Azərbaycan Respublikası Təhsil Nazirliyi
Emal olunan informasiyanın növünə görə
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- 8.3. Texniki sistemlərin inkişafında mikroprosessorun rolu
Emal olunan informasiyanın növünə görə MP-lər analoq və rəqəm MP-
lərə ayrılırlar. Analoq MP-lər mahiyyətcə analoq siqnalları real zaman miqyasında emal edən birkristallı MP sistemidir və onun kristalında ARÇ qurğusu yerləşdirilir. 8.3. Texniki sistemlərin inkişafında mikroprosessorun rolu Texniki sistemlərdə inteqral mikrosxemlərin tətbiqi etibarlılıq, enerji sərfi, ölçülər, kütlə və dəyər kimi istismar xarakteristikaları ilə yanaşı siqnalların emalının riyazi statistikanın üsulları ilə əldə edilmiş kifayət qədər mürəkkəb alqoritmlərinin həyata keçirilməsi imkanını genişləndirmişdir. Texniki sistemlərin xüsusi bir qrupu olan radioelektron sistemlərdə (RES) siqnalların emalının rəqəm üsullarının və qurğularının tətbiq edilməsinə, elm və texnikanın radiotexnika, elektronika və hesablama texnikası sahələrinin biri-birinə yaxınlaşmasına baxmayaraq, bu sahələr mikroprosessor texnikasının tətbiqinə qədər öz sərhədləri daxilində inkişaf edirdilər. Belə ki, siqnalların emalının və formalaşdırılması məsələləri «sərt» məntiqə malik rəqəm qurğularının yaradılması mühəndisləri, siqnalların emalı məsələlərinin həlli üçün xüsusi EHM-ın və müvafiq proqramların yaradılması hesablama texnikası mühəndisləri tərəfindən yerinə yetirilirdi. Mikroprosessorların (MP) yaradılması ilə hesablama texnikası orqanik olaraq RES-də tətbiq edilməyə başladı və radiomühəndislər tərəfindən, MP-nin tətbiqi ilə RES-in yaradılmasında lazım olan hesablama texnikası vasitələrinin daha dərindən öyrənilməsi tələbatı meydana çıxdı. Hal-hazırda nəqliyyat vasitələrində, xüsusən də uçuş aparatlarında mikroprosessorlu sistemlərin geniş tətbiqi bu sahədə çalışan mütəxəssislər tərəfindən mikroprosessor texnikası sahəsində zəruri nəzəri və praktiki biliklərə malik olmağı tələb edir. RES-də MP və mikro-EHM tətbiqi siqnalların emalının mürəkkəb alqoritmlərini həyata keçirməyə və sistemlərin çoxlu sayda parametrlərini yaxşılaşdırmağa, və onlara yeni funksiyalar həvalə etməyə imkan verir ki, bunu da RES-in inkişafında yeni mərhələ kimi xarakterizə (qeyd) etmək olar. 145 Sxemotexnika nöqteyi-nəzərindən MP-yə mürəkkəb struktura malik standart element kimi baxmaq olar, lakin bu elementdən istifadə edə bilmək üçün proqramlaşdırmanı bilmək lazımdır. MP-dən istifadə etməklə lazımı qurğunun yaradılması zamanı mühəndis məhz bu problemlə qarşılaşır. Ona görə də dərslikdə siqnalların emalının MP sisteminin layihələndirilməsinin sxemotexniki məsələləri ilə yanaşı əmrlər sisteminə və proqramlaşdırmanın elementlərinə də yer verilmişdir. Siqnalların emalı üçün MP hesablama qurğusuna malik RES yaradılması zamanı aşağıdakı bir sıra məsələləri həll etmək lazım gəlir: - emal alqoritmlərini seçilməsi və əsaslandırılması, onların keyfiyyət xarakteristikalarının təhlili; - uyğun MP yığımının seçilməsi; - texniki qurğunun blokları və hesablayıcı qurğu arasında əlaqənin xarakterinin müəyyən edilməsi, giriş-çıxış qurğusunun layihələndirilməsi; - proqram hissəsinin yaradılması və onun sazlanması; - bütün aparat və proqram vasitələri kompleksinin qarşılıqlı təsirinin yoxlanması və sınağı. MP yığımının seçilməsi layihələndirmə prosesinə xüsusi təsir göstərir və MP-nin arxitekturası və onun əsas parametrləri haqqında kifayət qədər məlumata malik olması ilə əlaqədar müəyyən xüsusiyyətə malikdir. Burada, xüsusən, MP-nin aşağıdakı xarakteristikaları nəzərə alınmalıdır: - sadə əmrin tsiklik dövrü; - emal olunan sözün dərəcəsi, dərəcənin genişləndirilə bilməsi imkanı; - ünvan şininin dərəcəsi və istifadə olunan ünvan növləri; - əmrlər sistemi; - MP yığımına daxil olan BİS-in tərkibi; - xarici qurğularla əlaqələrin sadəliyi; - stek yaddaşının təşkili və ölçüləri; - yaddaşa birbaşa mübadilənin və digər xüsusi rejimlərin təşkili imkanı; - dəyər, qiymət xarakteristikaları (qiymət, BİS-in sayı, enerji sərfi, başqa İS-ə qoşulmanın sadəliyi). Bu xarakteristikalara cavab verən MP-nin seçilməsi kifayət qədər çətin məsələdir. Müxtəlif texniki məsələlərin həllində MP-nin seçilməsinin əsas kriteri kimi adətən MP-nin real cəldliyi qəbul edilir. MP- yə malik RES-də siqnalların emalı qurğularının layihələndirilməsi metodologiyasının başlanğıc mənimsənilməsini təmin etmək üçün nisbətən sadə quruluşa malik olan MP-lər baxılmaq üçün dərslikdə əsas olaraq götürülmüşdür. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling