Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- Qidalanma 0 V, 5 V bir +5 V gərginlik mənbəyi 2. Tatklama
Kəsilmələrin emalı. İNTR - kəsilmənin sorğusunun giriş siqnalıdır. Əgər
arakəsməyə icazə biti (1 qiyməti) qərarlaşıbsa və INTA (kəsilmənin təsdiqi) siqnalı yüksək səviyyəyə malikdirsə, prosessor 8088/8086 əvvəlcə kəsilmənin təsdiqi prosedurasını yerinə yetirir. Sonra isə idarəetməni onun emalı proqramına ötürür. ( INTA ) - Prosessorun kəsilmənin təsdiqi prosedurasını yerinə yetirdiyi müddətdə aşağı səviyyəli çıxış siqnalıdır. Maksimal konfiqurasiyalı sistemdə INTA 8288 şin kontrolleri vasitəsilə hasil edilir. NMI - kəsilmənin maskalanmayan giriş sorğu siqnalıdır və müsbət cəbhəsi ilə işə salınır. İdarəetmə, başlanğıc ünvanı 00008 16 olan, kəsilmələrin emalı proqramına (SERVİCE) ötürülür. 1. Qidalanma 0 V, 5 V bir +5 V gərginlik mənbəyi 2. Tatklama JLK 8284 BİS-nin hasil etdiyi tatkt siqnalı (2 – 5 MHs), kvars kristalının rezonans tezliyi prosessorun takt tezliyindən 3 dəfə çoxdur. 9.4. Verilənlərin yazılması və ötürülməsi vasitələri və qurğuları 9.4.1. Proqramlaşdırma dili. MP-də hər bir əmrin yerinə yetirilməsi idarə qurğusu tərəfindən hasil edilən idarə siqnallarının ardıcıllığı ilə müəyyən edilir. Mikro-EHM-də müəyyən bir məsələni həll etməyə hazırlamaq üçün əmrləri idarə yaddaşında saxlanılan formada, yəni ikilik kodlarla, yazmaq olar. Lakin bu formada proqramlaşdırma aparmaq çox çətindir və proqramın səhvsiz yazılması ehtimalı çox aşağıdır. Ona görə də, proqramlaşdırma zamanı əmrlərin bütün sahələrində (oblastlarında) simvolik təsvirlərdən istifadə edilir. Bu cür yazılmış proqram əl ilə və ya avtomatik olaraq (xüsusi proqramla) ikilik koda çevrilir. Əmrlərin ikilik kodda təsviri maşın dili, əmrlərin maşın dilində kodlanması isə proqramlaşdırma adlanır. Bütün əmrlərin simvolik işarələri Assembler dili, assembler dilindən maşın dilinə çevirən maşın proqramı isə Assembler adlanır. 187 Assembler dilində proqramlaşdırma prosesini sürətləndirmək üçün əmrlərin mnemonik işarələrindən istifadə edilir. MP-in çoxu latın əlifbasında yazılan xüsusi assembler dilinə malik olurlar. Assembler dilində proqram hər biri ünvan, nişan, maşın kodu, mnemokod, operand və izahat (şərh) kimi 4 oblastdan (sahədən) ibarət olan ardıcıl ifadələrdən təşkil edilir. Ən sadə halda ancaq bir sahə – operator sahəsi ola bilər. Operand sahəsinin olması əmrin növündən asılı olur. Nişan proqramka istinad olunan ifadələrdə, məsələn, idarəetmənin ötürülməsi əmrləri üzrə istifadə edilir. Proqram tərtib ediləndə, adətən, aşağıdakı ardıcıllıq gözlənilir: 1. nişandən sonra iki nöqtə qoyulur; 2. izahat mətnindən əvvəl nöqtə-vergül qoyulur; 3. əmrlər sahəsi probel ilə ayrılır; 4. bilavasitə ünvanlı əmrlərdə operand sahəsində registrin nömrəsindən və ya yaddaş yuvasının ünvanındın sonra registrə və ya yaddaş yuvasına yükləniləcək sabit göstərilir; sabitdən əvvəl vergül qoyulur; Məsələn: BİLAVASİTƏ YÜKLƏMƏK B, - 5; 5. ikilik say sistemində göstərilən ədədlərdən sonra mötərizədə B hərfi, 16-lıq ədədlərdən sonra H hərf dayanmalıdır (10-luq ədədlərdən sonra əlavə işarə olmur); 6. indeks ünvanının əlaməti X hərfidir; Bu cür ünvanlamaya malik əmrlərdə X hərfi operand sahəsində ünvandan sonra qoyulur və ünvandan vergül ilə ayrılır. Məsələn: CƏMLƏMƏ a, X; akkumulyatorun məzmununa ünvanı a və indeks registrinin məzmununun cəmi olan yaddaş yuvasının məzmununu əlavə etməli. Proqramın işlənməsi adətən müxtəlif səviyyəli blok-sxemlərin ardıcıl olaraq təşkil edilməsi ilə başlayır. Bu sxemlər ümumiləşdirilmiş şəkildə və ya assembler dilinə tam uyğun olaraq təşkil edilə bilər. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling