Azərbaycan Respublikası Təhsil Nazirliyi


MP və HQ arasında verilənlərin mübadiləsi üsulları


Download 5.01 Kb.
Pdf ko'rish
bet95/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   91   92   93   94   95   96   97   98   ...   157
Bog'liq
2014-2730 (2)

10.3. MP və HQ arasında verilənlərin mübadiləsi üsulları
Xarici qurğu akkumulyatorda və ya bilavasitə sistemin yaddaşında olan 
verilənlərlə mübadilə apara bilir. Birinci halda mübadilə üçün ayrı-ayrı şinlərə 
malik interfeys, ikinci halda isə ümumi şinə malik interfeys (və yaxud yaddaşa 
birbaşa daxil olma rejimindən) istifadə edilir. Verilənlərin mübadilə sürəti 


196
mübadilənin seçilmiş qaydasından kəskin asılı olur. Verilənlərin mübadiləsini 
istifadə olunan qaydalarına baxaq.
Verilənlərin sinxron mübadiləsi. Mübadilənin ən sadə qaydası sinxron 
qaydasıdır. Bu halda fərz edilir ki, hesablama qurğusu istənilən zaman anında 
mübadiləyə hazırdır. Aydındır ki, hesablama qurğusu MP-nin əmrləri yerinə 
yetirməsi tempində işləməlidir. Hesablama qurğusunun mübadiləyə hazır 
olması siqnalları MP tərəfindən analiz edilmir. Sinxron mübadilə interfeysinin 
strukturu şəkil 10.5-də göstərilən interfeys strukturundan fərqlənmir. İstənilən 
zaman giriş və çıxış əmrlərinin deşifrator vasitəsi ilə yerinə yetirilməsi əmrdə 
göstərilən mübadilə portunun ünvanı seçilir və “Oxuma HQ” (Yazma HQ) idarə 
siqnalının əmələ gəlməsi ilə verilənlərin mübadiləsi sistemin şini vasitəsi ilə 
həyata keçirilir. 
Verilənlərin asinxron mübadiləsi. Hesablama qurğusunun işləmə tempi 
əmrlərin yerinə yetirilmə sürətindən az olduğu hallarda verilənlərin asinxron 
mübadiləsindən istifadə edilir. Bu qaydanın prinsipial fərqi ötürülməsi lazım 
olan verilənlərin hər dəfə verilənlər şininə çıxarılması zamanı HQ-nin 
mübadiləyə hazır olmasının MP ilə yoxlanmasının vacibliyindədir. Başqa sözlə, 
giriş-çıxış əmrlərinin yerinə yetirilməsindən əvvəl MP hər dəfə HQ-nun 
əməliyyata hazır olmasına əmin olmalıdır. 
Mübadilə alqoritmi şəkil 10.7-də göstərilmişdir. 
Şəkil 10.7. Asinxron mübadilənin blok-sxemi 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   91   92   93   94   95   96   97   98   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling