Azərbaycan Respublikası Təhsil Nazirliyi


Mikroprosessorlu idarə etmə qurğuları


Download 5.01 Kb.
Pdf ko'rish
bet73/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   69   70   71   72   73   74   75   76   ...   157
Bog'liq
2014-2730 (2)

8.8. Mikroprosessorlu idarə etmə qurğuları 
Rəngli televizorun və elektrik intiqalının idarə edilməsində istifadə olunan 
MP sistemlərinin misalında mikroprosessorlu idarə etmə qurğularının qurulma 
prinsiplərini, fərqli cəhətlərini və sxemotexniki xüsusiyyətlərini nəzərdən 
keçirək. 
8.8.1. Rəngli televizorun idarəetmə sistemi.
Bütün növ REA-larda olduğu kimi, televizorların da estetik görünüşü və 
istismar zamanı servis imkanları onların keyfiyyətinə əsaslı olaraq təsir edir. 


154
Televiziya qəbuledicilərinin bu və ya digər modelinin ön panelinin tərtib 
olunması xüsusiyyətlərinə və tətbiq edilən servis qurğularına uyğun olaraq idarə 
bloklarının və proqram seçən qurğunun bir neçə müxtəlif tipindən istifadə 
olunur. Bu tip sistemlərin idarə etmə bloklarının ümumi cəhəti onlarda səsin, 
parlaqlığın, kontrastın və təsvirin dolğunluğunun tənzimlənməsi platalarının 
(çap lövhələrinin) olmasıdır. İdarə blokunda bütün tənzimləmələr klassik passiv 
tənzimləyicilər əsasında yerinə yetirilmişdir. Proqramın seçilməsi düymə 
konstruksiyanın və seçilmiş proqramın işıq indikasiyası köməyi ilə həyata 
keçirilir. 
REA-nın servis imkanlarının inkişaf tendensiyası göstərilən bloklarda 
istifadə olunan idarə üsullarından imtina etməyə və idarə və indikasiyanın rəqəm 
üsullarından istifadə olunmasına əsaslanır. Bu məqsədlə MP vasitələrindən 
istifadə olunması televizorun kökləməsini, onun kanallarının seleksiyasını, səsin 
səviyyəsinin avtomatik saxlanmasını, parlaqlığı, rəng dolğunluğunu və kontrastı 
təmin etməkdir. Televizora qoşula bilən (daxil edilən) MK-lar elektromexaniki 
detalların aradan götürülməsi hesabına onun işinin etibarlığını artırır, idarə 
olunmanın çevikliyini artırır, müxtəlif modellərin unifikasiyası üçün baza 
yaradır, idarə funksiyalarının ancaq proqram təminatının dəyişməsi yolu ilə 
modifikasiyalarının yaradılmasını təmin edir.
Qoşula bilən (daxil edilən) MK-lara aşağıdakı funksiyaların yerinə 
yetirilməsi tapşırılır: 

qəbuledicinin məsafədən idarə edilməsi; 

televiziya kanallarının avtomatik sorğusu və indikasiyası; 

müxtəlif televiziya proqramları ötürücülərinin tezliklərinə uyğun 
gələn kodların yadda saxlanması; 

istifadəçi tərəfindən müəyyən edilmiş səsin, parlaqlığın, kontrastın 
və rəng dolğunluğunun səviyyələrinin yadda saxlanması; 

televiziya proqramlarının tarixinin və vaxtının yadda saxlanması və 
indikasiyası; 

qəbuledicinin müəyyən vaxt üçün (video- və ya 
audiomaqnitofonlara yazılışı imkanını nəzərə almaqla) iş rejiminin 
proqramlaşdırılması; 

telemərkəzdən siqnal olmadığı halda qəbuledicinin avtomatik 
söndürülməsi və s.
Televizorun idarəsi üçün bir kristallı mikroprosessor kontrollerlərinin 
istifadəsi daha əlverişlidir. Böyük olmayan, yenidən proqramlaşdırıla bilən 
daimi və məhdud operativ yaddaşı olan MK-lar öz kristalında proqramlaşdırılan 
bir neçə daxiletmə/xaricetmə portlarına, taymerə və kəsilmələrin və başlanğıc 
vəziyyətin təşkili üçün vasitələrə malik olurlar. OYQ və DYQ həcmlərini 


155
artırmaq üçün MK –n bir sıra tiplərində, onlar xarici yaddaşla tamamlana 
bilərlər. Bu halda onlar idarəedici MP sistemlərinin yaradılması üçün rahat və 
səmərəli vasitə olurlar. 
Şəkil 8.7. Rəngli televizoru idarə edən MP sistemin prinsipial sxemi 
Rəngli televizorun idarə MS-ni yaratmaq üçün K1816BE48 tipli bir 
kristallı MK-dan istifadə etmək mümkündür. MK-nın kristalında 64 bayt 
həcmində OYQ və həcmi 1 Kbayt olan yenidən proqramlaşdırıla bilən DYQ 
yerləşir. Maksimum takt tezliyi 6 MHs təşkil edir və 580BM80A tipli MP-nin 
tezliyindən 3 dəfə artıqdır. DYQ-nun həcmi lokal idarə obyektlərinin 
avtomatlaşdırılmasının bir çox praktik halları üçün tamamilə kifayətdir. Rəngli 
televizorun idarə MS-nin sxemi şəkil 8.7-də göstərilmişdir. 
MK K1816BE48 idarə MS-nin strukturunda bütün əsas idarə 
funksiyalarını yerinə yetirir: 

televizor istifadəçisinin istəyi ilə səsin ucalığının, kontrastın, 
parlaqlığın, təsvirin dolğunluğunun tənzimlənməsi;

rəqəm üsulu ilə proqramların çevrilməsi; 

TV proqram kanallarının rəqəmli indikasiyası; 

telemərkəzdən siqnal olmadıqda televizorun söndürülməsi; 

sınaq siqnalının formalaşdırılması. 


156
Bir kristallı MK əsasında idarə funksiyalarının həyata keçirilməsi 
istismarın rahatlığını və sistemin dicər başqa üsullara nəzərən səmərəliliyini 
təmin edir. 
Birkristallı MK idarə MS-də P1 və P2 daxilolma portlarının dərəcələrinə 
qoşulmuş KN1...KN10 düymələrin vəziyyətlərini təyinetmə və skanlama 
rejimində olur. Düymələrdən birinin basılması faktının aşkar edilməsi P0 
xaricolma portunun P0.4 – P0.7 dərəcələrinə daxil olan impuls ardıcıllığının 
dərinliyinin dəyişməsi baş verir. Proqramlanan dərinliyə malik düzbucaqlı 
impulslar RC-süzgəcə (R4, R5 və C4 elementləri) və sonra impuls ardıcıllığını 
analoq gərginliyə çevirən çeviriciyə daxil olurlar. Dəyişən dərinliyə malik 
düzbucaqlı formalı impulslar C4 tutumunu müxtəlif cür doldurduğundan VT1 
tranzistorunun kollektorundakı çıxış gərginliyi impulsların dərinliyinə 
mütənasib olacaqdır. Analoq çıxış gərginliyi basılan klavişdən asılı olaraq səsin 
ucalığını, kontrastı, parlaqlığı, təsvirin dolğunluğunu dəyişməyə qulluq edir. 
İdarə MS-də hər bir tənzimlənən parametr üçün manivella, sürgü qolu qoşulmuş 
iki klavişdən istifadə olunduğundan tələb olunan parametrin müxtəlif 
istiqamətlərdə idarə edilməsi mümkündür. 
P2 daxilolma portunun P2.0 və P2.1 dərəcələrinə qoşulmuş KN1...KN10 
düymələri proqram kanalını seçmək üçündür. Basılan klavişdən asılı olaraq DD2 
sayğacının məzmunu proqram qaydası ilə artır və ya azalır. DD2 sayğacının 
çıxışları proqram nömrələrinin indikasiyası üçün yeddi seqmentli DD3 
deşifrləyiciyə və DD7 rəqəm indikatoruna və həmçinin, DD5, DD6 invertorları 
vasitəsi ilə televizor proqramlarını qoşan açıq bloku idarə edən DD4 
deşifrləyiciyə qoşulmuşlar. 
Göstərilən prosedura telemərkəzdən KSİ siqnalı olduqda yerinə yetirilir. 
Telemərkəz öz işini qurtardıqdan sonra KSİ siqnalı olmadıqda MK-nın ZPR 
girişinə kəsilmələrə sorğu siqnalı daxil olur və cari əmr yerinə yetirildikdən 
sonra MK kəsilmə altproqramı yerinə yetirməyə başlayır və eyni zamanda MK-
nın taymerini qoşur. Taymerdə gecikmə müddəti başa çatdıqdan sonra P0 
xaricolma portunun P0.2 dərəcəsində “1” məntiq siqnalı yaranır. Bu siqnal VT5 
tranzistorunu kəsmə rejiminə çevirir və nəticədə K1 relesi işə düşür və televizor 
bağlanır. 
P2 daxilolma portunun P2.2 və P2.7 dərəcələri sınaq siqnalları 
generatorunu idarə etmək üçündür. P2 portunun və P2.2 və P2.7 dərəcələrində 
siqnalların proqram səviyyələrini dəyişməklə, avtonom standart generatordan 
istifadə etmədən, sınaq siqnallarının geniş spektrini təmin etmək olar. 
Televizorun gövdəsində proqramlanan sınaq siqnalları generatorunun olması 
televizorun ev şəraitində keyfiyyətli köklənməsini təmin edir. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   69   70   71   72   73   74   75   76   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling