Azərbaycan Respublikası Təhsil Nazirliyi


Mikroprosessorların təsnifatı


Download 5.01 Kb.
Pdf ko'rish
bet67/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   63   64   65   66   67   68   69   70   ...   157
Bog'liq
2014-2730 (2)

8.2. Mikroprosessorların təsnifatı
Mikroprosessor mikroelektronika texnologiyası ilə hazırlanmış proqramla 
idarə olunan qurğudur və rəqəm məlumatların emalı üçün nəzərdə tutulmuşdur. 
MP həm inteqral sxemlərə, həm də hesablama texnikasına xas olan 
parametrlərlə xarakterizə olunur. MP inteqral mikrosxem kimi inteqral 
texnologiyaya xas olan cəldlik, güc sərfi, qida gərginliyinin səviyyələri, 
inteqrasiya dərəcəsi, etibarlılığı, dəyəri, temperatur diapazonu və s. kimi 
parametrlərlə xarakterizə olunur. MP hesablama qurğusu kimi təyinatı, dərəcəsi, 
arxitekturasının tipi, idarə üsulu, emal olunan informasiyanın növü, stek 
yaddaşının növü, daxili registrlərin sayı, birbaşa ünvanlanan yaddaşın həcmi, 
kəsilmə səviyyələrinin sayı və s. kimi parametrlərlə xarakterizə olunur. 
Təyinatına görə MP universal və xüsusiləşdirilmiş növlərə ayrılırlar. 
Xüsusiləşdirilmiş MP universal MP –dən fərqli olaraq, tətbiq sahəsi ilə əlaqədar 
bir sıra mühüm parametrlərinə görə optimallaşdırılır. Məsələn, K145 
seriyasından olan MP məişət texnikasında tətbiq edilir. Onların əsasında sadə, 
ucuz, az güc sərf edən, yüksək maneədavamlılığına və etibarlılığa malik
mikrokontrollerlər yaradılır. Bu parametrlər kütləvi istifadə hallarında daha 
əhəmiyyətli olurlar. Universal MP müəyyən bir sahə üçün nəzərdə tutulmur. 
Onların əsasında mürəkkəb hesablama qurğularından tutmuş müxtəlif texnoloji 
proseslərin avtomatlaşdırılmış sadə lokal sistemlərə qədər qurğular yaradılır.
Hazırlanma texnologiyasına görə MP mikro və makro proqramlaşdırılan 
MP-lərə bölünürlər. İstənilən tip MP-də əmrlərin yerinə yetirilməsi mikro 
əməliyyatlar şəklində həyata keçirilir. Mikroəmrlər idarə qurğusundan MP-nin 


143
qovşaqlarına daxil olan siqnalların təsiri altında yerinə yetirilir. İdarə 
siqnallarının formalaşdırılması üsulundan asılı olaraq iki idarə üsulu mövcuddur. 
Sxem və ya “sərt” adlanan birinci üsulda idarə siqnalları idarə qurğusunda 
formalaşdırılır. Burada dəyişmələr mümkün deyil. Odur ki, bu üsul konkret bip 
əmrlər sistemini yerinə yetirirlər. “Sərt” idarəyə malik MP-lər 
makroproqramlaşdırılan MP-lərə aid edilir.
İkinci üsul mikroproqram idarə sistemidir. Mikroproqramlaşan MP-lərdə 
DYQ-da hər bir əmrə uyğun mikroproqram nəzərdə tutulur. Hər bir 
mikroproqram müəyyən mikroəməliyyatları yerinə yetirilməsini təmin edən 
mikroəmrlərin yığımından ibarət olur. Odur ki, müəyyən əmri yerinə yetirmək 
üçün əmrlərin DYQ-dan müəyyən mikroproqramı çağırmaq lazım gəlir. Yeni 
əmrlərin yazılması lazım olan hallarda əmrlər DYQ-na uyğun mikroproqramı 
yazmaq lazım gəlir.

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   63   64   65   66   67   68   69   70   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling