Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet89/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   85   86   87   88   89   90   91   92   ...   157
Bog'liq
2014-2730 (2)

9.4.2. Giriş-çıxış qurğuları. 
Mikro-EHM –in xarici qurğularla, o cümlədən radiotexniki avadanlığın 
blokları ilə əlaqəsi giriş/çıxış qurğuları adlanan xüsusi avadanlıqlarla həyata 
keçirilir. Real zaman miqyasında işləyən RTS siqnallarının emalı sistemləri 
üçün bu cür qurğuların yaradılması layihələndirmənin əsas məsələlərindən 
biridir. Bu məsələnin həlli zamanı mikro-EHM-lə və bütün başqa xarici qurğular 
arasındakı məlumat mübadiləsi üsulu təyin edilir, lazım olan idarə siqnalları və 
tələb olunan aparat vasitələri müəyyən edilir. Bundan əlavə, sistemin sazlanması 
zamanı ona (sistemə) dialoq rejimində operatorla qarşılıqlı əlaqə üçün bir sıra 
köməkçi qurğular qoşula bilər. Odur ki, layihələndirilən sistem ümumi halda 
nisbətən yavaş işləyən xarici qurğulara qoşula bilmək imkanını təmin etməlidir.


188
Hesablama texnikasında mikro-EHM –lə xarici qurğular arasında qoşulma 
elementləri yığımı üçün interfeys anlayışından istifadə edilir. İnterfeysə aparat 
vasitələri, şinlər və protokol daxildirlər. Protokol dedikdə, altsistemlərin 
qarşılıqlı əlaqəsinin vahid prinsiplərini müəyyən edən qaydalar yığımı başa 
düşülür. Beləliklə, giriş/çıxış qurğuları və interfeys anlayışları kifayət qədər 
yaxın məna daşıyırlar. Mikro-EHM-lə xarici qurğular arasında məlumat 
mübadiləsi interfeys sxemləri yığımı vasitəsilə yerinə yetirilir. Belə ki, məlumat 
ünvan şinlərindən qəbul edilir, bu məlumatın hansı xarici qurğuya aid olduğu 
nişanələnir və sonra lazım olan idarə siqnalları və verilənlər ilə iki istiqamətli 
mübadilə həyata keçirilir.
Mikro-EHM ilə xarici qurğular arasında qarşılıqlı əlaqənin növündən asılı 
olaraq mübadilənin 3 növü mümkündür: 

proqramla mübadilə; 

proqramın arakəsmələri ilə mübadilə; 

yaddaşa birbaşa daxilolmanın köməyi ilə mübadilə. 
Birinci mübadilə üsulu mikro-EHM-də icra olunan proqramla həyata 
keçirilir və bundan ötrü xüsusi giriş/çıxış əmrləri istifadə edilir. Mübadilənin 
digər iki üsulu xarici qurğuların təşəbbüsü ilə həyata keçirilir. Bu halda xarici 
qurğu mikro-EHM-ə mübadiləyə hazırolma siqnalı göndərir. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   85   86   87   88   89   90   91   92   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling