Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
9.1.2. MP-nin işləmə alqoritmi.
MP-də istifadə olunan proqramın əmrləri yaddaş yuvasında ardıcıl yerləşdirilir. Əmrlərin kodları strukturuna görə bir, iki və ya üç 8 - dərəcəli yaddaş yuvaları tələb edir. Müasir MP-lərdə əmr kodları 1-, 2-, 3- baytlı olur. Birbaytlı əmrlər sadə yerinə yetirilir. Məsələn, B registrinin məzmununu C registrinə göndərmək üçün əmrin kodunda göndərmə əməliyyatının kodunu və B və C registrlərinin ünvanları göstərmək kifayətdir. Belə əmrin uzunluğu bir baytdan artıq olmur. Akkumulyatorun məzmununun yaddaş yuvasına göndərilməsi əmrində göndərmə əməliyyatının kodundan əlavə yaddaş yuvasının ikibaytlı ünvanı da göstərmək lazımdır. Aydındır ki, belə əmrin kodu yaddaşın üç 8- dərəcəli yuvalarında yerləşdirilə bilər. Odur ki, əmrin yerinə yetirilməsi zamanı MP ardıcıl olaraq yaddaşın üç yuvasından əməliyyatın kodunu, yaddaş yuvasının kiçik baytını, sonra isə böyük baytını saymalıdır. Elə əmrlər var ki, əməliyyat kodundan əlavə birbaytlı operandlar da göstərilir. Belə əmrin kodu yaddaşın iki yuvasında yerləşdirilə bilər. Beləliklə, növbəti əmrin yerinə yetirilməsi zamanı əməliyyat kodunun oxunmasından əlavə MP-nin verilənlər üçün yaddaş yuvalarına neçə dəfə müraciət etməsinin lazım gəldiyi göstərilməlidir. MP-nin işi, onun sıfıra gətirmə idarə siqnalının idarə şini vasitəsi ilə ötürülməsi ilə təmin edilən, başlanğıc vəziyyətə gətirilməsi anından başlayır (şəkil 9.3). Bu siqnal üzrə PC əmrlər sayğacına yaddaşın kiçik yuvasının ünvanı yazılır və sistemin ünvan şininə çıxarılır. Yaddaşın kiçik yuvasında saxlanılan birinci əmrin yerinə yetirilməsi üçün onun kodunu oxumaq lazımdır. Bundan ötrü MP idarə şini vasitəsi ilə “oxuma” siqnalını göndərir. Əmrin kodu verilənlər şini vasitəsi ilə MP-nin əmrlər registrinə daxil olur. Sonra idarə qurğusunda əməliyyat kodu deşifrləmə olunur və baytlar sayğacına əmrin tam formalaşması üçün yaddaşdan nə qədər baytın oxunması lazım gəldiyini göstərən qiymət yazılır. Əmrin yerinə yetirilməsinin birinci fazası sona çatır və inkrement əməliyyatı ilə əmrin yerinə yetirilməsinin ikinci fazası başlayır. İkinci faza əmrin baytlar sayğacının “sıfır” vəziyyətində olmasının yoxlanması ilə başlayır. Əgər bu sayğacın məzmunu “sıfır” olarsa, verilənlər üçün yaddaşa əlavə olaraq müraciət etmək lazım gəlmir, əmr yerinə yetirilir, sonra isə ünvan şininə yaddaş yuvasının növbəti ünvanı çıxarılır. Yaddaş yuvasında növbəti əmrin ancaq əməliyyat kodu yerləşə bilər. Əgər yaddaşa əlavə müraciət tələb olunarsa, bu halda baytlar sayğacının məzmunu “sıfır” olmur və ünvan şininə növbəti yaddaş yuvasının ünvanı çıxarılır, oxuma siqnalı formalaşır və verilənlər yaddaş yuvasından MP-yə göndərilir. Daha sonra baytlar sayğacının məzmunu bir vahid azalır, növbəti yaddaş yuvasının ünvanı hazırlanır və baytlar sayğacının məzmunu yenidən yoxlanılır. Verilənlərin 168 yaddaş yuvasından oxunma tsikli baytlar sayğacının məzmunu “sıfır” olana qədər təkrarlanır. Şəkil 9.3. MP-nin işləmə alqoritmi Bütün verilənlər yaddaşdan çıxarıldıqdan sonra əmr yerinə yetirilir, növbəti əmrin kodunu özündə saxlayan yuvanın ünvanı ünvan şininə çıxarılır. Xüsusi dayanma siqnalı verilənə və yaxud qida mənbəyi söndürülənə qədər MP öz işini yerinə yetirir. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling