Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
10.2.4. Ardıcıl interfeys. Yuxarıda baxılan interfeyslər paralel
interfeyslər sinfinə aiddirlər. MP ilə HQ arasındakı verilənlərin mübadiləsi paralel kodla yerinə yetirilir, yəni kodun bütün dərəcələri eyni zamanda ötürülür. Məsələn, 8-dərəcəli paralel kodla mübadilə apardıqda rəqəm kodunun bütün dərəcələri 8 əlaqə xətti ilə eyni zamanda ötürülür. Rəqəm kod mənbəyi kontrollerdən uzaq məsafədə yerləşdiyi hallarda əlaqə xəttinə sərf olunan xərclər artır, etibarlılıq aşağı düşür. Ardıcıl interfeysdə verilənlərin bir əlaqə xətti ilə ötürülməsi hesabına ümumi xərclər azalır. Burada kodun dərəcələri (biti) bir-bir ardıcıl ötürülür. Paralel kodun ardıcıl koda çevrilməsi üçün müəyyən tezliyə malik impulslar ardıcıllığı ilə taktlanan sürüşdürücü registrlər üzərində qurulan xüsusi sxemlərdən istifadə edilir. Hər bir takt impulsu ilə paralel rəqəm kodu bir mövqe (dərəcə) sürüşür və əlaqə xəttinə ötürülür. Beləliklə, rəqəm kodu standart səviyyəli impulslar ardıcıllığına çevrilir. Verilənlərin ötürülməsi zamanı faydalı 195 informasiya ilə verilənlərin başlanğıcını və sonunu təyin etməyə imkan verən xidməti informasiya da ötürülür. Ardıcıl interfeyslə mübadilənin sürəti bitlərlə ölçülür və onlarla bitdən bir neçə min bit/san arasında dəyişir. Ardıcıl interfeyslə HQ-dan verilənlərin mübadiləsi sinxron və asinxron rejimlərdə həyata keçirilir. Bu rejimlər arasındakı fərq verilənlərin göndərilməsinin hər bir ardıcıllığını müşayiət edən xidməti informasiyanın sayındadır. Verilənlərin ardıcıl göndərilməsinin formatı şəkil 10.6 - da göstərilmişdir. Sinxron rejimdə əvvəl bir və ya iki sinxro-simvol göndərilir, sonra isə verilənlərin fiksə olunmuş dərəcələri ardıcıllığı ötürülür. Asinxron rejimdə verilənlərin hər bir sözünün ötürülməsindən əvvəl start biti, sonra isə verilənlər sözü ötürülür. Verilənlərin sonunda bir dərəcə cütlük və bir və ya iki dərəcə dayanma xidmət informasiyası göndərilir. Bu cür xidmət informasiyası hər bir sözü müşayiət etdiyindən verilənlərin ardıcıl interfeyslə ötürülməsi sürəti asinxron rejimdə sinxron rejimə nəzərən kifayət qədər aşağı olur. Verilənlərin ardıcıl mübadiləsi interfeysi adətən xüsusi BİS əsasında həyata keçirilir, məsələn, BİS KP580BB51. Şəkil 10.6. Sinxron (a) və asinxron (b) mübadilənin formatı Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling