Azərbaycan Respublikası Təhsil Nazirliyi
8.8.2. Elektrik intiqalının idarə sistemi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
157 8.8.2. Elektrik intiqalının idarə sistemi. Elektrik intiqalının mikrokontroller əsasında yaradılan idarə sisteminin strukturu şəkil 8.8 – də göstərilmişdir. Bu sistem adi qapalı nəzarət sisteminə yaxındır. Sistemə çıxış parametri valın fırlanma sürəti olan elektrik mühərrikindən (EM) ibarət idarə obyekti; mühərrikin girişində idarəedici gərginlik yaradan tiristor çeviricisi (TÇ); fırlanma sürətini fırlanmanın dairəvi tezliyinə çevirən ilkin çevirici (İSTÇ); fırlanma tezliyini rəqəm koduna çevirən ikinci çevirici (TRÇ) və fırlanma tezliyi haqqında giriş informasiyanı işləyən və tiristorun açılma bucağını idarə edən MP daxildir. MK –nın strukturu şəkil 8.5- də göstərilən struktura analojidir və OYQ, DYQ, YPDYQ və operator pultundan ibarətdir. Şəkil 8.8. Elektrik intiqalının idarə sisteminin strukturu İdarə obyekti ilə əlaqə üçün MK platasında paralel adapterin iki korpusu və proqramlaşdırılan taymerin korpusu yerləşdirilmişdir Paralel adapterin BİS-i üç proqramla idarə olunan 8 - dərəcəli porta malikdir. Hər bir port vasitəsilə ötürmənin istiqamətini proqram köməyi ilə dəyişdirmək mümkündür. Proqramlaşdırılan taymerin BİS-i davametmə müddəti proqramla idarə olunan idarəedici impuls formalaşdırmaq üçün istifadə edilir. Tiristor çeviricisi elektrik mühərrikinin girişində idarəedici gərginliyin formalaşdırılması üçün nəzərdə tutulmuşdur. Tezlik-kod çeviricisi tezliyi 8-dərəcəli rəqəm indikatoru ilə ölçmək üçün nəzərdə tutulan sxemdən ibarətdir. Siqnal ilkin çeviricidən elektron açarının girişinə daxil olur. Onun ikinci girişinə etalon tezlik formalaşdırıcısından tezliyi 7 Hs olan düzbucaqlı impulslar verilir. Bunun nəticəsində ilkin çeviricinin impuls siqnalları açardan ancaq tezliyi 4 Hs olan impulsların davametmə müddətində keçirlər. Bu müddətdə keçən impulsların sayı nəzarət olunan siqnalın (100...1000Hs) tezliyindən asılıdır. Açardan keçən impulslar ikilik- 158 onluq sayğacla sayılır və 8 indikatorda işıqlanır. Sayğacın çıxışındakı kod paralel olaraq Mk-nın girişinə verilir və paralel adapterin KA kanalı vasitəsi ilə MP-nin akkumulyatoruna daxil edilir. Növbəti ölçmə aparmaq üçün sayğacların ilkin vəziyyətə qaytarılması proqram yolu ilə adapterin KC kanalının C 1 mərtəbəsindən sayğacların C 0 girişlərinə idarəedici siqnal hesabına təmin edilir. İlkin çevirici mühərrikin valının fırlanma sürətini tezliyi uyğun olaraq dəyişən elektrik siqnalına çevirmək üçün nəzərdə tutulmuşdur. Çevirici dəyişən cərəyan gücləndiricisinə malik maqnitoelektrik qurğu şəklində hazırlanmışdır (şəkil 8.9). Mühərrikin valına bərkidilmiş dişli disk fırlandıqda dişlə L sarğısı arasındakı boşluğun dəyişməsindən asılı olaraq sarğıda dəyişən e.h.q. yaradır. Bu e.h.q. çeviriciyə daxil edilmiş (çeviricidə quraşdırılmış) gücləndirici tərəfindən gücləndirilir. Onun çıxış impulslarının tezliyi dişli diskin fırlanma tezliyinə və buna uyğun olaraq mühərrikin valının fırlanma sürətinə mütənasib olur. Sarğıda yarana dəyişən e.h.q. C1 ayırıcı kondensator vasitəsi ilə VT1 tranzistorunun bazasına verilir. R1-R4 rezistorları tranzistorun iş rejimini təmin etmək üçündür. Seçilmiş 1san ölçmə müddətində diskin dişlərinin 60 sayında nəticə taxometrin rəqəm tablosunda dövr/dəqiqə şəklində göstərilir. Bu sistemdə idarə alqoritmi kimi K ötürmə əmsalı ilə sadə mütənasib idarədən istifadə edilir. Ötürmə əmsalının qiyməti universal kontrollerin yaddaş yuvasında yadda saxlanılır və proqram üzrə dəyişdirilə bilər. Mühərriki idarə etmək üçün məlumatın MK-dan çıxarılması interval taymerinin birinci kanalı və tiristorlu güc gücləndiricisinin idarə sxemi vasitəsi ilə həyata keçirilir. İdarə siqnalının MK-nın yaddaş yuvasında saxlanılan qiyməti haqqındakı məlumat gözləyən multivibrator rejimində proqramlaşdırılan taymerin sayğacında yazılır. İdarə sxemi mühərrikin idarəolunma gərginliyini 0...230 V diapazonunda dəyişməyə imkan verir. Şəkil 8.9. İlkin çeviricinin prinsipial elektrik sxemi 159 Sistemin bütün hissələrinin qarşılıqlı təsiri və uzlaşdırılması proqram təminatı yüklənmiş İS ilə həyata keçirilir. İdarə sözlərini (siqnalları) paralel adapterə və interval taymerinə köçürdükdən sonra taymerin sayğacının ünvanı üzrə mühərrikin başlanğıc fırlanma sürətinin verilməsi həyata keçirilir. Bu qiymət əvvəlcədən MK-nın yaddaşında saxlanılırdı. Mühərriki işə salmaq üçün lazım olan müddət altproqram kimi istifadə olunan gecikmə proqramı ilə formalaşdırılır. Gecikmənin müddətinin qiyməti MP-nin registrində lazım olan sayı yazmaqla təmin edilir. Mühərrikin fırlanma tezliyi haqqında informasiyanın daxil edilməsi tezlik ölçənin “işəsalma” siqnalı ilə MP-nin akkumulyatorundan idarəedici kodun adapterin KC kanalına verilməsi, tezliyin koda çevrilməsinə olan gecikmənin həyata keçirilməsi və informasiya kodunun KA kanalı üzrə MP-nin B registrinə daxil edilməsi yolu ilə həyata keçirilir. Qeyri-bərabərliyin qiyməti və işarəsi təyin edildikdən sonra idarəedici təsirin yeni qiyməti hesablanır və proses təkrarlanır. Yeni qiymət MK-nın yaddaşına yazılır. Bu sistemin sərt məntiqə malik sistemlərdən üstün cəhəti istənilən iş rejimlərinin proqramlaşdırıla bilməsindədir. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling