Azərbaycan Respublikası Təhsil Nazirliyi
Mikroprosessorlu idarə etmə qurğuları
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- 8.8.1. Rəngli televizorun idarəetmə sistemi.
8.8. Mikroprosessorlu idarə etmə qurğuları
Rəngli televizorun və elektrik intiqalının idarə edilməsində istifadə olunan MP sistemlərinin misalında mikroprosessorlu idarə etmə qurğularının qurulma prinsiplərini, fərqli cəhətlərini və sxemotexniki xüsusiyyətlərini nəzərdən keçirək. 8.8.1. Rəngli televizorun idarəetmə sistemi. Bütün növ REA-larda olduğu kimi, televizorların da estetik görünüşü və istismar zamanı servis imkanları onların keyfiyyətinə əsaslı olaraq təsir edir. 154 Televiziya qəbuledicilərinin bu və ya digər modelinin ön panelinin tərtib olunması xüsusiyyətlərinə və tətbiq edilən servis qurğularına uyğun olaraq idarə bloklarının və proqram seçən qurğunun bir neçə müxtəlif tipindən istifadə olunur. Bu tip sistemlərin idarə etmə bloklarının ümumi cəhəti onlarda səsin, parlaqlığın, kontrastın və təsvirin dolğunluğunun tənzimlənməsi platalarının (çap lövhələrinin) olmasıdır. İdarə blokunda bütün tənzimləmələr klassik passiv tənzimləyicilər əsasında yerinə yetirilmişdir. Proqramın seçilməsi düymə konstruksiyanın və seçilmiş proqramın işıq indikasiyası köməyi ilə həyata keçirilir. REA-nın servis imkanlarının inkişaf tendensiyası göstərilən bloklarda istifadə olunan idarə üsullarından imtina etməyə və idarə və indikasiyanın rəqəm üsullarından istifadə olunmasına əsaslanır. Bu məqsədlə MP vasitələrindən istifadə olunması televizorun kökləməsini, onun kanallarının seleksiyasını, səsin səviyyəsinin avtomatik saxlanmasını, parlaqlığı, rəng dolğunluğunu və kontrastı təmin etməkdir. Televizora qoşula bilən (daxil edilən) MK-lar elektromexaniki detalların aradan götürülməsi hesabına onun işinin etibarlığını artırır, idarə olunmanın çevikliyini artırır, müxtəlif modellərin unifikasiyası üçün baza yaradır, idarə funksiyalarının ancaq proqram təminatının dəyişməsi yolu ilə modifikasiyalarının yaradılmasını təmin edir. Qoşula bilən (daxil edilən) MK-lara aşağıdakı funksiyaların yerinə yetirilməsi tapşırılır: - qəbuledicinin məsafədən idarə edilməsi; - televiziya kanallarının avtomatik sorğusu və indikasiyası; - müxtəlif televiziya proqramları ötürücülərinin tezliklərinə uyğun gələn kodların yadda saxlanması; - istifadəçi tərəfindən müəyyən edilmiş səsin, parlaqlığın, kontrastın və rəng dolğunluğunun səviyyələrinin yadda saxlanması; - televiziya proqramlarının tarixinin və vaxtının yadda saxlanması və indikasiyası; - qəbuledicinin müəyyən vaxt üçün (video- və ya audiomaqnitofonlara yazılışı imkanını nəzərə almaqla) iş rejiminin proqramlaşdırılması; - telemərkəzdən siqnal olmadığı halda qəbuledicinin avtomatik söndürülməsi və s. Televizorun idarəsi üçün bir kristallı mikroprosessor kontrollerlərinin istifadəsi daha əlverişlidir. Böyük olmayan, yenidən proqramlaşdırıla bilən daimi və məhdud operativ yaddaşı olan MK-lar öz kristalında proqramlaşdırılan bir neçə daxiletmə/xaricetmə portlarına, taymerə və kəsilmələrin və başlanğıc vəziyyətin təşkili üçün vasitələrə malik olurlar. OYQ və DYQ həcmlərini 155 artırmaq üçün MK –n bir sıra tiplərində, onlar xarici yaddaşla tamamlana bilərlər. Bu halda onlar idarəedici MP sistemlərinin yaradılması üçün rahat və səmərəli vasitə olurlar. Şəkil 8.7. Rəngli televizoru idarə edən MP sistemin prinsipial sxemi Rəngli televizorun idarə MS-ni yaratmaq üçün K1816BE48 tipli bir kristallı MK-dan istifadə etmək mümkündür. MK-nın kristalında 64 bayt həcmində OYQ və həcmi 1 Kbayt olan yenidən proqramlaşdırıla bilən DYQ yerləşir. Maksimum takt tezliyi 6 MHs təşkil edir və 580BM80A tipli MP-nin tezliyindən 3 dəfə artıqdır. DYQ-nun həcmi lokal idarə obyektlərinin avtomatlaşdırılmasının bir çox praktik halları üçün tamamilə kifayətdir. Rəngli televizorun idarə MS-nin sxemi şəkil 8.7-də göstərilmişdir. MK K1816BE48 idarə MS-nin strukturunda bütün əsas idarə funksiyalarını yerinə yetirir: - televizor istifadəçisinin istəyi ilə səsin ucalığının, kontrastın, parlaqlığın, təsvirin dolğunluğunun tənzimlənməsi; - rəqəm üsulu ilə proqramların çevrilməsi; - TV proqram kanallarının rəqəmli indikasiyası; - telemərkəzdən siqnal olmadıqda televizorun söndürülməsi; - sınaq siqnalının formalaşdırılması. 156 Bir kristallı MK əsasında idarə funksiyalarının həyata keçirilməsi istismarın rahatlığını və sistemin dicər başqa üsullara nəzərən səmərəliliyini təmin edir. Birkristallı MK idarə MS-də P1 və P2 daxilolma portlarının dərəcələrinə qoşulmuş KN1...KN10 düymələrin vəziyyətlərini təyinetmə və skanlama rejimində olur. Düymələrdən birinin basılması faktının aşkar edilməsi P0 xaricolma portunun P0.4 – P0.7 dərəcələrinə daxil olan impuls ardıcıllığının dərinliyinin dəyişməsi baş verir. Proqramlanan dərinliyə malik düzbucaqlı impulslar RC-süzgəcə (R4, R5 və C4 elementləri) və sonra impuls ardıcıllığını analoq gərginliyə çevirən çeviriciyə daxil olurlar. Dəyişən dərinliyə malik düzbucaqlı formalı impulslar C4 tutumunu müxtəlif cür doldurduğundan VT1 tranzistorunun kollektorundakı çıxış gərginliyi impulsların dərinliyinə mütənasib olacaqdır. Analoq çıxış gərginliyi basılan klavişdən asılı olaraq səsin ucalığını, kontrastı, parlaqlığı, təsvirin dolğunluğunu dəyişməyə qulluq edir. İdarə MS-də hər bir tənzimlənən parametr üçün manivella, sürgü qolu qoşulmuş iki klavişdən istifadə olunduğundan tələb olunan parametrin müxtəlif istiqamətlərdə idarə edilməsi mümkündür. P2 daxilolma portunun P2.0 və P2.1 dərəcələrinə qoşulmuş KN1...KN10 düymələri proqram kanalını seçmək üçündür. Basılan klavişdən asılı olaraq DD2 sayğacının məzmunu proqram qaydası ilə artır və ya azalır. DD2 sayğacının çıxışları proqram nömrələrinin indikasiyası üçün yeddi seqmentli DD3 deşifrləyiciyə və DD7 rəqəm indikatoruna və həmçinin, DD5, DD6 invertorları vasitəsi ilə televizor proqramlarını qoşan açıq bloku idarə edən DD4 deşifrləyiciyə qoşulmuşlar. Göstərilən prosedura telemərkəzdən KSİ siqnalı olduqda yerinə yetirilir. Telemərkəz öz işini qurtardıqdan sonra KSİ siqnalı olmadıqda MK-nın ZPR girişinə kəsilmələrə sorğu siqnalı daxil olur və cari əmr yerinə yetirildikdən sonra MK kəsilmə altproqramı yerinə yetirməyə başlayır və eyni zamanda MK- nın taymerini qoşur. Taymerdə gecikmə müddəti başa çatdıqdan sonra P0 xaricolma portunun P0.2 dərəcəsində “1” məntiq siqnalı yaranır. Bu siqnal VT5 tranzistorunu kəsmə rejiminə çevirir və nəticədə K1 relesi işə düşür və televizor bağlanır. P2 daxilolma portunun P2.2 və P2.7 dərəcələri sınaq siqnalları generatorunu idarə etmək üçündür. P2 portunun və P2.2 və P2.7 dərəcələrində siqnalların proqram səviyyələrini dəyişməklə, avtonom standart generatordan istifadə etmədən, sınaq siqnallarının geniş spektrini təmin etmək olar. Televizorun gövdəsində proqramlanan sınaq siqnalları generatorunun olması televizorun ev şəraitində keyfiyyətli köklənməsini təmin edir. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling