hissəsi bilavasitə yaddaşın mikrosxeminə ötürülür, digər hissəsi (böyük dərəcələr) isə yaddaş mikrosxemini seçmək üçün deşifrləmə sxemində istifadə olunur. Beləliklə, ÜŞ- də hər bir ünvan mikrosxemin mövqeyini və onun içərisində konkret yuvanı (özəyi) müəyyən edir. MS-nin istənilən idarə alqoritmi DYQ-nun yuvalarında yerləşən idarəedən proqramla həyata keçirilir. MP-nin müəyyən zaman anında uyğun əməliyyatı yerinə yetirməsi üçün o, yaddaş yuvasından əməliyyat kodunu çıxarır. Yaddaş yuvasından əməliyyat kodunun oxunması prosedurası aşağıdakı kimidir: MP YŞ-nə yaddaş yuvasının ünvanını göndərir, İŞ-də sistem idarəedici “yaddaşın oxunması” siqnalı formalaşır və verilənlər (YQ-nun məzmunu) VŞ-i vasitəsi ilə MP-yə daxil olur. Əməliyyat kodu təyin edildikdən sonra əməliyyatın yerinə yetirilməsi - ya verilənlərin MP və yaddaş yuvaları arasında, ya da MP və İO arasında ötürülməsi baş verir. Sonuncu halda verilənlər MP-VŞ – daxiletmə/ xaricetmə modulu - OƏQ-İO istiqamətində, və ya əks istiqamətdə ötürülür. İdarəedici kontrollerlərin xüsusiyyəti ondadır ki, onların tərkibinə proqramın sazlanması vasitəsi daxil olmur, çünki MK-nın proqram kitab- xanasını təşkil edən proqram modullarının əsas yığımı zavod şəraitində onun yaddaşına köçürülür və dəyişdirilə bilməz. İstifadəçinin ancaq proqram modullarının əldə olan yığımından idarəetmənin konturunun konfiqurasiyasını tərtib etmək imkanı vardır. Bu məqsəd üçün MK idarə pultu ilə təchiz olunur. 152 Operator pultunun köməyi ilə idarə pultunun panelindəki xüsusi əmrlərdən istifadə edərək tələb olunan idarə alqoritmi seçilir. Rəqəm mikrosxemlərinin inteqrasiya dərəcəsinin artması hazırda bir kristal əsasında yerinə yetirilən sənaye MK-n yaradılmasına imkan vermişdir. Belə kontrollerin kristalında MP-dən başqa yaddaş modulu, interfeys sxemləri və hətta taymer yerləşdirilir. Mahiyyətcə bu cür MK-lar aşağı məhsuldarlıqlı birkristallı EHM-dır. Yenidən proqramlaşdırıla bilən birkristallı MK-ya nümunə olaraq K1816 və K145 seriyadan olan MK-ları göstərmək olar. Birkristallı MK əsasında MP sistemlərinin yaradılması obyekt ilə proqram təminatı arasında qoşulma qurğusunun yaradılmasını tələb edir. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling