Azərbaycan Respublikası Təhsil Nazirliyi


Çoxdərəcəli indikatorun interfeysi


Download 5.01 Kb.
Pdf ko'rish
bet96/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   92   93   94   95   96   97   98   99   ...   157
Bog'liq
2014-2730 (2)

10.4. Çoxdərəcəli indikatorun interfeysi
 
Texnoloji prosesin vəziyyətinə MP sistemi ilə idarə olunan nəzarəti yeddi 
seqmentli işıq diodları indikatorları, matris və maye kristallı indikatorlar, 
indikator lampaları bazasında qurulan rəqəm displeylərində həyata keçirilir. 


197
Yeddi seqmentli işıq diodlarına malik indikatorlar daha geniş yayılmışlar, çünki 
bu indikatorlar MK-nın çıxış qurğusu ilə daha sadə sxemlə razılaşdırıla bilirlər. 
MK-larda iki cür rəqəm displeylərindən: statik və dinamik displeylərdən 
istifadə olunur.
Statik displeylərin interfeysi proqramlaşdırılan paralel adapterin (PPA) 
əsasında qurulur, onun çıxış kanallarına rəqəm kodunun deşifratoru və yeddi 
seqmentli indikator qoşulur. İndikatorların sayı displeyin onluq dərəcələrinin 
sayı ilə təyin olunur. Bir onluq rəqəmi işıqlandırmaq üçün PPA kanalının dörd 
dərəcəsi tələb olunur. PPA-nın 8-dərəcəli kanalı iki onluq rəqəmi ekrana 
çıxarmağı təmin edir. Rəqəm məlumatlarının ekrana çıxarılması MP-nin 
akkumulyatoru vasitəsi ilə PPA kanalının registrinin ünvanına görə OUT əmri 
ilə həyata keçirilir. Proqram vasitələri ilə çıxarılan hər bir rəqəm 4-dərəcəli 
ikilik-onluq rəqəmə çevrildikdən sonra deşifrator onluq rəqəmlərin yeddi 
seqmentinin düzgün işıqlanmasını təmin edir. Kodların çevrilməsi prosedurası 
adətən xüsusi altproqramla yerinə yetirilir. Statik interfeysin çatışmayan cəhəti 
çoxlu sayda deşifratorlardan istifadə olunmasıdır.
İşarələyici (skanedici) tipli interfeyslərdə bir deşifratordan istifadə etmək 
kifayətdir. Deşifrator bütün indikatorlara eyni zamanda qoşulur. İndikatorlar isə 
deşifratora idarə sxeminin köməyi ilə növbə ilə qoşulurlar. Bu tip displeyin 
ümumiləşdirilmiş sxemi şəkil 10.8-də göstərilmişdir.
Yeddi seqmentli kodun deşifratoru HG1-HG4 indikatorlarının hamısına 
eyni zamanda qoşulmuş olur. Onun girişinə növbə ilə “0” rejimində işləyən 
paralel interfeysin KA və KB kanallarından çıxarılan tetradalardan biri 
kommutasiya olunur. Kommutasiya M1-M4 multipleksorları ilə həyata keçirilir. 
Multupleksorlar CT1 sayğacının çıxışındakı ikilik kodla idarə olunur. Belə ki, 
ikilik kodun hər bir kombinasiyasına uyğun deşifratorun girişinə PPA 
kanallarının A0-A3, A4-A7, B0-B3 və ya B4-B7 tetradalarından biri qoşulur. 
İkilik kod eyni zamanda sayğacın çıxışından ikinci deşifratorun girişinə verilir. 
Bu deşifrator koddan asılı olaraq VT1-VT4 tranzistor açarları vasitəsi ilə 
indikatorlardan birini qoşur. Beləliklə, ikilik kodun hər bir kombinasiyası 
indikatorlardan birinə və xaric edilən ədədin bir tetradasına uyğun gəlir. 
Generator indikatorların və çıxarılan məlumatın qoşulma sürətini təyin 
edir. Onun tezliyinin 50 Hs qiymətində indikatorlardakı təsvir dayanıqlı olur.
Kommutasiya funksiyasını MP-yə tapşırmaqla bu interfeysin aparat 
hissəsini kəskin azaltmaq olar. Proqram-aparat interfeysin strukturu şəkil 10.9-
da göstərilmişdir. Bu interfeysin strukturunda yeddi seqmentli kodun deşifratoru 
tamamilə aradan götürülüb, xaric edilən 
ədədin tetradalarının 
multipleksorlarının, indikatorların işarə-yeri deşifratorunun və sayğacın
funksiyaları MP-yə verilir və proqram vasitələri ilə yerinə yetirilir. 


198
Şək.10.8. İşarələyici (skanedici) tipli interfeyslərdə 
Şək.10.9. Proqram-aparat interfeysin strukturu
İşarə-yerin kommutasiyası K1-K4 tranzistor açarları vasitəsi ilə PPA-nın 
KC kanalının C0-C3 dərəcələri ilə, seqmentlərin kommutasiyası isə PPA-nın 
KB kanalının B0-B6 dərəcələri ilə yerinə yetirilir. HG1-HG4 indikatorlarının 
eyni seqmentləri K
a
– K
g
tranzistor açarlarının biri ilə birləşən ümumi şinlə 
əlaqələnib. Bir onluq rəqəmi müəyyən işarə yerinə çıxarmaq üçün KC kanalının 
C0-C3 dərəcələrində indikatorun ünvanını göstərmək, B0-B6 dərəcələrinə isə 
lazım olan (indisiruemıy) rəqəmin yeddi seqmentli kodunu çıxarmaq lazımdır.
İnterfeysin proqram hissəsində indikatorların kommutasiyası ilə yanaşı 
çıxarılan rəqəmin ikilik kodunun indikatorun yeddi seqmentli koduna 
çevrilməsini də nəzərə almaq lazımdır. Əks halda aparat hissəsində bu məqsədlə 


199
bir deşifrator nəzərə almaq lazım gələrdi. Proqram-aparat interfeysinin proqram 
modulu altproqram şəklində tərtib olunur. Bu alt-proqram, informasiyanın 
emalının çıxarılması (oxunması) lazım olan nəticələrini MK-nın OYQ –nun 
yuvalarında ardıcıl olaraq yerləşdirildikdən sonra, idarə olunmağa ötürülür. 
İnformasiyanın rəqəm indikatoruna çıxarılması alqoritmi şəkil 10.10-da 
göstərilmişdir. 
Şək.10.10.İnformasiyanın rəqəm indikatoruna çıxarılması alqoritmi 
Zaman gecikmələri altproqramı informasiya çıxarılmasının bir tsiklində 
hər bir rəqəmin indikasiya müddətini idarə etmək üçün istifadə edilir. DYQ-də 
saxlanılan bütün rəqəmlərin növbə ilə indikasiyaya çıxarılması başa çatdıqdan 
sonra tsikl yenidən başlayır. Tsikl çıxarma altproqramının giriş parametrlərində 
göstərildiyi sayda təkrarlanır. Bu interfeysin yerinə yetirilməsi üçün 
proqramlaşdırıla bilən xüsusi KP580BB79 BİS kontrolerindən istifadə etmək 
olar. 


200

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   92   93   94   95   96   97   98   99   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling