Azərbaycan Respublikası Təhsil Nazirliyi


Mikroprosessorlu kontrollerin strukturu


Download 5.01 Kb.
Pdf ko'rish
bet71/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   67   68   69   70   71   72   73   74   ...   157
Bog'liq
2014-2730 (2)

8.6. Mikroprosessorlu kontrollerin strukturu 
 
Kontrollerlər mürəkkəb texniki qurğu olub rəqəm məlumatların emalı 
üçün nəzərdə tutulmuşdur. Adətən kontrollerlər, mikroprosessor sisteminin tələb 
olunan funksiyalarını daha yaxşı təmin edən mikroprosessor əsasında qurulur. 
Mikroelektronika qurğuları əsasında qurulduğundan çox vaxt bu qurğunu 
mikrokontroller adlandırırlar (MK). MK-nın tipik strukturu şəkil 8.5 –də 
göstərilmişdir. 


150
Şəkil 8.5. Mikrokontrollerin strukturu. 
Kontroller iki əsas hissədən - nüvə və daxiletmə/xaricetmə modulundan 
ibarətdir. Kontrollerin nüvəsini MP, sistem kontrolleri (SK) və yaddaş qurğusu 
təşkil edir. Kontrollerin strukturunda MP əsas rolu oynayır. MP sistemin xarici 
qurğularından daxil olan məlumatların - verilənlərin hesab və məntiq emalını 
həyata keçirir və sistem kontrolleri ilə birlikdə MS-nin bütün qurğuları arasında 
informasiya axınını / mübadiləsini idarə edir. MP-nin idarə obyektləri ilə əlaqəsi 
OƏQ və sistem şinləri vasitəsi ilə həyata keçirilir. Sistem şinləri verilənlər şininə 
(VŞ), ünvan şininə (ÜŞ) və idarə şininə (İŞ) ayrılırlar. OƏQ - nun verilənlər 
şininə qoşulması sistemin daxiletmə/xaricetmə portları vasitəsilə həyata keçirilir. 
Portlar adətən sistemin interfeysinin tərkibinə daxil olur. İnterfeys dedikdə, MP 
ilə hesablama qurğusu arasında informasiya mübadiləsini təmin edən proqram 
və aparat vasitələri yığımı başa düşülür.
İdarə obyektinin vəziyyəti haqqındakı informasiya OƏQ və verilənlər şini 
vasitəsi ilə MP-yə ötürülür. İdarə siqnalları da bu şinlə MP-dən idarə obyektinə 
ötürülür. Bu hesaba MK-nın verilənlər şini iki istiqamətli olur. Bu şinin dərəcəsi 
adətən MP-nin hesab-məntiq qurğusunun dərəcəsinə uyğun gəlir və nəzərdə 
tutulan ikilik ədədlərin diapazonunu təyin edir. 
Sistemin hesablama qurğusuna müraciəti hər bir hesablama qurğusuna 
verilmiş ünvan vasitəsilə həyata keçirilir. Hesablama qurğusunun (HQ) ünvanı 
rəqəm ikilik koddan ibarətdir və MP-dan HQ-na ötürülür. HQ-nun ünvanı bir 
istiqamətli ünvan şini vasitəsilə ötürülür. ÜŞ-nin dərəcəsi müxtəlif MP-ə malik 
sistemlərdə 8, 16, 32 ikilik dərəcə təşkil edir. Dərəcə çox olduqca kodlaşdırılan 
ünvanların sayı da çox olur. Məsələn, n-dərəcəli ÜŞ-i üçün sistemin ünvan 
oblastının həcmi V=2

olur. 16-dərəcəli ÜŞ-i üçün ünvan zonasının həcmi V = 
2
16 
= 2
6
2
10
= 64
1024=64K olur.


151
İdarə şini (İŞ) sistem idarə siqnallarının MP-dən HQ-na və əks 
istiqamətdə ötürmək üçündür. İŞ-i elə qurulmuşdur ki, onun hər bir naqili üzrə 
idarə siqnalı ancaq bir istiqamətdə ötürülür. MP və HQ arasında lazım olan 
əməliyyatları təmin edən sistem idarə siqnallarının formalaşdırılması sistem 
kontrollerində, MP-nin bir sıra idarə siqnallarından istifadə olunması hesabına, 
həyata keçirilir. Ona görə də, SK-ni sistemin ilkin idarə qurğusu və ya ilkin 
avtomatı hesab etmək olar. İlkin avtomatın əsas vəzifəsi MK-nın bütün qurğuları 
arasında düzgün qarşılıqlı əlaqəni təmin etməkdir. 
Proqramları və verilənləri yadda saxlamaq üçün MK-nın nüvəsi operativ 
(OYQ), daimi (DYQ) və proqramlaşdırıla bilən (PYQ) yaddaş qurğularına malik 
olur. DYQ ancaq idarə proqramlarını yadda saxlamaq üçün istifadə olunur. 
Xüsusi sazlama vasitələrində yaradılan və sazlanan bu proqramlar zavod 
şəraitində DYQ-na köçürülür və istifadəçi bu proqramları dəyişə bilməz. PYQ 
DYQ-dan onunla fərqlənir ki, burada istifadəçi onun məzmununu dəyişə bilər, 
yeni proqram yaza bilər. OYQ əsas idarə proqramını yerinə yetirmək üçün lazım 
olan verilənləri yadda saxlamaq üçün istifadə olunur. Yaddaşın yuvalarına 
(özəklərinə) müraciət ünvan üzrə həyata keçirilir. Ünvanlar ünvan şininə MP-
nin əmrlər sayğacı ilə ötürülür. ÜŞ-nin dərəcələrinin bir hissəsi bilavasitə 
yaddaşın mikrosxeminə ötürülür, digər hissəsi (böyük dərəcələr) isə yaddaş 
mikrosxemini seçmək üçün deşifrləmə sxemində istifadə olunur. Beləliklə, ÜŞ-
də hər bir ünvan mikrosxemin mövqeyini və onun içərisində konkret yuvanı 
(özəyi) müəyyən edir. 
MS-nin istənilən idarə alqoritmi DYQ-nun yuvalarında yerləşən idarəedən 
proqramla həyata keçirilir. MP-nin müəyyən zaman anında uyğun əməliyyatı 
yerinə yetirməsi üçün o, yaddaş yuvasından əməliyyat kodunu çıxarır. Yaddaş 
yuvasından əməliyyat kodunun oxunması prosedurası aşağıdakı kimidir: MP 
YŞ-nə yaddaş yuvasının ünvanını göndərir, İŞ-də sistem idarəedici “yaddaşın 
oxunması” siqnalı formalaşır və verilənlər (YQ-nun məzmunu) VŞ-i vasitəsi ilə 
MP-yə daxil olur. Əməliyyat kodu təyin edildikdən sonra əməliyyatın yerinə 
yetirilməsi - ya verilənlərin MP və yaddaş yuvaları arasında, ya da MP və İO 
arasında ötürülməsi baş verir. Sonuncu halda verilənlər MP-VŞ – daxiletmə/ 
xaricetmə modulu - OƏQ-İO istiqamətində, və ya əks istiqamətdə ötürülür. 
İdarəedici kontrollerlərin xüsusiyyəti ondadır ki, onların tərkibinə 
proqramın sazlanması vasitəsi daxil olmur, çünki MK-nın proqram kitab-
xanasını təşkil edən proqram modullarının əsas yığımı zavod şəraitində onun 
yaddaşına köçürülür və dəyişdirilə bilməz. İstifadəçinin ancaq proqram 
modullarının əldə olan yığımından idarəetmənin konturunun konfiqurasiyasını 
tərtib etmək imkanı vardır. Bu məqsəd üçün MK idarə pultu ilə təchiz olunur. 


152
Operator pultunun köməyi ilə idarə pultunun panelindəki xüsusi əmrlərdən 
istifadə edərək tələb olunan idarə alqoritmi seçilir. 
Rəqəm mikrosxemlərinin inteqrasiya dərəcəsinin artması hazırda bir 
kristal əsasında yerinə yetirilən sənaye MK-n yaradılmasına imkan vermişdir. 
Belə kontrollerin kristalında MP-dən başqa yaddaş modulu, interfeys sxemləri 
və hətta taymer yerləşdirilir. Mahiyyətcə bu cür MK-lar aşağı məhsuldarlıqlı 
birkristallı EHM-dır. Yenidən proqramlaşdırıla bilən birkristallı MK-ya nümunə 
olaraq K1816 və K145 seriyadan olan MK-ları göstərmək olar. Birkristallı MK 
əsasında MP sistemlərinin yaradılması obyekt ilə proqram təminatı arasında 
qoşulma qurğusunun yaradılmasını tələb edir. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   67   68   69   70   71   72   73   74   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling