Azərbaycan Respublikası Təhsil Nazirliyi
MP-li informasiya emalı sistemində şinlərin təşkili
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
9.2.2. MP-li informasiya emalı sistemində şinlərin təşkili.
İnformasiya axını MP-nin müxtəlif hissələri arasında şinlər vasitəsilə əlaqələnirlər (qapanırlar). Müasir MP-lər 1-, 2-, və ya 3-şinə malik olurlar. Bunlar arasında daha cəld işləyəni 3-şinli MP-dır (şək.9.5). Belə MP-da iki daxili A və B şinləri və bir nəticə C şini olur. C şini ilə eyni zamanda əmr sözləri axını göndərilir. Belə şinlərə malik MP daha cəld işləyir, çünki ÜTR-də saxlanılan verilənlər üzərindəki əsas əməliyyatlar (məsələn, cəmləmə) bir addım ərzində yerinə yetirilə bilər. Lakin, bu halda şinlərin kristal üzərində tutduğu sahə 16-29% təşkil edir. Odur ki, 3-şinli təşkil həm birkristallı, həm də çoxkristallı MP üçün xarakterikdir. MP-nin 2-şinli təşkili operandlardan birini müvəqqəti yadda saxla-maq üçün heç olmasa bir bufer registri daxil etmək lazım gəlir (şəkil 9.6). Bu halda ÜTR-də saxlanılan cəmləmə kimi sadə əməliyyatlar iki takt ərzində yerinə yetirilir. 2-şinli təşkil şinlərin tutduğu sahəni iki dəfə azaldır (artıq kristalın ümumi sahəsinin 6,5 – 19 %-ni təşkil edir). Kristal üzərində aktiv elementlərin yerləşdirilməsi nöqteyi-nəzərindən 1- şinli təşkil daha sərfəli olur (3,5 – 10% yer tutur) (şəkil 9.7). Bu strukturda ÜTR-də saxlanılan verilənlərlə əməliyyatın yerinə yetirilməsi üçün 3 maşın taktı tələb olunur: 1-ci – operandlardan birini bufer registrinə göndərmək üçün, 2-ci – ikinci operandı ÜTR-dən akkumulyatora göndərmək üçün, 3-cü – əməliyyatın özünü yerinə yetirmək üçün. Şinlər vasitəsilə ötürülən informasiya axını həm bir istiqamətli (məsələn, ünvanı ünvan registrindən əsas yaddaşa ötürən zaman), həm də iki istiqamətli (MP-nin iki təsadüfi registrləri arasında verilənlərin emalı halında) ola bilərlər. 173 a) b) Şəkil 9.6. MP-nin: a) 3-şinli təşkili; b) 2-şinli təşkili. Şəkil 9.7. MP-nin 1-şinli təşkili 174 Bir istiqamətli ötürmə şininin bütün dərəcələrində üç vəziyyətə malik sxemlərdən (üçstabil adlanan sxemlərdən) istifadə edilir. Bu sxemlərdə adi 0 və 1 siqnallarından başqa, üçüncü vəziyyət – yüksək çıxış müqaviməti vəziyyəti istifadə edilir. İkitərəfli mübadilə zamanı şin dupleks rejimində işləyir. Şinlərin təşkilində bir neçə elementin (sorğu qurğusunun, registrin) çıxışlarının bir şinə qoşulması zamanı çətinlik yaranır. Bu məsələnin həllinin 3 yolu vardır: məntiqi birləşdirmə, açıq kollektora malik sxemlərin köməyi ilə birləşdirmə və üç vəziyyətli sxemlərin köməyi ilə birləşdirmə. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling