Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
9.3.2.Yaddaşın təşkili.
Yaddaşın və xarici qurğuların idarə olunması. Yaddaş, hər birinə öz ünvanı verilən özəklərdən ibarətdir. Prosessorun yarada bildiyi adreslərin toplusu MPS-in ünvan məkanını əmələ gətirir. Yaddaş ünvanları bütün ünvan 176 məkanını (ÜM), ya da onun bir hissəsini tuta bilər, yaddaş özü isə texniki realizasiyadan asılı olmayaraq, şərti olaraq sayı M, dərəcəsi N olan registrlər (özəklər) yığımı kimi təqdim oluna bilər (Şək.9.9) Şək. 9.9. Yaddaşın şərti təqdim olunması Xarici qurğular (XQ) da öz ünvanlarına malikdirlər. Prosessor öz işi zamanı yalnız bir yaddaş özəyini, yaxud, bir YQ seçməlidir. Belə seçmə ünvanın dekodlanması sxemləri ilə həyata keçirilir. Yaddaşın və XQ-nin idarə olunması zamanı prosessor əvvəlcə, sonradan dekodlaşdırılan lazımi ünvanı formalaşdırmalıdır. MPS-də ünvanların formalaşdırılmasının bir neçə üsulunu tətbiq edirlər. 1. Birbaşa ünvanlanma. Bu halda ünvan kodu yetirilməyə lazım olan əmrin tərkibində olur. Birbaşa ünvanlanma əlverişlidir, amma əmrləri uzadır (onların dərəcələrini artırır), belə ki, yaddaşın böyük həcmlərində ünvanların dərəcələri kifayət qədər böyükdür. Birbaşa registr ünvanlanması halında, hansı ki, operand prosessorun daxili registrlərindən birinin daxilində olur, ünvan kiçik dərəcəli olur, çünki belə registrlərin sayı azdır. Bu halda birbaşa ünvanlanma bütün üstünlüklərini göstərir. 2. Dolayı ünvanlanma. Bu halda əmrdə aşkar, ya da qeyri-aşkar şəkildə operandın ünvanına malik olan prosessorun registri göstərilir. Əmr öz kompaktlığını saxlayır, lakin onun yerinə yetirilməsi üçün ilkin köklənmə - ünvanın registrə (dolayı ünvan registrinə) yüklənməsi yerinə yetirilir. Dolayı ünvanlanma kökləmənin birdəfəlik yerinə yetirildiyi, növbəti ünvanın isə əvvəlkinin modifikasiyası ilə (onun bir vahid dəyişməsi ilə) alındığı halda siyahının emalı zamanı əlverişli olur. Birbaşa ünvanlanma zamanı əmrdə operandın özü olur. Sadalanan üsullardan əlavə daha mürəkkəb ünvanlanma üsulları: indeksli, nisbi və b. olur, lakin adi MP-lərdə onlar istifadə olunmurlar. Ünvanlanmanı müxtəlif növlərinin istifadə olunmasının mümkünlüyü proqramın həcmini və yerinə yetirilmə vaxtını azaldır. 177 Ünvanlanma mütləq, ya da qeyri-mütləq ola bilər. Mütləq ünvanlanma zamanı yaddaş özəyinə, yaxud XQ-yə yalnız bir vahid ünvanla müraciət etmək olar. Qeyri-mütləq ünvanlanma zamanı yaddaş özəyi (yuva), XQ üçün hər hansı bir ünvanlar zonası ayırmaq olar. Belə zonaların sayı ayrı-ayrı ünvanların sayından az olacaq, ona görə də zonaların göstərilməsi üçün kiçik ünvan dərəcəsi tələb olunacaq. Başqa sözlə mütləq ünvanlanma ünvanın tam, qeyri- mütləq isə qismən dekodlanmasını tələb edir ki, bu da dekodlaşdırmanı sadələşdirir. Qeyri-mütləq ünvanlanmanın istifadə olunmasının mümkünlüyü UM-də (ünvan məkanında) “xətti” məkan olduğu ilə bağlıdır. XQ-nin qeyri- mütləq ünvanlanmasının xüsusi halı xətti seleksiya (xətti seçim) adlanan ünvanlanmadır. Sadə MPS-lərdə ünvan koduna iki hissədən ibarət olan kod kimi baxılır. Birinci hissə axtarılan ünvanlanma obyektinin yerləşdiyi səhifəni göstərir, digəri isə bu obyektin həmin səhifədəki ünvanıdır. Səhifə UM-in bu və ya digər sahəsidir, hansının olması yaddaş modulunun qurulduğu mikrosxemlərin təşkilindən asılıdır. UM-in yaddaş və XQ tərəfindən istifadə olunması nöqteyi-nəzərindən ümumi şinli və ayrı-ayrı şinli interfeys konsepsiyalarını fərqləndirirlər. Birinci konsepsiya çərçivəsində yaddaş və XQ ünvanları üçün ümumi UM-in hissələri ayrılır. XQ-yə müraciət, eynilə yaddaş özəklərinə (yuvalarına) müraciət kimi, yəni eyni əmrlərin və eyni şinin köməyilə baş verir. Bu konsepsiyanın çatışmazlığı ÜM-in bir hissəsinin xarici qurğular tərəfindən tutulması hesabına ÜM –in yaddaş üçün sıxlaşdırılmasıdır. Üstünlüyü ondan ibarətdir ki, XQ-dən alınan verilənlər üzərində yaddaş özəklərində yerləşən verilənlər üçün prosessorun əmrlər sistemində olan bütün həmin əməliyyatları yerinə yetirmək olar. Belə əməliyyatlar çoxdur və bu proqramın parametrlərinin yaxşılaşdırılmasına və proqramlaşdırmanın sadələşdirilməsinə şərait yaradır. “Ümumi şinli” konsepsiyasını həm də daxiletmə/çıxarma, yaddaşda əks olunan adlandırırlar. “Ayrı-ayrı şinli konsepsiyada yaddaş özəkləri və XQ öz ÜM-lərinə malikdirlər. Bu halda hansı tipli obyektlə mübadilə aparıldığını müəyyənləşdirən idarəetmə siqnallarının olmasını tələb edir. Məsələn, İO/М yaddaşın, yaxud XQ-nin ünvanlandığını göstərən siqnal daxil edilir. Bu halda yaddaş bütün UM-i istifadə edə bilər. XQ ilə mübadilə zamanı yalnız İN portu üzrə daxiletmə və OUT portu üzrə xaricetmə əməliyyatları olur, və yaddaşda saxlanılan verilənlərlə işləmək üçün olan geniş əmrlər yığımını XQ-nin verilənlərinə tətbiq etmək imkanı itir. Prosessorun müraciət edə biləcəyi ünvanlar diapazonu (yəni ÜM-in tutumu) ünvan şininin m dərəcəliyi ÜM = 2 m ifadəsi ilə əlaqəlidir. Məsələn, 16- 178 dərəcəli ünvan şini ilə 2 16 = 64 1024 = 64K , 20-dərəcəli ünvan şini ilə 1M obyekti və s. ünvanlamaq olar. ÜM, prosessorun müraciət etdiyi OYQ, DYQ və XQ bloklar tərəfindən istifadə olunur. ÜM-in göstərilən bloklar arasında paylanması müəyyən sərbəstliyə malik olan sistemin layihələndiricisi tərəfindən həyata keçirilir, belə ki, konkret prosessorların müəyyən oblastı müəyyən obyektləri ünvanlamaq üçün ayırmağa məcbur edən xüsusiyyətləri ola bilər. Yazıların qısa olması üçün ünvanlar ÜM-də adətən, onaltılıq say sistemində ifadə edirlər, ÜM-in yaddaşının tutumunu qiymətləndirmək üçün çox vaxt K=2 10 =1024, və ya M=2 20 =1048576 ölçü vahidlərindən istifadə olunur. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling