Azərbaycan Respublikası Təhsil Nazirliyi
Mikroprosessorun RES-lərin qurğuları ilə qarşılıqlı əlaqəsi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- 8.5. Mikroprosessorlu idarəetmə sistemlərinin strukturu
8.4. Mikroprosessorun RES-lərin qurğuları ilə qarşılıqlı əlaqəsi
Siqnalların emalı zamanı MP RES-in ayrı-ayrı blok və qurğuları ilə qarşılıqlı əlaqədə olur. Bu blok və qurğular MP-yə nəzərən xarici qurğular hesab olunurlar və iki qrupa – informasiya mənbələrinə və informasiya istifadəçilərinə ayrılırlar. Əksər RES üçün ümumi olan xarici qurğuların təsnifatı şəkil 8.1 – də göstərilmişdir. İnformasiya mənbələrinin və istehlakçılarının MP-nin hesablama sisteminə qoşulma qurğularının parametrlərinin rasional seçilməsi MP sistemlərini imkanlarının genişləndirir, həm də MP-nin işləmə sürətinə olan tələbi bir qədər yüngülləşdirir. Şəkil 8.1 RES-in işləmə xüsusiyyətlərini mükəmməl bilmək, siqnalların əlavə emalı üçün lazım olan qurğuları yaratmaq bacarığı mühəndisə verilmiş şərtlər daxilində optimal sistemi yaratmaq imkanı verir. Lakin bundan ötrü mühəndisə MP-in RES-də tətbiq edilməsi xüsusiyyətlərini bilmək, proqramlaşdırmanın və proqramların sazlanmasının müasir vasitələri arsenalını və o cümlədən, MP sisteminin aparat və proqram hissələrinin birgə sazlanması üsullarını mənimsəmək lazımdır. RES-in təşkil olunduğu radioelektron qurğuların (REQ) əksəriyyəti əvvəlki fəsillərdə öyrənilmiş elektron qurğularından: gücləndiricilərdən, siqnal generatorlarından, çeviricilərdən, qida mənbələrindən, müxtəlif növ rəqəm qurğularından təşkil olunurlar. Ona görə də texnikada geniş yayılmış qurğu nümunələrində (zaman intervallarının izləyici ölçü qurğularında, RES siqnallarının amplitud emalı qurğularında, kompleks radionaviqasiya ölçü qurğularında və s.) MP əsasında RES-in layihələndirilməsinin xüsusiyyətlərini göstərməyə cəhd edilmişdir. 147 8.5. Mikroprosessorlu idarəetmə sistemlərinin strukturu Texniki vasitələrin idarəetmə obyektləri (İO) təyinatlarına görə iki sinfə ayrılırlar. Birinci sinfə istifadəçi tərəfindən istifadə olunmaq üçün nəzərdə tutulan obyektlər, məsələn məişət avadanlıqları (televizorlar, videomaqnitofon- lar, soyuducular, paltar yuyan maşınlar və s.) , qaz, su, işıq sayğacları, kənd təsərrüfatında, ofislərdə və s. istifadə olunan avadanlıqlar aid edilir. İkinci sinfə istehsalat şəraitində istismar olunan obyektlər: sənaye maşınları, avadanlıqları dəzgahlar və s. aid edilir. Birinci sinif obyektlərin idarə sistemləri idarə obyektləri ilə bir neçə əlaqə kanalı vasitəsilə birləşmiş bir idarəedici qurğu əsasında yaradılır. Belə idarə sisteminin ümumiləşmiş strukturu şəkil 8.2-də göstərilmişdir. Sistemin idarə qurğusu kimi müəyyən tip mikroprosessor əsasında qurulan mikrokontroller (MK) istifadə oluna bilər. İdarə obyektinin vəziyyəti haqqında məlumatlar normallaşdıran çeviricilər bloku (NÇB), kommutator (K) və analoq-rəqəm çeviricisi (ARÇ) vasitəsilə MK-ya ötürülür. Normallaşdıran çeviricilər bloku sistemdə idarə obyektinin çıxışındakı informasiya siqnallarının səviyyələrinin kommutatorun giriş siqnallarının səviyyələri ilə uyğunlaşdırılması üçün istifadə edilir. ARÇ obyektin çıxışındakı analoq siqnalları rəqəm koduna çevirmək üçün istifadə edilir. İdarə obyektinin vəziyyəti haqqında rəqəm məlumatları adətən MK-nın yaddaşında olan müəyyən alqoritmə uyğun olaraq çevrildikdən sonra idarəedici təsirlər /siqnallar/ hasil edilir. Bu təsirlər rəqəm-analoq çevirici (RAÇ) və icra qurğusu vasitəsilə idarə obyektinin girişinə daxil olurlar. Qeyd etmək lazımdır ki, idarə obyektlərinin çıxış siqnallarının multipleksiyası ARÇ- nin çıxışında həmişə mümkün olsa da, idarə siqnallarının MK-nın girişində multipleksiyası çox vaxt yol verilməzdir. İdarə sisteminin bu cür strukturu idarə siqnalının hər bir qiymətinin hesablama qurğusu dayandıqdan sonra da yadda saxlanması zərurəti ilə izah edilir. Şəkil 8.2. Bir idarə obyektinə malik MP idarə sisteminin strukturu 148 İdarə obyektlərinin çıxışında analoq siqnallarla yanaşı diskret siqnalları da ola bilər. Bu cür siqnalların MK-ya daxil edilməsi siqnalları formalaşdıran blok (SFB) vasitəsilə həyata keçirilir. Bu blokun vəzifəsi diskret siqnalların səviyyələrini və güclərini MK-nın giriş dövrələri ilə uzlaşdırmaqdır. Bir neçə diskret siqnal halında onların MK-ya daxil edilməsi üçün muitipieksasiyadan istifadə etmək olar. İdarə obyektinin girişində diskret tipli icra qurğusu (DİQ) (güc gücləndiriciləri, açar rejimində işləyən tiristor çeviriciləri) olan hallarda idarəedici təsirlər MK-da formalaşdırılır və RAÇ-dən istifadə etmədən DİQ-yə ötürülür. İdarə sistemi idarə obyektinin çıxış parametrlərini müəyyən qanun üzrə dəyişdirmək və ya müəyyən səviyyədə saxlamaq; obyektin çıxış parametrlərini proqram üzrə dəyişdirmək və müəyyən xarici siqnallara uyğun olaraq onların dəyişməsini izləmək; idarə obyektlərinə enerji axınını zamana görə və ya nəzarət olunan parametrin verilmiş amplitud qiymətinə görə qoşmaq və ya açmaq; idarə obyektinin vəziyyəti haqqında məlumatı yığmaq və bu məlumatı emal etmək; məlumatların və emalın nəticələrini yadda saxlamaq və s. kimi müxtəlif məsələləri həll edə bilər. Baxdığımız sistemdə mikroprosessorlu kontroller mərkəzi yer (nüvə) tutur. NÇB, K, ARÇ, RAÇ və İQ kimi digər elementlər MK ilə İO arasında əlaqəni təmin edir. Bu elementləri çox vaxt bir ümumi adla - obyektlə əlaqə qurğusu (OƏQ) kimi adlandırırlar. Sistemin bütün elementləri konstruktiv cəhətdən bir plata (çap lövhəsi) üzərində yerləşdirilə bilər və əksər hallarda bu plata obyektdə yerləşdirilir. MK müəyyən tip MP və bir neçə mikrosxem əsasında yerinə yetirilə bilər. MK-dan ayrıca götürülmüş obyektə qoşula bilən idarə vasitəsi kimi istifadə etdikdə MK və OƏQ - nin texniki parametrləri unifikasiya olunmaya da bilər, lakin bu halda məişət texnikasının ümumi qiyməti artmış olur. Texniki obyektlərin idarə sistemlərinin xərcini azaltmaq üçün bir universal MK və OƏQ komplektindən istifadə etmək olar. Bu zaman eyni idarə sistemini lazım olan hallarda müxtəlif obyektlərə qoşmaq olar. Məişət texnikasının idarə sisteminə bu cür yanaşma istifadəçi (istehlakçı) şəxsi EHM-ə malik olduğu hallarda xüsusən məqsədəuyğundur. İkinci sinif idarə obyektləri , adətən, texnoloji xətt təşkil edən qruplarda birləşirlər. Bu sinif obyektlərin idarə sistemləri bu qayda ilə, verilmiş səviyyəli birkonturlu idarə sistemləri yığımı şəklində, qurula bilər (şəkil 8.3). Bu halda obyektlərdən hər birinin lokal idarə sistemi başqa sistemlərdən asılı olmayaraq işləyir. Lazım olan hallarda obyektlərin vəziyyətləri haqqındakı məlumat bir qrup obyektlər üçün ümumi olan idarə məsələlərini həll etmək üçün mərkəzi hesablama qurğusuna ötürülə bilər. 149 Eyni məsələləri bütün qrup obyektləri idarə edən mərkəzi MK-dan istifadə etməklə də həll etmək olar (şəkil 8.4). Bu sistemlərin hər birinin müsbət və mənfi cəhətləri vardır. Paylanmış idarə sistemlərində bir neçə MK-dan istifadə edilir, Təbiidir ki, belə sistemin qiyməti baha olur, lakin etibarlılıq yüksək olur, çünki MK-dan birinin sıradan çıxması texnoloji prosesə, demək olar, təsir göstərmir. Mərkəzi MK-ya malik idarə sistemlərinin xərci azdır, lakin etibarlılığı aşağı olur, çünki bütün sistemin işi bir mərkəzi MK-dan asılıdır. Şəkil 8.3. Qrup obyektə malik MP-li idarə sisteminin strukturu Layihə olunan MP sistemlərin idarə olunması prinsipinin seçilməsi qiymət, etibarlılıq, çeviklik, real zaman müddətində işləyə bilmə qabiliyyəti və s. kimi qarşılıqlı əlaqəli faktorlardan asılıdır. Məişət texnikasının seçimi zamanı, əksər hallarda, qiymət və etibarlılıq kimi iki faktor daha həlledici olur. Şəkil 8.4. Mərkəzi MK ilə idarəolunan qrup obyektlərin MP-li idarə etmə sisteminin strukturu Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling